Üzeyir Mehdizadə kimdir? - Haralıdır və neçə yaşı var? Şəxsi həyatını SİRR SAXLAYIR

Üzeyir Mehdizadə kimdir? - Haralıdır və neçə yaşı var? Şəxsi həyatını SİRR SAXLAYIRÜzeyir Mehdizadə Azərbaycanda ən çox tənqidlərə məruz qalan və eyni zamanda ən çox izləyici sayına malik, ən populyar müğənnilərdəndir. O Yotube platformasında Azərbaycan ifaçıları arasında ilk dəfə bir klipinə 100 milyon baxış, yarım milyonadək bəyənmə qazanmış musiqiçidir.

Sonxeber.az lent.az-a istinadən "Bioqrafiya" rubrikasında bəstəkar , meyxanaçı, müğənni Üzeyir Mehdizadədən bəhs edir.

- Üzeyir Mehdizadənin neçə yaşı var?

Üzeyir Mehdizadənin 34 yaşı var.

- Üzeyir Mehdizadə harada anadan olub?

Üzeyir Mehdizadə 19 may 1990-cı ildə Bakıda anadan olub. 1995-ci ildə 14 nömrəli məktəbdə 1-ci sinfə gedib.

- Üzeyir Mehdizadənin valideynləri kimdir, ailəsi haqqında nə məlumat var?

Üzeyir Mehdizadənin atası Bəxtiyar Mehdizadə 1963-cü ildə anadan olub. 1985-ci ildə ailə qurub. Anası Mehparə Məmməd qızı Mehdizadə. 2008-ci ildə ürək tutmasından vəfat edib. Üzeyirin 1 bacısı, bacısının 2 övladı var.

- Üzeyir Mehdizadə evlidir?

Üzeyir Mehdizadə 2018-ci ildə ailə qurub. O, şəxsi həyatını göz önünə sərməyi sevmir. Bu səbəblə bəy masasında tək oturub. Gəlin toyda iştirak etməyib. O, özünə dərviş toyu eləyib.

- Üzeyir Mehdizadənin qayınatası kimdir?

Üzeyir Mehdizadənin qayınatasının varlı məmur olduğu deyilsə də, bu yalandır. O kasıb bir meyxanaçının qızı ilə ailə qurub.

- Üzeyir Mehdizadənin neçə övladı var?

Üzeyir Mehdizadənin 2 azyaşlı qızı var.

- Üzeyir Mehdizadə toya neçəyə gedir?

Üzeyir Mehdizadə əsasən xarici ölkələrdən varlı ailələrdən toy dəvətləri alır. Onun toy qonorarı Bakıda ən az 5000 manat təşkil edir. Ən çox qazanan müğənnilərdəndir.

- Üzeyir Mehdizadə neçənci ildən sənətdədir?

Üzeyir Mehdizadə əvvəllər meyxanaçı kimi də fəaliyyət göstərib. 2008-ci ildə "Gəl yarına" adlı albomu işıq üzü görüb. 2009-cu ildə öz şəxsi studiyasını yaradıb və studiyanın ilk işi olan "O mənim olmalıdır" albomunu buraxıb.

- Üzeyir Mehdizadənin neçə albomu var?

2010-cu ildə "O olmasa neynəyərəm" albomu dinləyicilərə təqdim edilib. 2015-ci ildə isə "Əlvida keçmişim", "Dostum", "Onsuzda bəxti qarayam", "Səndən ötrü", "Bunu da örgənəcən" adlı mahnıları daşıyan albomu ilə rekord baxış sayı qazanıb. 2014-cü ildə ifa etdiyi və yalnız bir şəkil üzərində olan "Yaxşı olar" mahnısı qısa müddətdə dinləyənlərin rəğbətini qazanıb, habelə 50 milyondan artıq baxış sayı olan musiqiyə 10 iyun 2018-ci ildə "Yaxşı olar" klipi də çəkilib.

- Üzeyir Mehdizadə hansı ölkələrdə konsert verib? Üzeyir Mehdizadə 2016-cı ildə də Moskvada "Club Arena Star"-da konsert verib. "Ay ölmüş" mahnısı isə 2016-cı ilin ən populyar mahnısı olub . Daha sonra Türkiyə, Almaniya, Özbəkistan, Qazaxısatan, Ukrayna və İngiltərədə konsertlər verib.

- Üzeyir Mehdizadə uğurlarını kimə borcludur?

Üzeyir Mehdizadə verdiyi müsahibədə "Məni tanıdan ilk əvvəl ağlım, daha sonra musiqilərim oldu. Bunun üçünsə mənə o qədər də pul lazım olmadı. Uğurlarımın ilk səbəbi həvəsdən düşməməyimdir" deyib.

- Üzeyir Mehdizadə onu tənqid edən həmkarlarından, xüsusilə Əli Mirəliyevdən küsüb?

Üzeyir Mehdizadə bu suala "Biz qız deyilik ki, küsək. Ola bilər ki, sənət barəsində anlaşılmazlıq olub. Mən küsülü qala bilmirəm" deyib.

- Üzeyir Mehdizadə niyə yalnız öz bəstələrini oxuyur?

Üzeyir Mehdizadə bu suala "Mahnılarımın taleyini kiməsə etibar etmirəm. Mahnını özüm yazmasam, ifa edərkən onu yaşamaqda çətinlik çəkərəm. Əslində, mənə bir çox söz yazarlarından və bəstəkarlardan təkliflər gəlib. Hətta mənə yaxınlaşıb, pulsuz olaraq musiqi və mahnının sözlərini də vermək istədiklərini bildiriblər. Həmin insanlara izah etmişəm ki, mən yalnız öz yazdıqlarımı oxuya bilərəm, başqalarının yazdıqlarını ürəkdən oxuya bilmərəm. Bu mənim içimdən gəlməlidir. Onu da deyim ki, musiqi savadım da var. Fortepiano sinfini bitirmişəm. Özümü bəstəkar saymıram, amma bir məqamı qeyd etmək istərdim. Sözsüz ki, bu gün sənətin yaşamasında ömürlərinin çox hissəsini bu yolda sərf edənlərin böyük əziyyətləri var. Amma sabah onlar həyatda olmayanda sənəti kim yaşadacaq? Təbii ki, biz cavanlar. Məncə, insanlar tərəfindən sevilən şəxslərin sənəti qəbul olunmalıdır" deyib.

- Üzeyir mahnılarını primitiv və sadə adlandıranlara nə deyir?

"Sadəlik özü bir gözəllikdir. Onu düz deyirlər. Bəzən mahnılarımda ağır sözlərdən istifadə edirəm. Ancaq görürəm ki, tamaşaçılar onu çətinliklə qəbul edir. Təcrübəmdən qaynaqlanıb deyə bilərəm ki, sadə mahnılara maraq daha çoxdur. Dinləyicilər həmin mahnını asanlıqla başa düşür və qəbul edirlər" deyib.- Üzeyir Mehdizadə tamaşaçıların nəbzini necə tutur? Onun populyarlığının sirri nədədir?

Üzeyir Mehdizadə bunu yaşadığı həyatı təsvir etməsi ilə əlaqələndirib.
"Mən daha çox gördüyüm, yaşadığım həyatı səmimi şəkildə dilə gətirirəm. Hesab edirəm ki, hər bir sahədə səmimiyyət olsa, daha çox sevilər. Qarşındakı insanla söhbət etdikdə, ondan səmimiyyət görmədikdə həmin insanın söhbətini dinləmək istəmirsən. Gənclər hər zaman səmimi sözlərə üstünlük veriblər və mənim mahnılarımda da səmimiyyət özünü bariz şəkildə göstərir".

- Üzeyir Mehdizadənin xarakteri necədir?

Üzeyir Mehdizadə çətin xarakterli olduğunu bildirib: "Bir gün yaxın adamım mənə dedi ki, ya xasiyyətini dəyiş, ya da sənətini. Mən isə heç birini dəyişmədim. İkisi də qaldı. Yalnız düzgünlük olmayan yerdə çətin adamam. Allah hər birimizə gözəl günlər qismət etsin"

- Üzeyir Mehdizadənin avtomobilinin markası nədir?

Üzeyir Mehdizadənin son avtomobili "Mercedes-Maybach"dır.


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 4584   Tarix: 06 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Müğənni Könül Kərimovanın 245 min manatı necə əldən çıxdı

Müğənni Könül Kərimovaya qarşı 245 min manatlıq dələduzluq etməkdə ittiham olunan "Hüquq-Ekspertiza Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) rəhbəri olmuş Mübariz Məmmədov və Elçin Bağırovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib. -ın məlumatına görə, Bakı Ağır Cinayətlə

16 sentyabr
.

77 yaşlı Alla Puqaçova həyatında ilk dəfə İstanbula gedib

Məşhur cütlük Maksim Qalkin və Alla Puqaçova Türkiyənin ən böyük şəhərinə işgüzar səfərə gediblər. xarici mediaya istinadən xəbər verir ki, primadonna səfərindən bir anını "Instagram" səhifəsində paylaşıb. Kadrlarda onların otel otağında İstanbula heyranlıqla baxdıqları görünür. Qalkin 77 yaşl

11 sentyabr
.

Evində ölü tapılan Serhat Kılıçla bağlı ŞOK AÇIQLAMALAR: 2 ildir...

Xəbər verildiyi kimi, türkiyəli aktyor Serhat Kılıç İstanbulun Kağıthane rayonundakı evində sevgilisi tərəfindən ölü vəziyyətdə tapılıb. Türkiyə mətbuatına istinadla xəbər verir ki, Kılıçın ölümündən sonra ortaya atılan müxtəlif iddialara münasibət bildirən həmkarı Şoray Uzun insanları ehtiyatlı olmağ

6 sentyabr
.

Elnarə Xəlilova da iynə ilə arıqlayır

Müğənni Elnarə Xəlilova da artıq çəkidən xilas olmağa çalışır. Axşam.az xəbər verir ki, sənətçi iynə vasitəsilə çəki atmağa hazırlaşdığını bildirib. E.Xəlilova bununla bağlı sosial şəbəkədə paylaşım edib

12 sentyabr
.

"11 yaşımda ana oldum, mən böyümədim" - Xalq artisti

Xalq artisti Xalidə Quliyeva uşaqlıq illərindən və valideynlərini itirməsindən danışıb. xəbər verir ki, aktrisa bu barədə "Xəzər axşamı" verilişində söhbət açıb. O, 10 yaşında anasını, universitetə qəbul olduğu il isə atasının vəfat etdiyini bildirib:. "10 yaşımda anam dünyasını dəyişmişdi

25 sentyabr
.

3 həftədir sirli qızılgüllər alan müğənni göndərəni axtarır

Türkiyənin məşhur müğənnisi Simge Sağın on günlər mahnıları və səhnə çıxışları ilə deyil, ona göndərilən sirli güllərlə gündəmə gəlib. xarici mediaya istinadla xəbər verir ki, Müğənniyə artıq üç həftədir kimliyi məlum olmayan bir şəxs tərəfindən hər həftə 101 qızılgül göndərilir. Beləliklə, Sağın indiyədə

24 sentyabr
.

Rəqsanə İsmayılovaya ağır itki

Müğənni Rəqsanə İsmayılovaya ağır itki üz verib. Axşam.az xəbər verir ki, onun atası İsmayıl İsmayılov dünyasını dəyişib. Bu barədə şair Nazilə Səfərli sosial şəbəkədə paylaşım edib:. "Əziz dostum Rəqsanə İsmayılovaya atasının vəfatı ilə bağlı baş sağlığı verirəm. Allah rəhmət eləsin. Allah günahların

24 sentyabr
.

"Yeraltı"nın yayım tarixi bəlli oldu

Türkiyəli aktyorlar Devrim Özkan, Deniz Can Aktaş və Uraz Kayqılaroğlunun baş rollarını paylaşdığı "Yeraltı" serialının ikinci mövsümünün çəkilişlərinə start verilib. Axşam.az xəbər verir ki, serialın aktyor heyətinə İsmail Hacıoğlu da daxil olub. O, ekran işində "Bozo"nun düşmənin

13 sentyabr
.

Zabitə Alıyevanın toyu oldu (FOTO)

Xanəndə Zabitə Alıyevanın toy mərasimi keçirilib. Qaynarinfo xəbər verir ki, məclisdən görüntülər sosial şəbəkələrdə sənət adamları tərəfindən paylaşılıb. Toy mərasimində Zabitə Alıyevanın yaxınları ilə yanaşı, şou-biznes nümayəndələri də iştirak edib

15 sentyabr