Metrostansiyaların platformasında təhlükəsizlik səddi quraşdırılacaq? - RƏSMİ CAVAB/VİDEO

Metrostansiyaların platformasında təhlükəsizlik səddi quraşdırılacaq? - RƏSMİ CAVAB/VİDEOMetronun "28 May" stansiyasında qatarın altına yıxılan şəxs ölüb. O, Bakıya işləməyə gələn 55 yaşlı Şirvan sakini Rövşən Abışovdur.

Metronun "Ulduz" stansiyasında qatar yoluna yıxılan şəxs isə 20 yaşlı Əmirəliyev İlkin Elnur oğludur. Onun ayaqları amputasiya olunub, vəziyyəti ağır-stabildir.

Xezerxeber.az-ın məlumatına görə, son günlər hər iki hadisə sosial şəbəkələrdə geniş müzakirə olunur. Baş vermiş bu hadisələri metrodakı sıxlıqla əlaqələndirənlər də var. Bəs bu fikirlərin əsası varmı?

Metrodakı sıxlığı hər gün bu nəqliyyat növündən istifadə edənlər də təsdiqləyirlər.

Hər iki oxşar hadisə metroda sıxlığın yaratdığı problem kimi göstərilsə də, Bakı metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov iddiaların əsassız olduğunu deyir. Onun sözlərinə görə, məsələ barədə aidiyyəti qurumların hesabatı əsas götürüləcək.

Bəs belə halların qarşısını almaq üçün metroda təhlükəsizlik tədbirlərinin artırılması, daha dəqiq desək, platforma qapılarının qurulması mümkündürmü?

Metropoliten rəsmisi qeyd edib ki, metrostansiyalarda platforma qapılarının qurulmasının nə qədər effektiv ola biləcəyi hazırda qiymətləndirmə mərhələsindədir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1012   Tarix: 06 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Beyləqanda körpə doğuşdan sonra öldü

Beyləqanda doğuşdan sonra körpə ölümü qeydə alınıb. "Qafqazinfo"nun məlumatına görə, rayonun Birinci Şahsevən kənd sakini 1996-cı il təvəllüdlü Ülviyyə Musa qızı Əliyeva 39 həftəlik hamiləlik sanıcısı ilə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Doğuş prosesi normal keçsə də, körp

10 fevral
.

Qarabağ qazisi vəfat etdi

Birinci Qarabağ müharibəsinin qazisi, ehtiyatda olan kapitan Zahid Hacıyev vəfat edib. Qaynarinfo xəbər verir ki, bu barədə qazinin döyüş yoldaşları bildiriblər. Kapitan Zahid Hacıyev Birinci Qarabağ müharibəsi zamanı Cəbrayıl istiqamətində döyüşüb. O, Cəbrayılda yaradılan ilk ərazi müdafiə taborunu

9 fevral
.

Bir ailənin 8 üzvünün zəhərlənməsi ilə bağlı - Açıqlama - Yenilənib

Xəbər verdiyimiz kimi, ötən gün Qubada bir ailənin səkkiz üzvü qidadan zəhərlənib. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, hazırda zəhərlənənlərin vəziyyəti stabildir. "Quba rayonunda məişət şəraitində baş verən hadisəni

9 fevral
.

DYP-dən sürücü və piyadalara XƏBƏRDARLIQ - Bu tarixdən...

Baş Dövlət Yol Polisi İdarəsinin əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə fevralın 10-dan başlayaraq ölkə ərazisində havanın küləkli olacağı, fasilələrlə sulu qar və qar yağacağı, dağlıq və dağətəyi rayonlard

9 fevral
.

Bu tarixlərdə diqqətli olun - Əhaliyə XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edib. Bu barədə -a nazirlikdən məlumat verilib. Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, fevralın 10-11-də ölkə ərazisində kəskin hava şəraitinin müşahidə olunacağı, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərd

9 fevral
.

Sabah Bakıya qar yağacaq

Fevralın 10-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı, sulu qara, qara keçəcəyi gözlənilir. Gün ərzində ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimal

9 fevral
.

"Aqressiya əsl hissləri gizlədən maskadır" - Samirə Bağırova

Son dövrlərdə insanların bir-birinə qarşı daha tez aqressiya göstərdiyi müşahidə olunur. Gündəlik həyatda, yollarda, sosial şəbəkələrdə və hətta ən yaxın münasibətlərdə belə əsəb, dözümsüzlük və emosional partlayışlar artıb. Bir çoxları bu vəziyyəti stress, iqtisadi çətinliklər və sürətli həyat temp

9 fevral
.

Bakıda atanın qızını cinsi zorakılıqla hədələdiyi iddia olunur - Polis araşdırmaya başladı

Bakı şəhəri, Sabunçu rayonunda atanın qız övladını cinsi zorakılıqla hədələdiyi iddia olunub. xəbər verir ki, sözügedən iddia ilə bağlı ana "Qadın Dəstək Xətti"nə zəng edərək müraciət edib. Ana bildirib ki, özü və üç azyaşlı övladı həyat yoldaşı tərəfindən davamlı olaraq məişət zorakılığı v

10 fevral
.

"Avarasansa, 20 manat cərimə ödəməlisən"

Aparıcı Aytən Səfərova paylaşımı ilə gündəmə gəlib. Axşam.az xəbər verir ki, aparıcı vətəndaşın ona göndərdiyi mesajı yayımlayıb. Mesajda bildirilir ki, bir vətəndaşa mesaj gəlib: avaraçılığa görə 20 manat cərimə ödəməlidir. Aytən bunu araşdırdıqlarını və həqiqətən də inzibati xətalar məcəlləsində bel

9 fevral