Azərbaycan Dövlət Aqrar Universiteti rektorun özəl hissləri ilə idarə olunur – PREZİDENTƏ MÜRACİƏT

Azərbaycan Dövlət Aqrar Universiteti rektorun özəl hissləri ilə idarə olunur – PREZİDENTƏ MÜRACİƏTSaxtakarlıqlar bitmir, seçkili vəzifələr auksiona çıxarılıb, çox pul verən adam axtarılır

Redaksiyamızın elektron poçtuna Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) bir qrup professor-müəllim heyəti adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanlanmış müraciətin surəti daxil olub. Müraciətdə ADAU-da yaşanan qanunazidd əməllərdən, rəhbər şəxslərin özbaşınalıqlarından, korrupsiya faktlarından və s. bəhs edilir. Biz Yenixeber.org olaraq, bütün bu iddialarla balğı qarşı tərəfi də dinləmək istədik. Təəssüf ki, bu istiqamətdəki cəhdlərimiz nəticəsiz oldu.

Aktuallığını nəzərə alıb, müəyyən düzəlişlərlə müraciəti dərc edirik:

Çənab Prezident, məlumunuz edirik ki, Zəfər Qurbanov ADAU-ya rektor təyin edildikdən sonra universiteti inkişaf etdirmək əvəzinə, sanki məhv etməyi qarşısına məqsəd qoyub. Belə ki, Azərbaycan Dövlət Aqrar Universitetində saxtakarlıqlar bitmək bilmir. Burada bilməyərəkdən və ya bilə-bilə müxtəlif qanunsuzluqlara imza atılır. Tələbənin kəsiri olduqda, təlimata görə həmin tələbələr dövlət imtahanına buraxılmır. Lakin rektor Zəfər Qurbanov rüşvət müqabilində həmin tələbələri dövlət imtahanına buraxdırır. Kəsiri ola-ola, akademik borcunu ödəməyən bu tələbələrə diplom verilən zaman "Kənd təsərrüfatı texnikası və texniki servis" kafedrasının dosenti Vaqif Mirzəliyev müxtəlif orqanlara, eləcə də Sizə şikayət etdi. Nəticədə rektor özünü müdafiə etmək üçün "Magistratura" şöbəsinin müdiri Aqil Mustafayevi işdən azad etdi.

Əslində həmin saxtakarlıqları prorektor Əhməd Məlikov, Tədris hissəsinin müdiri Elay Zeynallı və kafedra müdiri Aydın İsayev etmişdi. Lakin adları çəkilən şəxslər rektor Zəfər Qurbanovun pul yığanları olduğu üçün bu işdə "Magistratura" şöbəsinin müdiri Aqil Mustafayev qurban verilərək işdən azad olundu. Bu saxtakarlığı edənlərdən biri, "Kənd təsərrüfatı texnikası və texniki servis" kafedrasının müdiri Aydın İsayev 3-cü kursda oxuyan tələbə qıza sataşıb. Bu qız isə bununla bağlı prorektor Əhməd Məlikova şikayət edib. Lakin hələ də rektor bununla bağlı heç bir tədbir görmək istəmir. Amma həmin kafedranın müəllimi Taleh Vəliyev seçki prosesində Aydın İsayevin əleyhinə səs verdiyinə görə onu şərlədilər, tələbə qızları və bəzi laborant xanımları öyrədərək üzünə durdurdular və əmr verib işdən azad etdilər. Artıq həmin müəllimin yerinə rüşvət müqabilində başqa adam da təyin edilib.

Bu gün magistr adı altında ADAU-da tələbələr dərsdən yayınır. Magistrlər var, adı universitetdə tələbə kimi gedir, lakin özləri xaricdədir. Bunların dissertasiya işləri yazılıb hazırlanır, sonra isə həmin magistr bir dəfə universitetə gəlir, diplom müdafiəsində iştirak edib gedir, sonra isə ona diplom verilir. Magistr şöbəsində elə tələbələr var ki, universitetə təhsil haqqı borcu ola-ola universiteti qurtarır. Sonra məlum olur ki, bu şəxsin universitetə təhsil haqqı borcu var.
Bundan sonra narazılıqlar başlayır və həmin borc ödənilməmiş qalır. "İnformasiya texnologiyaları" ixtisasının tələbəsinin rəhbəri eyni adlı kafedranın müəllimi Mahir Məmmədov idi. Tələbə müdafiə etdi, universiteti bitirdi və diplomunu da aldı. Sonra məlum olub ki, tələbənin təhsil haqqı borcu var. Göründüyü kimi, universitetdə öz işinə səhlənkar yanaşmalar kifayət qədərdir.
"Baytarlıq təbabəti" fakültəsində isə biabırçılıqların sonu, ümumiyyətlə, görünmür. Bu fakültə rektor Zəfər Qurbanovun özəl hissləri ilə idarə olunur. Ali təhsil müəssisələrində dekan vəzifəsinə seçkilərin keçirilməsi qaydalarına görə, ali məktəblərdə fakültə dekanı vəzifəsinə həmin fakültədə kadr hazırlığı aparılan ixtisaslara uyğun, ən azı 5 il elmi-pedaqoji təcrübəyə və peşə-ixtisas hazırlığına, elmi ad və elmi dərəcəyə malik həmin ali məktəbin ştatında olan professor və ya dosentlər arasından seçilməlidir. Şəlalə Zeynalova isə 2006-cı ildə Kənd Təsərrüfatı Nazirliyi yanında Respublika Baytarlıq Laboratoriyasının virusologiya şöbəsində aparıcı baytar həkim kimi işə qəbul olunmuş, daha sonra isə Bakteriologiya və Virusologiya şöbələrinin müdiri işləmiş və 2016-cı ildən isə Bakıda yerləşən həmin laboratoriyada direktor müavini vəzifəsində işləmişdir.

Göründüyü kimi Şəlalə Zeynalova universitetdə ştatda olmadığından, bu xanımın dekan təyin olunmağı (dekan seçilir, təyin olunmur) təlimata tamamilə ziddir. İndi bu xanım dekan ixtiyarı olmasa da belə, hər yerdə Zəfər Qurbanovun adından danışır və səlahiyyətinə aid olmayan işlərlə məşğul olur. O, kafedra müdirlərinin - İlqar Gəncəyevin, Mirzə Əliyevin, dekan müavini Gülçin Məmmədovanın və s. ərizələrini alıb, işdən azad etdirib. Fakültənin dekan müavini və kafedraların müdirləri vəzifələri boşdur, kafedralar idarə olunmur. Bu vəzifələr isə auksiona çıxarılıb, çox pul verən adam axtarılır.

Bu dekan xanımın-Şəlalə Zeynalovanın adı Şəmkir Quşçuluq fabrikində də əməkdaş kimi işdə gedir. Ona görə də Şəlalə Zeynalova fakültənin tələbələrini həmin fabrikə aparıb orada yumurta yığdırır. Maraqlıdır, tələbələr universitetə oxumağa gəlib, yoxsa qul kimi Şəmkir Quşçuluq Fabrikində fəhləlik etməyə???
Rektor Zəfər Qurbanov isə "özəl hissləri" ilə bacarmadığından Bakıdan tapıb özü ilə gətirdiyi Şəlalə Zeynalova haqqında heç bir tədbir görə bilmir.
Atası Baytarlıq Elmi Tədqiqat İnstitutunun direktoru işləmiş, "Gigiyena və qida təhlükəsizliyi" kafedrasının çox yaxşı müəllimlərindən olan olan Vamik Fərzəliyevi rektor işdən çıxartdı, lakin Vamik müəllim Respublika Prezidentinə şıkayət etdiyi üçün onu müqavilə əsasında yenidən yarım ştat müəllim götürməyə məcbur oldular.

Rektor Zəfər Qurbanov neft mühəndisi olduğundan aqrar sahəyə tamamilə yad bir şəxsdir. O, universitetin tədris-təcrübə təsərrüfatının adını belə bilmir.
Həmişə elmi şurada çıxışlarında təcrübə mərkəzi deyir. Universitetdə maaşlar və həvəsləndirici mükafatlar verilmir. Universtetdə lazımi dəftərxana ləvazimatları alınmır, tədris üçün vacib olan avadanlıq və
vasitələr çatışmır, alınması nəzərdə tutulan avadanlıqların heç biri alınmır, pullar isə kotirovka yolu ilə silinir.
Maraqlı odur ki, universitetdəki haqsızlıqlardan şikayət edəndə prorektorlar, şöbə müdirləri, dekanlar deyir ki, biz kimik ki? Yaxşı, onda professor müəllim heyəti dərdini kimə desin? Həftənin 4 gününü Bakıda ailəsinin yanında olan, müxtəlif xarici ölkələrdə gəzməklə rektorluq vəzifəsini idarə edən, işdə tapılmayan qiyabiçi rektoramı?

ADAU-da təhsil məhv olub gedir, əlaqədar təşkilatları bu işdə lazımi tədbirlər görməyə çağırırıq./Yenixeber.org


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 8242   Tarix: 07 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ceyhun Bayramov: Azərbaycan və İran xalqları dost və qardaş xalqlardır

Xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Abbas Əraqçinin Azərbaycana təşəkkür etməsinə münasibət bildirib. "Report" xəbər verir ki, Azərbaycan XİN başçısı bu barədə "X" sosial media hesabında paylaşım edib. "Səmimi sözləriniz və təşəkkürünüz bizim üçün dəyərlidir. Azərbayca

29 mart
.

Bu gün Beynəlxalq Teatr Günüdür

Martın 27-si dünyada Beynəlxalq Teatr Günü qeyd olunur. xatırladır ki, bu qərar Beynəlxalq Teatr İnstitutunun 1961-ci ildə Vyanada keçirilən IX konqresində qəbul edilib. Hər il bu əlamətdar günlə bağlı nüfuzlu incəsənət xadimləri dünya ictimaiyyətinə müraciət edirlər. Bu ənənənin əsasını qoyan - il

27 mart
.

Bayramdan qayıdan sürücülərə müraciət

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərinin bitməsi ilə daimi yaşayış yerlərinə qayıdan sürücülərə müraciət edib. İdarədən verilən məlumata görə, bayramlarla əlaqədar qeyri-iş günlərinin başa çatması ilə bölgələrdən daimi yaşayış yerlərinə qayıdan vətəndaşların iştirakı ilə respublika əhəmiyyətl

30 mart
.

Yağıntılı hava BU TARİXƏ KİMİ DAVAM EDƏCƏK

Hazırda ölkə ərazisində intensiv xarakterli yağıntılı hava şəraiti davam edir, dağlıq ərazilərə - Kəlbəcər, Laçın, Şahdağ, Xınalıq və Qrıza isə qar yağır. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, hazırda Bakıda və Abşeron yarımadasında düşən yağıntını

28 mart
.

Sürücü və sərnişinlərin "konum" dərdi: Ünvanların tapılmamasının SƏBƏBLƏRİ

Taksi xidmətlərindən istifadə edənlər tez-tez eyni problemlə üzləşdiklərini bildirirlər. Mobil tətbiq vasitəsilə göndərilən ünvan ya dəqiq olmur, ya da sistem istifadəçini tamamilə fərqli nöqtəyə yönləndirir. Baku TV mövzu ilə bağlı paytaxt sakinlərinin fikirlərini öyrənib. "Konum" söhbət

30 mart
.

Toy etmək istəyənlərin NƏZƏRİNƏ: Restoran sahiblərindən qiymətlərlə bağlı açıqlama

Ramazan ayı boyunca toylara verilən fasilə artıq başa çatıb və şadlıq saraylarında yenidən canlanma müşahidə olunur. Lakin qarşıdan Məhərrəm ayı gəlir. Bu səbəbdən şadlıq evlərində yenidən durğunluq yaşanacağı gözlənilir. Vətəndaşların böyük qismi toy mərasimlərini Məhərrəm ayından sonraya planlaşdırırlar

30 mart
.

Prezident İlham Əliyev Cəmil Əliyevi "İstiqlal" ordeni ilə təltif edib

Azərbaycan Prezidenti İlham Əliyev Cəmil Əliyevin "İstiqlal" ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:. "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:. Azərbayca

29 mart
.

Sabah da intensiv yağış yağacaq: Subasma halları istisna edilmir - 29.03.2026

Azərbaycanda martın 29-na gözlənilən hava şəraiti açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində yağan güclü yağıntılarl

28 mart
.

"102"yə 763 müraciət: Polis operativ tədbirləri gücləndirdi

Yağışın fəsadlarının aradan qaldırılması və vətəndaş müraciətlərinə baxılması istiqamətində DİN əməkdaşları tərəfindən operativ tədbirlər görülür. DİN-dən -a verilən məlumata görə, bir sutka ərzində "102" Xidməti-Zəng Mərkəzinə daxil olmuş 763 çağırış aidiyyəti üzrə istiqamətləndirilib. Onlarda

28 mart