Sabiq direktor ittihamları qəbul etmir

Sabiq direktor ittihamları qəbul etmirBakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunan Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin sabiq direktoru Mətləb Hüseynov və baş mühasib işləmiş Aynaxanım Babayevanın növbəti məhkəmə prosesi keçirilib.

"Unikal"ın məlumatına görə, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə bir çox məqamlara aydınlıq gətirilib.

Məlum olub ki, Aynaxanım Babayeva Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin müdir müavini, hazırda direktor vəzifəsini icra edən Asif Bayramov və digər müavin ibtidai istintaq dövründə öz aralarında razılığa gəliblər ki, Aynaxanım Babayeva dəymiş ziyanı istintaq vaxtı ödəməsin və Mətləb Hüseynova qarşı yalançı şahidlik edərək onun həbs edilməsinə nail olsunlar. Bu zaman həmin ziyan ümumilikdə Mətləb Hüseynovun üzərində qalsın. Ancaq Bakı Ağı Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə bir çox məsələlər aydınlaşıb. Həmçinin yuxarıda adını sadaladığım şəxslərin Mətləb Hüseynova qarşı birləşərək əlbir olmaları hakim Azər Tağıyev tərəfindən sübuta yetirilib.

Qeyd edək ki, Peşə Təhsil Mərkəzində baş mühasib işləmiş, hazırda təqsirləndirilən şəxs statusunda olan Aynaxanım Babayeva özü dövlətə dəymiş ziyanı tam olaraq ödəyib.

Onu da vurğulayaq ki, məhkəmə prosesində dindirilən şahidlərin hamısı ibtidai istintaq dövründə Aynaxanım Babayeva tərəfindən Mətləb Hüseynova qarşı yönəldildiklərini və Asif Bayramov tərəfindən təzyiqə məruz qaldıqlarını etiraf ediblər.

Mətləb Hüseynov isə bu kampaniyanın başlanmasının səbəbini belə izah edib: "Mən rəhbərlik etdiyim təhsil müəssisəsinə təyin olunduqdan sonra Aynaxanim Babayevanın bir neçə ailə üzvü və qohumunu işdən çıxartdım. Təkcə gəlinini işdə saxladım. Bu səbəbdən baş mühasib müavinimlə birləşərək mənə qarşı kampaniyaya başladılar. Mən ibtidai istintaq dövründə mühasibim Aynaxanımla üzləşən vaxtı da demişəm ki, mən bu cinayəti törətməmişəm, vəzifədən heç bir zaman sui-istifadə etməmişəm".

Növbəti məhkəmə prosesi noyabr ayının 7-nə təyin olunub.

Qeyd edək ki, Mətləb Hüseynovun himayəsində 2 azyaşlı övladı var, hazırda heç bir yerdə işləmir. Aynaxanım Babayeva isə hazırda "Qafqaz Wood" MMC-də baş mühasib vəzifəsində çalışır, onkoloji xəstəliyi var, bu barədə sənədlər də vəkili vasitəsilə məhkəməyə təqdim edilib. Oğlu Rafiq də Böyük Vətən müharibəsinin iştirakçısıdır.

Cinayət işində zərərçəkmiş qismində Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi tanınıb.

Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb, təqsirləndirilən şəxslər barəsində ibtidai istintaq müddətində "başqa yerə getməmək qətimkan tədbiri" seçilib.

İbtidai istintaqla müəyyən edilib ki, Mətləb Hüseynov Aynaxanım Babayeva ilə əlbir olaraq işçilərin bank hesabına əlavə pullar köçürüb, sonradan həmin 175 min 365 manatı nağdlaşdıraraq mənimsəyiblər.

Onlar barədə cinayət işi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1018   Tarix: 11 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18 sentyabr 2021
.

Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə

17 sentyabr 2021
.

Rayonlara dolu düşüb, şimşək çaxıb

Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd

17 sentyabr 2021
.

Prezident Xalq artistinə mənzil verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində

17 sentyabr 2021
.

"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu

Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy

17 sentyabr 2021
.

Vətən müharibəsinin 22 iştirakçısı polis oldu

Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua

17 sentyabr 2021
.

Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO

Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb

17 sentyabr 2021
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18 sentyabr 2021
.

Mədəsində narkotik maddə keçirmək istəyirdi - DƏHŞƏTLİ şəkildə ÖLDÜ

Ekvadorlu narkotik kuryeri İstanbul Hava Limanından kokain tərkibli olan kapsulları keçirmək istəyərkən dəhşətli şəkildə ölüb. -ın "Ahaber" agentliyinə istinadən verdiyi məlumata görə, narkotik kuryeri Zambrano Xavyer Fernando Lur təyyarə ilə İstanbula keçirtmək üçün tərkibində "kokain"

18 sentyabr 2021