AZAL Naxçıvana onlayn aviabilet alışında "SİMA İmza"nı tətbiq etdi

AZAL Naxçıvana onlayn aviabilet alışında "SİMA İmza"nı tətbiq etdiMilli aviadaşıyıcı - "Azərbaycan Hava Yolları" QSC (AZAL) bu gündən Naxçıvan istiqamətində aviabiletlərin onlayn alışı zamanı SİMA rəqəmsal imza tətbiq etməyə başlayıb.

Sonxeber.az AZAL-a istinadən xəbər verir ki, bu yenilik sözügedən istiqamət üzrə aviabiletlərin əldə edilməsi prosesinin rəqəmsallaşdırılması və şəffaflığın artırılması məqsədini daşıyır.

AZAL-ın rəsmi internet saytı və mobil tətbiqi vasitəsilə bilet almaq istəyən sərnişinlər yalnız "SİMA İmza" ilə şəxsiyyətlərini təsdiq etdikdən sonra əməliyyatı həyata keçirə bilərlər. Bu sistem yüksək təhlükəsizlik standartlarına cavab verir və bütün əməliyyatlar müasir texnoloji həllərlə qorunur.

"SİMA İmza"dan istifadə etmək üçün sərnişinlər öncə SİMA tətbiqini yükləyib qeydiyyatdan keçməlidirlər. Proses cəmi bir neçə dəqiqə çəkir. Bundan sonra Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslərə aviabiletləri asanlıqla onlayn almaq mümkündür.

SİMA tətbiqində qeydiyyatla bağlı videotəlimat:

Şəxsiyyətin təsdiqlənməsi prosesi AZAL-ın sisteminə tamamilə inteqrasiya olunub. Saytda bilet alarkən sərnişinlər "SİMA İmza" ilə QR-kodu oxudaraq şəxsiyyətlərini təsdiqləməlidirlər. Mobil tətbiq vasitəsilə biletin alınması zamanı isə sərnişinlər "SİMA İmza" tətbiqinə keçid edə və prosesi tamamladıqdan sonra bileti əldə edə bilərlər. Qeyd olunan tədbirlər Naxçıvan istiqamətində onlayn bilet alışının artmasına töhfə verəcək.

Bir neçə sərnişin üçün bilet əldə edərkən sərnişinlərdən yalnız bir nəfərin "SİMA İmza" ilə təsdiq prosesindən keçməsi kifayətdir.

"SİMA İmza" ilə aviabiletlərin əldə edilməsi barədə videotəlimat:

Naxçıvan istiqamətində səyahət etməyi və aviabiletləri onlayn əldə etməyi planlaşdıran sərnişinlərə SİMA tətbiqini əvvəlcədən yükləmək və qeydiyyatdan keçmək tövsiyə olunur. Yenilik yalnız Azərbaycan vətəndaşlarına şamildir.

"SİMA İmza" sistemi bulud və üztanıma texnologiyalarına əsaslanan yeni nəsil gücləndirilmiş rəqəmsal imzadır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 828   Tarix: 01 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda dənizdə batan tələbələrin FOTOSU

19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd

25 sentyabr
.

Bu şəxslərin pensiyasına sabit məbləğdə AYLIQ ƏLAVƏ VERİLƏCƏK

Hərbçilərin pensiya məbləği ilə təminat xərcliyi arasındakı əlaqə aradan qalxacaq, fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalı, habelə sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyin ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəy

27 sentyabr
.

Pensiya yaşı ilə bağlı yeni QAYDA

Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi həmin rütbə üzrə pensiya yaşı kimi müəyyən ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında", "Polis haqqında"

27 sentyabr
.

Tarixi hadisələr və milli yaddaş

2020-ci il sentyabrın 27-də başlayan hərbi əməliyyatlar Cənubi Qafqazın siyasi və təhlükəsizlik reallıqlarını dəyişdirən hadisələrdən biri oldu. Azərbaycan cəmiyyətində "Vətən müharibəsi" adlandırılan 44 günlük müharibə noyabrın 10-da hərbi əməliyyatların dayandırılmasına dair üçtərəfli bəyanatl

26 sentyabr
.

Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT

Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hazırda satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımına səbəb kim

26 sentyabr
.

Taksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA

Son dövrlər taksi xidmətlərinin qiymətlərində dəyişikliklər müşahidə olunur. Gedişhaqqının formalaşmasına yanacaq və texniki xidmət xərcləri, sürücülərin gəlir tələbləri, platforma komissiyaları, eləcə də bazardakı tələb və təklif kimi müxtəlif amillər təsir göstərə bilər. Bakıda nəqliyyat sıxlığını

24 sentyabr
.

"Bakcell"də hədiyyə mövsümü başladı

"Bakcell" abunəçilərinə minlərlə hədiyyə qazandıran hədiyyə mövsümünə start verib. "Bakcell" tətbiqində aktiv olan VIP Çarxı çevirən hər kəsi hədiyyələr gözləyir. Çarxın super prizi isə "Sea Breeze"də mənzildir. Hədiyyə mövsümündə abunəçilər müxtəlif kateqoriyalar üzrə dəyərl

24 sentyabr
.

Bakıda 27, rayonlarda 32 dərəcə isti olacaq

Azərbaycanda sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şər

25 sentyabr
.

Qanun icazə verir, cəmiyyət qınayır - Azərbaycanda MÜBAHİSƏLİ MÖVZU

Gənc yaşda evlilik Azərbaycan cəmiyyətində həyatın təbii mərhələsi kimi qəbul edilsə də, 50-60 yaşdan sonra qurulan ailə hələ də qeyri-adi hadisə kimi qarşılanır. "Bu yaşda evlilik olar, "İnsan bu yaşdan sonra həyatını dəyişərmi?" kimi qınaqlar eşidilir. Ancaq Dövlət Statistika Komitəsini

26 sentyabr