Deputatın təsis etdiyi şirkət AzTV-yə sendviç satacaq - TƏFƏRRÜAT

Deputatın təsis etdiyi şirkət AzTV-yə sendviç satacaq - TƏFƏRRÜATAzərbaycan Televiziya və Radio Verilişləri QSC (AzTV) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi "Ukrayna Ticarət Evi" MMC (VÖEN – 1404173661) olub.

Yeniavaz.com xəbər verir ki, tenderin qalibi olan şirkət AzTV-nin sifarişi əsasında "Düşən Pullar" televiziya şousunun çəkiliş məkanında yaradıcı heyətin və kütləvi səhnələrdə iştirakçıların qidalanması ("Catering") xidmətini həyata keçirəcək və qarşılığında 24 min 18 manat 90 qəpik alacaq.
Bildirilir ki, AzTV 30 gün müddətində hər gün 230 ədəd sendviç (sendviç çörəyi, toyuq əti 100 qram, kahı, xiyar, pomidor, moyenez) və 6 900 ədəd 0,5 litr su (təbii mineral) alacaq.

Məlumat üçün bildirək ki, 10 manat nizamnamə kapitalı olan "Ukrayna Ticarət Evi" MMC 6 aprel 2018-ci il tarixində dövlət qeydiyyatına alınıb. MMC dövlət qeydiyyatına alınan zaman şirkətin qanuni təmsilçisi Yuriy Osadçenko Leonidoviç olub.

"Ukrayna Ticarət Evi" MMC-nin rəsmi saytında qeyd olunur ki, şirkətin əsas fəaliyyət istiqamətləri xarici ticarət, daxili ticarət şəbəkələri və distribusiyalarının yaradılması, fəal nəqliyyat-logistika zəncirlərinin işlənib hazırlanması, turizm, maliyyə auditi və konsaltinqdir. Eyni zamanda, Ukrayna ticarət-sənaye subyektlərinin Azərbaycandakı kontr-partnyorlar ilə qarşılıqlı əlaqələrinə, onların əməkdaşlığına və istehsalat kooperasiyalarına yardım və konsultativ monitorinq etmək nəzərdə tutulub.
Ətraflı
Ad - 00:13

Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, "Ukrayna Ticarət Evi" MMC-nin qanuni təmsilçisi 59 saylı Quba seçki dairəsindən deputat seçilən Əlibala Məhərrəmzadə Səttar oğludur. Əlibala Məhərrəmzadə iqtisadiyyat elmləri doktoru, eyni zamanda yazıçı-publisistdir.
Onu da qeyd edək ki, Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin 1-ci hisssəsində deputatın hansı hallarda mandatından məhrum ediləcəyi göstərilib. Konstitusiyanın 89-cu maddəsinin 1-ci hisssəsinin 4-cü bəndində açıq şəkildə yazılır ki, deputat dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla) mandatından məhrum edilir.

Məsələ ilə bağlı, Yeniavaz.com-a açıqlama verən millət vəkilinin köməçisi Elnur Xəlilov bildirib ki, Əlibala Məhərrəmzadə 6 sentyabr 2024-cu il tarixindən "Ukrayna Ticarət Evi" MMC-nin təsisçiliyindən azad olunub. Deputatın köməkçisi qeyd edib ki, Əlibala Məhərrəmzadə həm də MMC-nin qanuni təmsilçiliyini başqa bir şəxsə təhvil verib. Elnur Xəlilov reyesterdə müvafiq dəyişikliklərin aparılması üçün Vergi Xidmətinə rəsmi müraciətin edildiyini və yaxın günlərdə dəyişikliyin reyesterdə əks olunacağını bildirib.

Xatırladaq ki, 2022-ci ilin yanvar ayında Ukrayna Prezidenti Volodimir Zelenski Məhərrəmzadə Əlibala Səttar oğlunu III dərəcəli "Xidmətə görə" ("За заслуги") ordeni ilə təltif edib.

Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski 2019-cu ildə Bakıda "Ukrayna Ticarət Evi" MMC-yə məxsus "Ukrayna Məhsulları" ticarət şəbəkəsinin mərkəzi mağazasının açılış mərasimində iştirak edib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1460   Tarix: 09 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Pensiya və müavinətlərlə bağlı YENİ XƏBƏR

Bu ilin yanvar-avqust ayları ərzində 124 026 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir. Məlumata görə

27 sentyabr
.

Çoxmərtəbəli binalarda təhlükəsizlik necə təmin edilir? - AÇIQLAMA

Çoxmərtəbəli binalarda sakinlərin təhlükəsizliyinin təmin olunması həm tikinti mərhələsində, həm də binanın istismarı dövründə bir sıra tələblərə əməl edilməsini tələb edir. Xüsusilə yanğın, zəlzələ və digər fövqəladə hallar zamanı insanların binanı təhlükəsiz şəkildə tərk edə bilməsi, təxliyə yollarını

25 sentyabr
.

Simonida Kordiç: "Azərbaycan Monteneqronun ən mühüm investorlardan biridir"

Azərbaycan Monteneqrodakı ən mühüm investorlardan biridir. "Report" xəbər verir ki, bunu Monteneqronun turizm naziri Simonida Kordiç Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum - AIIF 2026) bildirib. Onun sözlərinə görə, ölkəni

26 sentyabr
.

Bu ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanlar...

2026-cı ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 883 084 nəfər olub. Onların 477 042 nəfərini aylıq sosial müavinət, 406 042 nəfərini isə təqaüd alanlar təşkil edib

27 sentyabr
.

Gələn ildən maaşlardan tutulmalar ARTACAQ - AÇIQLAMA

Gələn il yanvarın 1-dən etibarən muzdlu işdən əldə edilən gəlirlər üzrə gəlir vergisinin dərəcələri dəyişdiriləcək. Yeni qaydalara əsasən, çalışanların əməkhaqqından tutulacaq gəlir vergisi pilləli sistem üzrə hesablanacaq. Belə ki, aylıq gəlirin 2500 manatadək olan hissəsinə 5 faiz dərəcə tətbiq ediləcək

27 sentyabr
.

"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət

Demokratiya və İnsan Hüquqları Komitəsi" İB-nin sədri Çingiz Qənizadəmin oğlu Elgiz Qənizadə barəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edilib. -a müraciət edən Pəri Cəfərova bildirib ki, Elgiz Qənizadə ondan 500 min manat pul alıb. Vətəndaşın saytımıza müraciətini olduğ

25 sentyabr
.

91 yaşlı sabiq deputat vəfat etdi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq deputatı Zərifə Nəcəfova vəfat edib. "Qafqazinfo" xəbər verir ki, 91 yaşlı Z.Nəcəfova xəstəlik səbəbindən həyatını itirib. Qeyd edək ki, Əməkdar müəllim olan Zərifə Nəcəfova uzun illər Naxçıvan Dövlət Universitetində prorektor vəzifəsində d

25 sentyabr
.

Hərbçilərinin əməkhaqları 22,8% artacaq

Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. APA-nın xəbərinə görə, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuları

25 sentyabr
.

Bakıda dişi çəkilən qadın öldü (VİDEO)

Bakıda dişini çəkdirən qadın dünyasını dəyişib. Qaynarinfo Baku TV-yə istinadən xəbər verir ki, Cəmilə Mahmudova bacısının həkim məsuliyyətsizliyi səbəbindən vəfat etdiyini iddia edir. Şikayətçinin sözlərinə görə, 1981-ci il təvəllüdlü bacısı Leyla Əhmədova iyulun 23-də diş ağrısı ilə Bilgəh Sağlamlı

25 sentyabr