"Əhmədin həbsi mövcud problemlərin həllinə kömək etməyəcək" – AÇIQLAMA

"Əhmədin həbsi mövcud problemlərin həllinə kömək etməyəcək" – AÇIQLAMABakıda ailəsinin beş üzvünü qətlə yetirməkdə təqsirli bilinən Əhməd Əhmədov barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda qərar elan olunub. Səbinə Məmmədzadənin sədrlik etdiyi məhkəmə tərkibi 25 yaşlı Əhmədin cinayəti anlaqsız vəziyyətdə törətməsi ilə bağlı ekspert rəyini əsaslı hesab edib. Prokuror da Əhmədin anlaqsız olduğuna görə cəzadan azad edilməsini, ixtisaslaşmış xəstəxanada məcburi müalicəsini tələb edib. Əhməd son sözündə heç nə deməyib. Deyəcək sözünün olmadığını bildirib.Onun barəsində Maştağa qəsəbəsində yerləşən ixtisaslaşmış psixatriya xəstəxanasında məcburi müalicə tətbiq ediləcək.

Bəs görəsən Əhmədin həbs cəzasından azad edilməsi cəmiyyətdə potensial "Əhməd"lərin artmasına səbəb olacaqmı?

Mövzu ilə bağlı Sonxeber.az – a açıqlama verən sosioloq Elçin Bayramlı bildirib ki, ilk olaraq bu kimi hadisələrin baş verməsinin qarşısının alınması üçün müəyyən addımlar atılmalıdır:

"Cinayət motivinə, hadisənin detallarına baxanda aydın olur ki, çox ağır dərəcəli psixi xəstədən söhbət gedir. Normal insanın etdiyi cinayətlə psixi xəstənin etdiyi cinayətdə fərqlər var. O, təbii ki, hər hansı formada cəza almalıdır. Amma insan hüquqları baxımından onun psixi müalicə imkanı təmin oluna bilər, amma qapalı həbsxana rejimli bir dispanserdə. Yəni cəmiyyətə çıxış imkanları olmayan dispanserdə psixi müalicə ala bilər. Belə hadisələr çox olur. Bunun fundamental səbəblərinə toxunmaq lazmdır.

Son dövrlərdə psixi xəstələrin, şizofreniklərin sayının artması cəmiyyətdə çox ciddi problemlərlə nəticələnir. Bu problemlərin səbəbi yüksək stress həddi, sosial-iqtisadi çətinliklər, mənəvi-əxlaqi məsələlər və.s. ola bilər. Bundan başqa işsizlik, criminal qruplaşmalar kimi amillərin də insan psixologiyasına təsiri olur. Müxtəlif filmlər, videomateriallar var ki, onlara baxdıqca insanın psixologiyası pozulur. Hətta bəzi psixotrop dərmanların qəbulu belə insan psixologiyasına öz zərərini göstərə bilər. Bütün bunlardan başqa insanın anadangəlmə psixoloji problemləri də ola bilər. Belə problemlərdən əziyyət çəkən insanların sayı getdikcə artır. Bunun səbəbi ölkədə insanlar daimi müayinədən keçməməsidir. Ağır psixi xəstələr əvvəlcədən müəyyən olmalıdırlar. Nəzarətə alınıb müalicə edilməlidirlər. Qəddar cinayətlər törətmə potensialı olan şəxslər cəmiyyətdə azad və sərbəst şəkildə hərəkət etməməlidirlər. Bunun üçün də əhali psixi müayinəyə cəlb olunmalıdır".

Əhmədin həbsi mövcud problemlərin həllinə kömək etməyəcək:

"Əhməd psixoloji problemlərinə baxmayaraq həbs olsa, ömürlük azadlıqdan məhrum edilsə belə bu hallar aradan qalxmayacaq. Bununla digər problemlər həllini tapmayacaq. Biz problemi yaradan səbəblərə fokuslanmalıyıq. Problemlərin vaxtında aradan qaldırılmaması hadisələri bu həddə çatdırır. Güman eləmirəm ki, bu hadisə başqa cinayətlərə də nümunə olsun. Çünki sağlam psixologiyası olan insanlar bu qədər dəhşətli cinayətl törətmirlər. Əgər kimsə bu cinayəti törədərkən psixi problemi olub və ona yüngül cəza verilibsə, bu o demək deyil ki, başqaları da cinayət törətməyə həvəsli olacaq. Amma təbii ki, bunu psixoloji problemli insanlara aid etmək olmaz. Çünki onlar üçün heç bir fəqri yoxdur ki, özlərindən əvvəl kimsə ağır yoxsa yüngül cəza alıb. Çünki tam anlaqsız vəziyyətdə olan adam artıq heç bir nümunə və qanuna məhəl qoymadan bu hərəkəti edəcək. Bu fərdi və individual psixoloji məqamdır.

Mən cəzaların ağırlaşdırılmasının tərəfdarıyam. Həmişə bütün məsələlərdə cəzalar adekvat olmalıdır. Başqalarına dərs olmalıdır. Qeyd etdiyim kimi burda normal insanlardan söhbət gedir. Psixi problemli insanlar üçün belə məqamların heç bir fərqi yoxdur. Belə insanların sayının azalması üçün ölkədə sosial iqtisadi mühit sağlam olmalıdır. İnsanlar psixoloji müayinəyə cəlb edilməlidirlər".

Çiçək Sadatova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1890   Tarix: 11 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18 sentyabr 2021
.

Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə

17 sentyabr 2021
.

Rayonlara dolu düşüb, şimşək çaxıb

Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd

17 sentyabr 2021
.

Prezident Xalq artistinə mənzil verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində

17 sentyabr 2021
.

"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu

Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy

17 sentyabr 2021
.

Vətən müharibəsinin 22 iştirakçısı polis oldu

Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua

17 sentyabr 2021
.

Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO

Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb

17 sentyabr 2021
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18 sentyabr 2021
.

Mədəsində narkotik maddə keçirmək istəyirdi - DƏHŞƏTLİ şəkildə ÖLDÜ

Ekvadorlu narkotik kuryeri İstanbul Hava Limanından kokain tərkibli olan kapsulları keçirmək istəyərkən dəhşətli şəkildə ölüb. -ın "Ahaber" agentliyinə istinadən verdiyi məlumata görə, narkotik kuryeri Zambrano Xavyer Fernando Lur təyyarə ilə İstanbula keçirtmək üçün tərkibində "kokain"

18 sentyabr 2021