AZAL "AerCap" şirkətindən altı yeni A320neo və A321neo təyyarəsini əməliyyat lizinqinə götürür

AZAL "AerCap" şirkətindən altı yeni A320neo və A321neo təyyarəsini əməliyyat lizinqinə götürür2 oktyabr 2024-cü il, Bakı – Azərbaycanın milli aviadaşıyıcısı AZAL dünyanın ən böyük aviasiya lizinqi şirkəti olan "AerCap" ilə CFM LEAP mühərrikli altı yeni "Airbus" təyyarəsinin əməliyyat lizinqinə dair müqavilə imzalayıb. Müqaviləyə əsasən, 2026-cı ilin yaz aylarından başlayaraq həmin ilin sonunadək üç A320neo və üç A321neo təyyarəsinin tədarükü planlaşdırılır.

Sənəd "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Samir Rzayev və "AerCap" şirkətinin baş kommersiya direktoru Piter Anderson tərəfindən imzalanıb.

"Lizinq müqaviləsinin imzalanması, xüsusilə məşhur A321neo təyyaralərinin cəlb edilməsi, donanmamızı əhəmiyyətli dərəcədə yeniləməyə imkan yaradır. Bu təyyarələr sərnişinlərimizin ehtiyaclarını ödəmək, onların maksimum rahatlığını təmin etmək, eləcə də aviaşirkətimizin marşrut şəbəkəsinin genişləndirilməsinə töhfə vermək məqsədinə xidmət edir. Biz yeni istiqamətlər açaraq və xidmət keyfiyyətini yüksəldərək daha yaxşı səyahət imkanları yaratmağa və müştərilərimizin gözləntilərini qarşılamağa çalışırıq. Bundan əlavə, "AerCap" kimi böyük bir şirkətlə müqavilənin bağlanması AZAL-ın beynəlxalq aviasiya bazarında yüksək etimada malik olduğunu bir daha sübut edir," – deyə AZAL QSC-nin prezidenti Samir Rzayev bildirib.

Qeyd edək ki, A321neo təyyarələri ilk dəfədir ki, AZAL-ın donanmasında təqdim ediləcək. A321neo təyyarələrinin Türkiyə, Yaxın Şərq və Hindistan kimi istiqamətlər üzrə uçuşlar həyata keçirəcəyi planlaşdırılır. A320neo-ların isə Avropa və Asiya marşrutlarında istifadə olunması nəzərdə tutulur.

"AerCap" AZAL-ı yeni müştəri kimi qarşılamaqdan və onların təyyarə parkı və marşrut şəbəkəsini genişləndirməkdə dəstək olmaqdan məmnundur. A320neo və A321neo dünyada ən çox tələb olunan təyyarələrdən hesab olunur. Bu təyyarələr AZAL-a həm daha çox istiqamət üzrə sərnişinlərə xidmət göstərməyə, həm də donanmasını bazarda texnoloji cəhətdən ən qabaqcıl və yanacağa qənaət edən təyyarələrlə yeniləməyə imkan verəcək. Biz AZAL komandasına bu məqsədlərinə nail olmaqda uğurlar diləyir və uzunmüddətli tərəfdaşlığımıza ümid edirik," – deyə "AerCap" şirkətinin baş kommersiya direktoru Piter Anderson bildirib.

"Airbus A320neo" və "Airbus A321neo" qısa və orta məsafəli uçuşlar üçün nəzərdə tutulmuş müasir dar gövdəli təyyarələrdir. Hər iki model uçuş təhlükəsizliyini və sərnişin rahatlığını artıran müasir idarəetmə sistemləri ilə təchiz edilib.

Təkmilləşdirilmiş aerodinamikası sayəsində A320neo və A321neo həm karbon emissiyalarını, həm də səs-küy səviyyəsini əhəmiyyətli dərəcədə azaldır. Bu xüsusiyyətlər onları dayanıqlı inkişafa sadiq aviaşirkətlər üçün cəlbedici edir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 771   Tarix: 02 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Gələn ildən maaşlardan tutulmalar ARTACAQ - AÇIQLAMA

Gələn il yanvarın 1-dən etibarən muzdlu işdən əldə edilən gəlirlər üzrə gəlir vergisinin dərəcələri dəyişdiriləcək. Yeni qaydalara əsasən, çalışanların əməkhaqqından tutulacaq gəlir vergisi pilləli sistem üzrə hesablanacaq. Belə ki, aylıq gəlirin 2500 manatadək olan hissəsinə 5 faiz dərəcə tətbiq ediləcək

27 sentyabr
.

Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələri niyə üst-üstə düşmür? - AÇIQLAMA

Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələrinin hər zaman üst-üstə düşməməsi təhsil sahəsində müzakirə olunan məsələlərdəndir. Məktəbdaxili qiymətləndirmə ilə imtahanlarda tətbiq olunan qiymətləndirmə üsulları, meyarlar və tapşırıq formatları arasında fərqlər bu nəticələrə təsir göstər

25 sentyabr
.

Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR

Ailə cəmiyyətin əsas özəyidir və hər bir vətəndaşın ailə qurmaq hüququ konstitusiya ilə təsbit olunub. "Yeni Sabah"a istinadən xəbər verir ki, lakin bu hüquq mütləq xarakter daşımır - dövlət həm tərəflərin, həm də gələcək nəsillərin maraqlarını, fiziki və psixi sağlamlığını qorumaq məqsədil

27 sentyabr
.

Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI

Bakıda "Formula-1" Azərbaycan Qran-prisi ilə əlaqədar Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkətinə tətbiq edilən məhdudiyyət bu gün gecəyarısı 00:00-da başa çatacaq. xəbər verir ki, yarışların başa çatmasından dərhal sonra - sentyabrın 26-da ərazidə quraşdırılmış konstruksiyaları

26 sentyabr
.

MƏRHUMUN BANK KREDİTİ ailənin boynuna qalır? - AÇIQLAMA

Vərəsəlik zamanı mirasın bölüşdürülməsi ilə yanaşı, mərhumun üzərinə götürdüyü maliyyə öhdəlikləri də gündəmə gəlir. Bank kreditləri, fiziki şəxslərə olan borclar və digər öhdəliklərin vərəsələrə hansı hallarda keçməsi isə cəmiyyətdə suallar doğurur. Xüsusilə mirası qəbul edən şəxslərin mərhumun borcların

27 sentyabr
.

Pensiya və müavinətlərlə bağlı YENİ XƏBƏR

Bu ilin yanvar-avqust ayları ərzində 124 026 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir. Məlumata görə

27 sentyabr
.

Florian Zenqstşmid: "Bölgələrdə yeni turizm mərkəzləri formalaşdırılır"

Azərbaycanın bölgələrində yeni turizm mərkəzləri formalaşdırılır. "Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan Internationa

26 sentyabr
.

91 yaşlı sabiq deputat vəfat etdi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq deputatı Zərifə Nəcəfova vəfat edib. "Qafqazinfo" xəbər verir ki, 91 yaşlı Z.Nəcəfova xəstəlik səbəbindən həyatını itirib. Qeyd edək ki, Əməkdar müəllim olan Zərifə Nəcəfova uzun illər Naxçıvan Dövlət Universitetində prorektor vəzifəsində d

25 sentyabr
.

Azərbaycanda Anım Günü qeyd olunur

Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. Bu münasibətlə Azərbaycanda Anım Günü qeyd olunur. Altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandan

27 sentyabr