Azərbaycanda ər arvadını vəhşicəsinə öldürdü: "O biri kişini də qəbul edəcəksən deyirdi"

Azərbaycanda ər arvadını vəhşicəsinə öldürdü: "O biri kişini də qəbul edəcəksən deyirdi"Xaçmaz rayonunda 1981-ci il təvəllüdlü Daşqın qısqanclıq zəminində mübahisə zamanı həyat yoldaşı Könülü (adlar şərti verilib - red.) qətlə yetirib.

Teleqraf.com xəbər verir ki, Daşqın arvadı Könülün dəfələrlə açıq-aşkar başqa kişilərlə yaxın münasibətdə olaraq xəyanət etməsi səbəbindən onu öldürmək qərarına gəlib.

O, yaşadığı evdə arvadını azyaşlı övladlarının gözləri qarşısında döyərək yerə yıxıb. Daha sonra ardıcıl şəkildə Könülün başını beton döşəməyə vurduqdan sonra mətbəxdə olan taxta masanı onun üzərinə atıb. Hadisə yerinə gəlmiş qayınanasının gözləri qarşısında Könülə daha bir neçə təpiklə zərbələr vurub.

Qadın xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilməsinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.

İstintaq orqanı tərəfindən Daşqının barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsualla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Daşqın ona elan olunmuş ittiham üzrə təqsirli olduğunu bildirib. O, sinif yoldaşı və həmkəndlisi Ramalın ona yaxınlaşaraq arvadı Könülün özünü kənddə şübhəli apardığını, başqa kişilərlə münasibət saxladığını dediyini söyləyib: "Dostum mənə ayıq olmağı məsləhət gördü. Bundan sonra arvadımı izləməyə başladım. Həmin vaxt arvadım kənddə bağda fərdi meyvə yığımı ilə məşğul olurdu. Səhər işə gedib, axşam evə qayıdırdı.

Bir neçə gün sonra evdə olduğum zaman Könülün bir kişi ilə telefonda danışdığını tutdum. Ondan kiminlə danışdığını soruşdum. Açıq şəkildə kişi ilə danışdığını bildirdi və "ya ikiniz, ya da heç biriniz" deyərək onun başqaları ilə münasibət saxlamağıma göz yummağımı istədi. Bu hərəkətlərindən qəzəblənərək evdə onu döydüm".

Təqsirləndirilən şəxs qeyd edib ki, Könül ondan polisə şikayət edib və Xaçmaz Rayon Məhkəməsi tərəfindən 20 gün inzibati qaydada həbs edilib: "Həbsdən çıxdıqdan sonra evə qayıtdım. Könül yenidən öz çirkin əməllərindən əl çəkmədi. Hətta bir gün gecə yuxudan oyandıqda onun evdə olmadığını gördüm. Səhərə kimi gözlədim.

Səhər saat 6-da arvadım evə gələndə harada olduğunu soruşdum, "əcəb elədiyini" dedi. Uşaqlarımı düşündüyüm üçün Könüldən boşanmadım. Nə vaxtsa peşman olaraq düz yola qayıdacağını düşündüm. Bu barədə dəfələrlə Könülün atası Səmədə danışdım. Lakin heç bir nəticəsi olmadı, çünki qaynatam və qayınlarım Könülün tərəfini saxlayaraq ona heç bir söz demədilər".

Daşqının sözlərinə görə, arvadı Könülün gecələr evdən getməsi adət halını almışdı və o, artıq nə edəcəyini bilmirdi: "Kənd camaatından xəbər aldım ki, arvadım Xudat şəhərində "qaraçılar məhəlləsi" deyilən yerdə yaşayan Adil adlı bir kişi ilə görüşür. Mən Adili taparaq onunla Könülün arasında olan münasibət barədə soruşdum.

Adil mənə açıq-aydın Könül ilə intim münasibətdə olduğunu bildirdi. Barəsində polisə şikayət etdikdən sonra daha Könül ilə görüşmədi. Bir müddət arvadım özünü normal apardı, onu kiminləsə danışan görmədim. Daha düz yola qayıtdığını düşündüm".

Daşqın qeyd edib ki, növbəti günlərdə yaşadığı evin qarşısında boz rəngli "Mercedes" markalı, nömrəsini xatırlamadığı avtomobilin saxlandığını görüb:

"Arxa qapıdan Könül düşüb evə girdi. Küsülü olduğumuz üçün ona bir söz demədim. Könül demək olar ki, hər axşam həmin avtomobillə evə gəlirdi. Artıq qonşular arasında biabır olmuşdum, kənddə məni lağa qoyurdular. Küçədə mənə söz atırdılar. Artıq nə edəcəyimi bilmirdim.

Bütün bunlardan bezərək Könülü öldürmək qərarına gəldim. Buna görə də evdə onun işdən gəlməsini gözlədim. Söz-söhbətə birdəfəlik son qoymağı qərara aldım".

Təqsirləndirilən şəxsin ifadəsinə görə, evdə tək 250 qram araq içib: "Axşam Könül işdən evə gəldi. Həmin vaxt iş yerində işçilərə ayrılmış "QAZel" markalı avtomobillə gəlmişdi. O, evə daxil olduqdan sonra mətbəxdə onun sifət nahiyəsinə şillə ilə vuraraq yerə yıxdım. Sonra sağ ayağımla təpikləməyə başladım. Sağ ayağımın altı ilə yuxarıdan-aşağı istiqamətdə onun baş və qarın nahilərinə təxminən 7-8 güclü zərbələr vurdum.

Səs-küyə evdə olan uşaqlarım Elçin və Günay gəldi. Oğlum məni tutaraq anasını qorumağa çalışdı. Mən isə sağ əlimlə Elçinin boğaz nahiyəsindən tutaraq kənara itələdim. Bundan sonra uşaqlar qorxaraq çölə çıxdılar. Hirsim soyumadığı üçün mətbəxdə olan masanı çevirərək ölməsi üçün Könülün üstünə atdım. Arvadımın hərəkətsiz qalaraq tərpənmədiyini gördükdə öldüyünü düşündüm və daha onu vurmadım.

Səs-küyə qonşularımız Valeh və Səmayə gəldilər. Bir qədər sonra isə Könülün valideynləri də bizə gəldilər. Könülün anası ilə mübahisələrimiz yarandı. Çünki xəyanətlə bağlı onun valideynlərinə dəfələrlə bildirmişəm. Lakin heç bir xeyri olmamışdı. Qayınanama "bilmirdiniz ki, axırı belə olacaq" dedim. Könülə anasının yanında yenidən təpiklə onun qabırğalarından vurdum.

Polis əməkdaşları gələrək məni polis şöbəsinə apardılar. Şöbədə izahatımı alıb evə buraxdılar. Evdə heç kəs yox idi. Qonşulardan öyrəndim ki, Könülün valideynləri uşaqları da götürərək gediblər.

Növbəti günlərdə evdə olduğum zaman polis əməkdaşları gəlib məni Xudat Polis Bölməsinə apardılar. Orada Könülün xəstəxanada öldüyünü bildirdilər.

Cinayət işi üzrə zərərçəkmiş Könülün hüquqi varisi qismində ifadə verən atasının sözlərinə görə, mərhum qızı 2005-ci ildə Daşqınla ailə qurub: "Həmin nikahdan onların iki övladı var".

"Daşqın son illər spirtli içkiyə qurşandığından ailəsində söz-söhbət yaratmağa başladı. Hətta bir neçə dəfə qızımı döymüşdü. Bununla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırma aparıldı, məhkəmənin qərarı ilə ona 20 gün inzibati həbs verildi. Lakin yenə də evdə heç bir səbəb olmadan sərxoş vəziyyətdə dava-dalaş salırdı. Mən özüm də bununla bağlı Daşqınla söhbət etmişəm. Bir böyük kimi ona öz məsləhətlərimi vermişəm. Lakin Daşqın yenə öz əməllərindən əl çəkmədi.

Hadisə günü saat 19 radələrində evdə olan zaman nəvəm mənə zəng vurdu, "atam anamı döyüb öldürür" deyə bizi köməyə çağırdı. Arvadımla dərhal qızımgilə getdim. Oraya çatdıqda qızımın yaşadığı evin mətbəx otağında beli üstə yerdə uzandığını, huşunun yerində olmadığını, ağzından, burnundan və qulaqlarından qan axdığını gördük. Otaq dağınıq vəziyyətdə idi, yerdə sınmış stəkan və qab-qacaq vardı.

Daşqın sərxoş vəziyyərdə yaşadığı evin həyətində idi.

Mən dərhal "102" xidmətinə məlumat verdim və təcili tibbi yardım xidməti çağırdım. Onlar gələnə kimi arvadım vaxt itirməmək üçün Könülün üzərindən paltarlarını çıxardı. Çox keçmədən hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım xidməti gəldi.

Könülü xəstəxanaya apardıq, vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə qəbul olundu. Bir neçə gün orada koma vəziyyətində qaldı və vəfat etdi".

İş üzrə Könülün intim münasibətdə olduğu Adil də ifadə verib. O, ifadəsində göstərib ki, əri tərəfindən döyülərək öldürülən Könülü tanıyıb: "Onunla əvvəllər münasibətlərimiz olub. Lakin Könülün evli olduğunu bilməmişəm, mənə ərindən boşandığını deyib. Cəmi 1-2 dəfə görüşmüşük.

Sonradan Daşqın adlı şəxs Xudat şəhəri ərazisində mənə yaxınlaşaraq Könüllə nə münasibətimin olduğunu soruşdu. Ona aramızda yaxın münasibət olduğunu bildirdim.

Daşqın Könülün əri olduğunu deyəndə əvvəlcə inanmadım. Çünki həmin vaxta qədər Könülün evli olduğunu bilməmişəm. Daşqına bunu izah etməyə çalışsam da, sərxoş olduğundan aqressiv danışdı. Məndən polisə şikayət edəcəyini deyərək getdi.

Təxminən 2-3 gün sonra məni Xudat Polis Bölməsinə dəvət etdikdə məlum oldu ki, Daşqın barəmdə polisə şikayət edib. Polis bölməsində izahat verdikdən sonra evimə getdim. Könülün evli olduğunu bildikdən sonra onunla bir daha görüşmədim".

Məhkəmənin hökmü ilə Daşqın 17 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. O, əməlini Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif edilməsini və ona daha aşağı həddə cəza təyin olunmasını xahiş edib.

Təqsirləndirilən şəxsin şikayəti araşdırılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilib. Apellyasiya şikayətini araşdıran hakimlər sonda qərar elan ediblər. Məhkəmə təqsirləndirilən şəxsin şikayətini haqlı hesab etməyib. Bu səbəbdən onun barəsində verilən hökm qüvvədə saxlanılıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1476   Tarix: 02 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Kəmaləddin Heydərov polkovniki rəis təyin etdi

Fövqəladə Hallar Nazirliyində yeni təyinat olub. "Unikal"a istinadla xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb. Əmrə əsasən, daxili xidmət polkovniki Abdullayev Natiq Zeynalabdin oğlu Neftayırma Müəssisələri üzrə Yanğından Mühafiz

28 yanvar
.

Kafe və restoran sahiblərinin diqqətinə: Səsləndirilən musiqiyə görə ödəniş məcburidirmi? - Vəkildən açıqlama

Son illər restoran, kafe və ictimai iaşə obyektlərində səsləndirilən musiqilərlə bağlı müəllif hüquqları məsələsi gündəmdədir. Bir çox sahibkar ictimai məkanda səsləndirilən musiqiyə görə əlavə ödəniş edib-etməməli olduqları ilə bağlı tərəddüd yaşayır. Bu məsələ həm biznes sahibləri, həm də müəllif hüquqlar

28 yanvar
.

"Mərcan" klinikasının həkimi Babək Həsənlidən şikayət: Əməliyyatdan sonra beynimdə travma yaranıb…-Video

2380 manat ödədi,əməliyyatdan sonra burununda fəsad yarandı. XALQ-ın xəbərinə görə, paytaxt sakini Firuzə Əliyeva iddia edir ki, burun çəpər əyriliyi və rinoplastika əməliyyatından sonra beynində travma yaranıb, gözləri zəifləyib, nəfəss alması çətinləşib. Bundan başqa burun dəliklərininin kanlları arasınd

28 yanvar
.

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

Bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. Müstəqi

28 yanvar
.

Vatsapa sərt qaydalar tətbiq edəcəklər

Avropa İttifaqı (Aİ) "Meta" şirkətinə məxsus mesajlaşma və zəng tətbiqi vatsapı daha sərt tələblərin tətbiq olunduğu "Çox böyük onlayn platforma" kateqoriyasına daxil edib. "Qafqazinfo"nun məlumatına görə, bu barədə Aİ Komissiyası rəsmi açıqlama yayıb. Bildirilib ki, vatsapı

27 yanvar
.

"Qorxuram ki, evdən çıxaram, küçədə yıxılaram" - Əkrəm Əylisli

"Bunu ilk dəfədir ki, deyirəm. Çünki insanlar narahat olurlar. Səhhətimdə problemlər var. Qorxuram ki, evdən çıxaram, küçədə yıxılaram. Heç kəslə də bu səbəbdən görüşmürəm". Qaynarinfo xəbər verir ki, bu sözləri yazıçı Əkrəm Əylisli -a müsahibəsində bildirib. "Düzü, evə də insanları dəvə

28 yanvar
.

Sabah bu ərazidə su kəsiləcək - Xəbərdarlıq

Sabah bəzi yerlərdə su olmayacaq. xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Bildirilib ki, yeni çəkilmiş magistral su xəttinin mövcud şəbəkəyə birləşdirilməsi ilə əlaqədar 29.01.2026-cı il tarixində saat 10:00-dan saat 22:00-dək görüləcək işlər çərçivəsind

28 yanvar
.

"Yeni qanunda çətin həyat şəraitində olan uşaqların aşkarlanması üçün xüsusi mexanizmlər nəzərdə tutulur" - Bahar Muradova

Qüvvədə olan "Uşaq hüquqları haqqında" qanun müasir tələblərlə uzlaşmır. xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında "Uşaq hüquqları haqqında" yeni qanu

28 yanvar
.

"Tarqovu"da hoteldə ölən şəxs diaspor rəhbəri imiş - Foto

Xəbər verdiyimiz kimi, Bakının mərkəzində yerləşən hotellərin birində meyit aşkarlanıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, ölən şəxs Rusiyanın Krasnodar vilayətinin diaspor rəhbəri, həmçinin, orada fəaliyyət göstərən Soçi Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Cəmi

28 yanvar