"Ailəli ola-ola iş yerində ərinə xəyanət edir" - Müğənnidən qalmaqallı sözlər
Azərbaycan cəmiyyəti kişilərə qarşı çox amansızdır. Bunu bir neçə sadə nüansla sübut etmək olar. İşi, evi, hətta maşını olmayan oğlana ölkəmizdə qız verilmir.
Evlənəndə oğlanın müəyyən qədər imkanlı olması tələb edilir. Bunu təkcə sadə insanlar yox, elə məhşur simaların özü də təsdiq edir ki, ailənin maddi yükü kişinin çiyinləri üzərində olmalıdır. Qadın işləsə belə, mütləq kişidən evi, ailəni dolandırmaq tələb olunur. İllər keçdikcə, bu sadalananlar yazılmamış qanunlar siyahısında ilk sırada yer almağa doğru irəliləyir. Beynəlxalq təcrübədə isə ailə fərdlərinin həyatın bütün maddi-mənəvi yüklərinə ortaq olmağı nümunə kimi göstərilir.
Sonxeber.az xəbər verir ki, müğənni Ofelya Şabanova "Yeni Sabah"a açıqlamasında məsələyə belə münasibət bildirib:
"İlk olaraq bildirim ki, ruzini Allah-Təala verir. Bugün hansısa xanım imkanlı bəylə ailə qurar, çox keçməz pulları əllərindən çıxar. O zaman xanım nə etməlidir, boşanmalıdır?
Ailədə yük hər zaman ailə başçısı olaraq kişinin üzərinə düşür. Ailələrimizin çoxunda ailənin başçısı olan kişi xanımının işləməsinə razı deyil. Mən bunu çox gözəl qəbul edirəm. Bu da bizim mentalitetimizdən irəli gəlir. Ailəli ola-ola iş yerində ərinə xəyanət edən əxlaqsız qadınları kişilər görür və ona görə həyat yoldaşlarının işləməsinə razılıq vermirlər. Azərbaycan kişilərinin çoxunda bu səbəbdən qadına qarşı inamsızlıq yaranır. Ailədə kişi də, qadın da çalışsa təbii ki, ailənin büdcəsinin maddi durum daha da əla olar. Mən hər iki fikrə hörmətlə yanaşıram".
Müğənni qeyd edib ki, qadın nə qədər çox pul qazansa da, ərin qazancının yanında onun pulu bərəkətsizdir:
"Bunu gözəl qəbul edirəm. Yer kürəsində Azərbaycan kişiləri kimi qeyrətli, namuslu kişilər yoxdur. Bir-iki nəfər kimsə əqli cəhətdən problemlidirsə, bunu bütün kişilərə şamil etmək olmaz.
Mən özümdən danışım. Bir ayda 10 min də qazana bilirəm, amma hardan gəlib hara getdiyi bilinmir. Həyat yoldaşımın aylıq maaşı mənim qazancımdan daha bərəkətlidir. Kim ki, deyir mən kasıb oğlana və ya ailəyə ərə getmərəm, demək o artıq özünə gizlin də olsa, imkanlı "sponsor" tapıb. Yalandan bəhanələr edir ki "sponsorun" xətrinə dəyməsin".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3998 Tarix: 02 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Gələn ildən maaşlardan tutulmalar ARTACAQ - AÇIQLAMA
Gələn il yanvarın 1-dən etibarən muzdlu işdən əldə edilən gəlirlər üzrə gəlir vergisinin dərəcələri dəyişdiriləcək. Yeni qaydalara əsasən, çalışanların əməkhaqqından tutulacaq gəlir vergisi pilləli sistem üzrə hesablanacaq. Belə ki, aylıq gəlirin 2500 manatadək olan hissəsinə 5 faiz dərəcə tətbiq ediləcək
27 sentyabrAzərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Ailə cəmiyyətin əsas özəyidir və hər bir vətəndaşın ailə qurmaq hüququ konstitusiya ilə təsbit olunub. "Yeni Sabah"a istinadən xəbər verir ki, lakin bu hüquq mütləq xarakter daşımır - dövlət həm tərəflərin, həm də gələcək nəsillərin maraqlarını, fiziki və psixi sağlamlığını qorumaq məqsədil
27 sentyabrMƏRHUMUN BANK KREDİTİ ailənin boynuna qalır? - AÇIQLAMA
Vərəsəlik zamanı mirasın bölüşdürülməsi ilə yanaşı, mərhumun üzərinə götürdüyü maliyyə öhdəlikləri də gündəmə gəlir. Bank kreditləri, fiziki şəxslərə olan borclar və digər öhdəliklərin vərəsələrə hansı hallarda keçməsi isə cəmiyyətdə suallar doğurur. Xüsusilə mirası qəbul edən şəxslərin mərhumun borcların
27 sentyabrPensiya və müavinətlərlə bağlı YENİ XƏBƏR
Bu ilin yanvar-avqust ayları ərzində 124 026 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir. Məlumata görə
27 sentyabrFlorian Zenqstşmid: "Bölgələrdə yeni turizm mərkəzləri formalaşdırılır"
Azərbaycanın bölgələrində yeni turizm mərkəzləri formalaşdırılır. "Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan Internationa
26 sentyabr91 yaşlı sabiq deputat vəfat etdi
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq deputatı Zərifə Nəcəfova vəfat edib. "Qafqazinfo" xəbər verir ki, 91 yaşlı Z.Nəcəfova xəstəlik səbəbindən həyatını itirib. Qeyd edək ki, Əməkdar müəllim olan Zərifə Nəcəfova uzun illər Naxçıvan Dövlət Universitetində prorektor vəzifəsində d
25 sentyabrAzərbaycanda Anım Günü qeyd olunur
Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. Bu münasibətlə Azərbaycanda Anım Günü qeyd olunur. Altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandan
27 sentyabr