"Günlərlə tiktokda üzdəniraqlara baxanlar bu filmi Azərbaycana yaraşdırmırlar?"
"Öncə bunu qeyd etmək istəyirəm ki, "Sahilsiz Gecə" filmi mənim karyeramda mühüm rol oynayıb. Bu sözü mən hər zaman demişəm və son nəfəsimə qədər də deyəcəm, həyatda əldə etdiyim bütün uğurlara görə Şahmar Ələkbərova borcluyam. Çünki o, məni Zibeyda roluna çəkərək, necə istedadlı bir aktrisa olduğumu hər kəsə göstərdi".
Sonxeber.az xəbər verir ki, bunu moderator.az-a Əməkdar artist, Akademik Milli Dram Teatrının aparıcı aktrisası Mehriban Xanlarova deyib. O daha sonra filmin efirlərdə ümumiyyətlə yayımlanmamasından danışıb.
"Sahilsiz Gecə" filmi Sovet İttifaqının dağılmağa doğru getdiyi dövlərə təsadüf edir. Bu illər həm də Qarabağ konfliktinin cücərdiyi dövrlər idi. Rəhmətlik Şahmar müəllim bu filmlə mənəvi müstəvidə mövcud boşluqlara toxunmaq istədi, bu da konservativ düşüncənin ortasında bomba kimi partladı. Hər bir mövzuda film çəkilməlidir. Günlərlə tiktokda üzdən iraqlara baxanlar bu filmi Azərbaycana yaraşdırmırlar? Cəmiyyətdə hər əxlaqda adam var. Filmlər onların hansı səbəbdən bu günə düşdüklərini işıqlandırır. Misal üçün "Malena" filmini qəbul edib baxırlar, bu filmə isə ağız büzüb belə "şey bizə aid deyil" deyirlər. Şahmar müəllim olanı çəkib. Real həyatda yaşananlardı, azdımı indiki dövrdə Zibeydələr?! "Sahilsiz Gecə" filmi bizim televiziya kanallarında göstərilməsə də, gənc nəsil belə bir filmin varlığından xəbərdardır. Maraqlanırlar, araşdırırlar və sosial şəbəkələr üzərindən izləyə bilirlər. Bu il Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə "Milli kinomuza baxış" layihəsi çərçivəsində "Sahilsiz Gecə" filminin premyerası keçirildi. Film layiq olduğu dəyəri uzun illərdən sonra görməyə başlayıb" deyə sənətkar bildirib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
2026-cı ildə kino turizminin ən populyar istiqamətləri açıqlandı
Məşhur film və serialların çəkildiyi məkanlara səyahət etmək son illərdə dünyada sürətlə yayılan turizm istiqamətlərindən birinə çevrilib. Qaynarinfo xəbər verir ki, "Euronews"un məlumatına görə, "set-cetting" adlandırılan bu tendensiya bir çox şəhəri turistlərin əsas maraq mərkəzin
2 iyulFəxrəddin Manafov və Nailə İslamzadə bir arada - Foto
Xalq artisti Fəxrəddin Manafov və Əməkdar artist Nailə İslamzadə bir araya gəlib. Axşam.az xəbər verir ki, aktyor və teleaparıcı birlikdə foto çəkdiriblər. Şəkli N. İslamzadə sosial şəbəkə hesabında paylaşıb
17 avqustSəhnəmizin Florasının 85-ci baharından - Görüntülər
Ötən gün 85 yaşı tamam olan Xalq artisti Flora Kərimovanın yubiley gecəsi keçirilib. "Qafqazinfo" xəbər verir ki, gecədə dostları, yaxınları və ailə üzvləri sənətkarı tək qoymayıblar. Şəhər restoranlarından birində təşkil olunan doğum günü mərasimindən görüntüləri təqdim edirik:
24 iyulPikassonun tablosu 1,7 milyon dollara satıldı
İspan rəssam Pablo Pikassonun fotoqraf Dora Maarın portreti Londonda keçirilən hərracda 1,7 milyon dollara satılıb. -a istinadən xəbər verir ki, hərracı "Sotheby's" təşkil edib. 1936-cı ildə çəkilən əsərin ilkin qiyməti 600-800 min funt sterlinq qiymətləndirilsə də, yekunda 1,3 milyo
26 iyunCeki Çan Bakıdakı işini yekunlaşdırdı - FOTOLAR
"Tanrının zirehi 4: Ultimatum" filminin Azərbaycanda lentə alınan hissəsinin çəkilişləri uğurla başa çatıb. Ölkə.az xəbər verir ki, bu, ölkəmizdə indiyə qədər reallaşdırılmş ən irimiqyaslı xarici film istehsalı layihəsidir. Xarici film istehsalçılarının ölkəyə cəlb olunması Azərbaycan Respublikasını
17 avqustTofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Mədəniyyət Nazirliyi Xalq artisti Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayımlayıb. "Qafqazinfo" xəbər verir ki, nekroloqda deyilir:. "Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Xalq artisti, görkəmli bəstəkar, pedaqoq, professor Tofiq Bakıxanov 23 avqustda, ömrünün 96-cı ilind
24 avqustİlham Mirzəyevin vəziyyəti ağırdır
Teleaparıcı İlham Mirzəyevin vəziyyəti açıqlanıb. Mərkəzi Klinikadan "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, hazirda xəstənin vəziyyəti ağırdır. "Xəstə sol mədəciyin ön divarının miokard infarktı, kardiogen şok vəziyyətində qəbul olunub. Angioplastika icra olunub və sten
7 sentyabr