Qeyri-qanuni olaraq qoyun klonlayan şəxsə cəza: "Həvəsimə təslim oldum"
ABŞ-da bir adam nəsli kəsilməkdə olan heyvanlardan genetik material alaraq nəhəng hibrid qoyun yetişdirib. Artur Şubart adlı 81 yaşlı kişiyə 6 ay həbs cəzası verilib.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı qanununun pozulmasına görə dinləmə baş tutub. Bu qanun bəzi vəhşi heyvanların dövlətlərarası ticarətini qadağan edir və vəhşi heyvanların qaçaqmalçılığının qarşısını almaq üçün həyata keçirilir.
Şubartın Qırğızıstandan qeyri-qanuni yolla gətirdiyi Marko Polo qoyun genetikasından embrionları Amerika çöl qoyunlarının emrionları ilə birləşdirərək klonlaşdırmaq üçün istifadə etdiyi bildirilir. Klonlaşdırma nəticəsində "Montana Dağ Kralı" adlı tək erkək qoyun əldə edilib. Şubart bu qoyundan başqa qoyunları mayalandırmaq üçün istifadə edirdi.
Klonlaşdırılmış qoyunların ovçuluq təsərrüfatlarına satıldığı və oradakı ovçular tərəfindən güllələndiyi öyrənilib. Klonlaşdırılan hər qoyunun satış qiymətinin təxminən 10 min dollar olduğu bildirilib.
Marko Polo qoyunlarının çəkisi 135 kiloya, buynuzlarının uzunluğu isə 1,5 metrə çata bilər. Onun zooparka köçürülməsinə qərar verilərkən, Şubartın 20 min dollar cərimə ödəyəcəyi də açıqlandı.
Nəticədə ittihamları qəbul edən Şubart, hökm iclasından sonra verdiyi açıqlamada "Mən həvəsimə təslim oldum" deyib.
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 3547 Tarix: 05 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sentyabrın 24-də Yer kürəsində nə baş verəcək? - Alimlərdən xəbərdarlıq
Yer kürəsində sentyabrın 24-də maqnit qasırğasının baş verəcəyi proqnozlaşdırılır. xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Günəş-Yer Fizikası İnstitutunun Günəş astronomiyası laboratoriyası məlumat yayıb. Gözlənilən maqnit qasırğası Günəşin səthində yarana
23 sentyabrTramp: İran nüvə silahına sahib ola bilməz
İran nüvə silahına sahib ola bilməz. "Report" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün "Truth Social" sosial şəbəkəsindəki səhifəsində yazıb. "İranın nüvə silahı ola bilməz", - ABŞ Prezidenti qeyd edib
26 sentyabrMəktəbdə övladlarına görə qadağa qoyuldu, valideynlər etiraz etdi
Britaniyada yaşayan şahzadə Harri və Meqan Marklın övladları Arçi və Lilibetin təhsil aldığı məktəbdə tətbiq olunan xüsusi təhlükəsizlik tədbirləri yerli valideynlərin narazılığına səbəb olub. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, məktəblərin valideynlərə göndərdiyi məktublarda məxfilik qaydaların
26 sentyabrTrampdan Rusiya və Çinə dialoq TƏKLİFİ
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Çin Xalq Respublikasının rəhbəri Si Cinpinin Vaşinqtona rəsmi səfəri çərçivəsində Rusiya, ÇXR və ABŞ arasında silahlanmaya nəzarət məqsədilə üçtərəfli müzakirələrin aparılması təşəbbüsü ilə çıxış edib. -ın məlumatına görə, bu təfərrüat Ağ Ev tərəfində
26 sentyabrNikol Paşinyan Rəcəb Tayyib Ərdoğanla görüşüb - VİDEO
Ermənistanın baş naziri Nikol Paşinyan Nyu-Yorkda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. xəbər verir ki, Paşinyan görüşün videosunu "Instagram" səhifəsində yayımlayıb. Yayımlanan kadrlardan görüşdə Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan və Türkiyəni
23 sentyabrPezeşkian: Yaxın Şərqin "polis"ə ehtiyacı yoxdur
İran ABŞ və İsraillə qarşıdurmada "öz mövqeyində qalmağa" davam edir. "Report" "Al Jazeera"yə istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian bildirib. Onun sözlərinə görə, sanksiyalar vasitəsilə İran xalqına təsir göstərəcəyini düşünənlər "yanılıblar"
26 sentyabrHələ də çap maşınında yazır
Dünyaca məşhur aktyor Tom Henks qeyri-adi hobbisi ilə seçilir. "Qafqazinfo" xəbər verir ki, aktyor çap maşınlarının kolleksiyasını toplayır. Onun kolleksiyasında artıq 300-dən çox çap maşınının olduğu bildirilir. "Oskar"lı aktyorun kolleksiyasına daxil olan 35 yazı makinası 2025-c
23 sentyabr