İcra nümayəndəsi yalnız yaşadığı küçəyə asfalt çəkdirib

İcra nümayəndəsi yalnız yaşadığı küçəyə asfalt çəkdiribXəzər rayonu Türkan qəsəbəsində iki şəhid ailəsinin yaşadığı küçə 30 ildən çoxdur asfaltlanmır. Söhbət qəsəbənin Qasım İsmayılov və Poçt küçələrinin kəsişməsindən gedir. Asfaltı olmayan yolda payız, qış aylarında hərəkət etmək çətinləşir. Yağış suları yolda palçıq və gölməçələr yaradır. İllərdir bununla bağlı yerli bələdiyyə, icra nümayəndəsinə Xəzər Rayon İcra Hakimiyyətinə müraciətlər olunsa da, problem həll edilməmiş qalıb.

Bəs icra nümayəndəsinin yaşadığı küçə?

Maraqlısı isə budur ki, sözügedən qəsəbənin başqa bir küçəsində yaşayan Türkan qəsəbə ərazi nümayəndəsi Əli Quliyevin ikimərtəbəli evinin qarşısındakı yol asfaltlanıb.

Uzağı 3 ay ərzində...

Məsələ ilə bağlı icra nümayəndəsi Əli Quliyevlə əlaqə saxlanılıb. Bizim.media-ya açıqlama verən qurum rəsmisi şəhid ailələrinin evinin yerləşdiyi küçənin 3 ay ərzində asfaltlanacağına söz verib:

"Bu yaxınlarda da özüm şəxsən məsafəni ölçüb aidiyyəti quruma məlumat vermişəm. Uzağı 3 aya küçəyə asfalt yol çəkiləcək".
Ətraflı

"Bəs 30 ildir niyə asfaltlanmırdı?" - sualına gəlincə, Əli Quliyev bunları deyib:

"Həmin küçə dövlət layihəsinə salınıb. Bu günə qədər çəkilməməsi bizim yox, yolun problemidir".

O zaman icra nümayəndəsinin yaşadığı küçə niyə asfaltlanır?

Əli Quliyevin buna da maraqlı cavabı olub. O, deyib ki, yaşadığı küçənin asfaltlanması özü üçün deyil.

"Mənim yaşadığım küçədə əlil var, ona görə asfaltlanıb. Digər küçədə şəhid ailələrinin olduğunu bilirəm. Ora da asfaltlanacaq", - deyə fikrini sonlandırıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 982   Tarix: 11 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ehtiram Hüseynovun qızının toyu oldu

Meyxanaçı Ehtiram Hüseynovun qızının toyu olub. Axşam.az xəbər verir ki, sənətçinin övladının evdən gəlin köçərkən çəkilən videosu sosial şəbəkədə yayılıb. Videoda sənətçinin xanımı ilə birlikdə övladına xeyir-dua verməsi əks olunub. Aytac Vüsal adlı bəylə ailə qurub

30 mart
.

Rasim Balayev I Fəxri Xiyabanda dəfn ediləcək

Xalq artisti Rasim Balayevin cənazəsinin bu gün Azərbaycana göndərilməsi planlaşdırılır. Axşam.az xəbər verir ki, bununla bağlı APA-ya Baş Konsulluqdan məlumat verilib. Rasim Balayev I Fəxri Xiyabanda dəfn ediləcək. Aktyorla vida mərasiminin sabah Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçirilməs

29 mart
.

Ceyhun Bayramov: Azərbaycan və İran xalqları dost və qardaş xalqlardır

Xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Abbas Əraqçinin Azərbaycana təşəkkür etməsinə münasibət bildirib. "Report" xəbər verir ki, Azərbaycan XİN başçısı bu barədə "X" sosial media hesabında paylaşım edib. "Səmimi sözləriniz və təşəkkürünüz bizim üçün dəyərlidir. Azərbayca

29 mart
.

Daimi əsnəmək bu xəstəliklərin XƏBƏRÇİSİDİR

"Daimi və qarşısıalınmaz əsnəmə insult və ya beyin infarktının xəbərçisi ola bilər". xəbər verir ki, bu barədə rusiyalı kardioloq Andrey Kondraxin RT-yə açıqlamasında bildirib. Onun sözlərinə görə, əsnəmə nevroloji simptom ola bilər və buna məhəl qoyulmasa, beyinlə bağlı ciddi problemlər yaran

28 mart
.

Bu gün paytaxtın 555 küçəsi yuyuldu

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə bu gün, martın 30-da Bakı şəhər kommunal xidmətləri tərəfindən paytaxtda növbəti dəfə həyata keçirilən genişmiqyaslı təmizlik işləri çərçivəsində küçə və yol kənarlarına, həyət və məhəllələrə yayılan tozun təmizlənməsi, mövcud yaşıllıqlar

30 mart
.

Azərbaycanda pensiya yaşı dəyişir? - BELƏ OLA BİLƏR…

Azərbaycanda pensiya ilə bağlı qanunvericiliyə edilən dəyişikliklər bəzi kişilərin 5 il daha tez təqaüdə çıxmasına imkan yarada bilər. Belə ki, yeni qaydalara əsasən, əvvəllər yalnız qadınlara tətbiq olunan güzəştli pensiya hüququnun müəyyən hallarda kişilərə də şamil olunması nəzərdə tutulur. "Yen

29 mart
.

Masazırda günlərdir niyə su yoxdur? - Açıqlama

Abşeronun ən böyük yaşayış məntəqələrindən olan Masazır qəsəbəsində günlərdir su problemi yaşanır. Bu şikayətlə "Qafqazinfo"ya qəsəbə sakinləri müraciət ediblər. Onların sözlərinə görə, qəsəbənin bəzi ərazilərinə içməli su günaşırı verilir. Bu bir yana, artıq 4 gündür ki, içməli su təchizat

30 mart
.

Almaniyadan olan səyyah: "Qarabağ tikinti işlərinin templəri və ənənələrin qorunması ilə heyran edir"

"Qarabağda genişmiqyaslı infrastruktur layihələri, yeni yolların və tunellərin tikintisi, həmçinin mədəni ənənələrin qorunması beynəlxalq səyyahların böyük marağına səbəb olur". "Report"a istinadla xəbər verir ki, bu barədə Almaniyadan olan səyyah Cin Yaspersen Naqeli bildirib. "Bu

27 mart
.

Sürücü və sərnişinlərin "konum" dərdi: Ünvanların tapılmamasının SƏBƏBLƏRİ

Taksi xidmətlərindən istifadə edənlər tez-tez eyni problemlə üzləşdiklərini bildirirlər. Mobil tətbiq vasitəsilə göndərilən ünvan ya dəqiq olmur, ya da sistem istifadəçini tamamilə fərqli nöqtəyə yönləndirir. Baku TV mövzu ilə bağlı paytaxt sakinlərinin fikirlərini öyrənib. "Konum" söhbət

30 mart