Nazirlik tender keçirmədən 9 ədəd xalça alır - Biri 22 min manatdan

Nazirlik tender keçirmədən 9 ədəd xalça alır - Biri 22 min manatdanMədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Əsaslı Tikinti və Təchizat" MMC fiziki şəxs Əliyev Namiq Nadir oğlu (VÖEN – 1703815952) ilə satınalma müqaviləsi imzalayıb.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, satınalma müqaviləsi tender müsabiqəsi keçirilmədən bir mənbədən satınalma metodu əsasında imzalanıb.

"Əsaslı Tikinti və Təchizat" MMC Azərbaycan Milli Xalça Muzeyinin "Xovlu-xovsuz xalça" kolleksiyasının zənginləşdirilməsi məqsədilə Namiq Əliyevdən bir ədəd xovsuz, səkkiz ədəd xovlu xalça satın alacaq və qarşılığında 195 min manat ödəyəcək. Məlumatlardan da göründyü kimi 1 ədəd xalça 21,6 min manata satın alınacaq.

Qeyd edək ki, satınalmanın hansı səbəbdən müsabiqə keçirilmədən bir mənbədən satınalma metodu əsasında həyata keçirildiyi barədə məlumat verilməyib.

Xatırladaq ki, "Dövlət satınalmaları haqqında" Qanunun 49-cu maddəsində qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur:

- Satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda;
- Satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda;
- Satınalma predmetinə təcili tələbat yarandıqda;
- Təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə;
- Satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.

Qeyd edək ki, xovlu və xovsuz xalçaların satın alınmasının yuxarıda göstərilən hallardan hansına aid edildiyi aydın deyil.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1294   Tarix: 02 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sabah bəzi yerlərdə yağış yağacaq

Bakıda və Abşeron yarımadasında martın 31-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Qaynarinfo-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, gündüz bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Gecə və səhə

30 mart
.

Rasim Balayevlə vida mərasimi keçirilir

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq artisti Rasim Balayevlə vida mərasimi keçirilir. "Qafqazinfo" xəbər verir ki, vida mərasimində Xalq artistinin ailə üzvləri, sənət dostları, mədəniyyət və incəsənət xadimləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak edirlər. Qeyd edə

30 mart
.

NİİM: Yağışa görə svetoforlar və onların idarəetmə qurğuları fasiləsiz diqqətdə saxlanılır

Hazırda davam edən intensiv yağıntı ilə əlaqədar paytaxtda svetoforlar və onların idarəetmə qurğuları fasiləsiz olaraq diqqətdə saxlanılır. "Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) məlumat yayıb. Qeyd olunub ki, hava şərait

28 mart
.

FAO Azərbaycana balıqçılıq təsərrüfatının inkişafı üzrə beşillik plan hazırlamağı təklif edib

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycana ekosistem yanaşması prinsiplərinə əsaslanan akvakultura sektorunun inkişafı üzrə beşillik milli plan hazırlamağı tövsiyə edir. "Report"a istinadla xəbər verir ki, bu barədə FAO-nun "Azərbaycanda akvakultura və balıqçılıq təsərrüfatını

29 mart
.

Masazırda günlərdir niyə su yoxdur? - Açıqlama

Abşeronun ən böyük yaşayış məntəqələrindən olan Masazır qəsəbəsində günlərdir su problemi yaşanır. Bu şikayətlə "Qafqazinfo"ya qəsəbə sakinləri müraciət ediblər. Onların sözlərinə görə, qəsəbənin bəzi ərazilərinə içməli su günaşırı verilir. Bu bir yana, artıq 4 gündür ki, içməli su təchizat

30 mart
.

Daimi əsnəmək bu xəstəliklərin XƏBƏRÇİSİDİR

"Daimi və qarşısıalınmaz əsnəmə insult və ya beyin infarktının xəbərçisi ola bilər". xəbər verir ki, bu barədə rusiyalı kardioloq Andrey Kondraxin RT-yə açıqlamasında bildirib. Onun sözlərinə görə, əsnəmə nevroloji simptom ola bilər və buna məhəl qoyulmasa, beyinlə bağlı ciddi problemlər yaran

28 mart
.

Sayğaca yüklənən pul "yoxa çıxır"? - "Azərişıq"dan abonentlərə cavab - VİDEO

Gəncədə və ölkənin müxtəlif bölgələrində elektrik sayğaclarına yüklənən vəsaitin tam oturmaması və balansdan əlavə məbləğlərin çıxılması sakinlərin narazılığına səbəb olub. Vətəndaşlar iddia edirlər ki, karta yüklədikləri məbləğlə sayğacda görünən vəsait arasında uyğunsuzluq yaranır. ATV-yə istinadl

29 mart
.

Bu məhsullar UCUZLAŞACAQ - Yağışdan sonra...

İki gün yağan intensiv leysan yağışları gündəlik həyata müxtəlif təsirlərini göstərib. Yolların su altında qalması, nəqliyyatın hərəkətinin çətinləşməsi və bəzi infrastruktur problemləri narahatlıq yaratsa da, kənd təsərrüfatı üçün faydalı tərəfləri var. Çünki uzun müddətdir quraqlıq olub və əkin sahələrinə

29 mart
.

Beş gün ardıcıl İŞ OLMAYACAQ - TARİXLƏR

May ayında Azərbaycanda beş gün ardıcıl iş olmayacaq. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının qərarına əsasən, 27-28 may tarixləri Qurban bayramına təsadüf edir. Həmçinin, 28 may tarixində Müstəqillik Günü qeyd olunacaq. Əmək Məcəlləsinin tələblərinə əsasən

28 mart