Nazirin gözünün qabağında "şıdırğı alver" - Araşdırma başladı

Nazirin gözünün qabağında "şıdırğı alver" - Araşdırma başladıMədəniyyət Nazirliyinin Dövlət əhəmiyyətli tədbirlərin təşkili sektorunun müdiri Mənzər Nurəliyeva ilə sənətçilər arasında qalmaqala görə araşdırma başlayıb. Bir müddət öncə tanınmış sənətçilər Mədəniyyət Nazirliyində tədbirlərin təşkili şöbəsinin müdiri Mənzər Nurəliyeva ilə bağlı şikayətlərini dilə gətiriblər.

Ətraflı
Belə ki, sıralarında müğənni Nura Surinin, xanəndələr Pərviz Qasımov, Almaxanım Əhmədli, şair Vüqar Əhməd, kamança ifaçısı Şəhriyar Musayev kimi simaların olduğu məşhurlar şikayətçi olub. Sənətçilərin sözlərinə görə, M. Nurəliyeva onlara qarşı haqsızlıqlar edib, onları təşkil olunan tədbirlərə dəvət etməyib. Hətta bəzi ittihamlarda rüşvətxorluq iddiası da yer alıb.

İfaçılar OLAY-a müraciət edərək şikayətlərinin nəzarətə götürüldüyünü bildiriblər.

Müğənni Nura Suri bildirib ki, şikayətçilərdən izahat alınıb: "Mədəniyyət Nazirliyindən statuslarımızdan sonra bizi dəvət etdilər, fikirlərimizi, izahatımızı aldılar. Bilirsiniz ki, bir çox tanınmış musiqiçi, xanəndə şikayət etmişdi. Araşdırma apardıqlarını bildirdilər. Sadəcə, hazırda nə yerdə olduğunu bilmirəm, yəqin ki, araşdırma davam edir".

Müğənni Almaxanım Əhmədli isə araşdırmanın davam etdiyini söyləyib: "Araşdırma gedir. Ümidimiz nazirliyədir. Bütün şikayət ərizələri toplanıb. Onlarla şikayətçi var. Ümidvarıq ki, haqq yolunu tapacaq, bu məsələ tezliklə düzələcək. Nazirlik də daxil olmaqla, lazımi yerlərə ərizələrimizi göndərmişik. Kimlər ki açıqlama verib, hamısının ərizəsi var. Bu qədər haqsızlıq qarşısında Mənzər xanım haqda bir tədbir görülməlidir, araşdırma aparılmalıdır".

Xanəndə Pərviz Qasımov isə cavab gözlədiklərini deyib: "Hələ ki məlumat yoxdur, cavab gözləyirik, görək nə olacaq. Açıqlama verənlərdən bəziləri qorxularından şikayət etmədi, bəziləri boş buraxdı. Sadəcə, iki-üç nəfər ürəkli oldu. Hər kəs fikirləşir, ümid edir ki, nə vaxtsa tədbirə çağıracaqlar. Mən onun işdən azad olunmasının tərəfdarı deyiləm, çörəyini qazanır. Sadəcə, mənə etdiyi haqsızlıqların cavabını almaq istəyirəm. Hansı səbəbə görə və niyə? Bu qədər müsabiqə qalibi olmuşam ki, evdə oturub diplomlarıma baxım? İnşallah, haqq-ədalət öz yerini tapar".

Almaxanım Əhmədlinin atası şair Vüqar Əhməd "Yeni Müsavat"a açıqlamasında deyib: "Mədəniyyət Nazirliyinin Daxili nəzarət və audit şöbəsi valideyn kimi məni, Almaxanımı və 20-yə yaxın şəxsi çağırıb, şikayətlərini dinləyib. Mən inanıram ki, bu məsələyə obyektiv baxılacaq. Ölkə sahibsiz deyil. Mədəniyyət naziri Adil Kərimli çox ziyalı, alicənab insandır. Bu günə qədər mədəniyyət nazirləri arasında bir ondan, bir də Polad Bülbüloğlundan razı olmuşam. Amma hesab edirəm ki, nazirin belə Mənzər xanıma gücü çatmır. Çünki onun arxası çox güclüdür. Özünü Brejnev kimi aparır, hamı ondan qorxur. Bir ildir ki, onun əməlləri barədə məlumat verirəm, heç bir nəticə yoxdur. Onun ləqəbi var - "3", "5"... "3" - respublika tədbirləri, "5" - xarici qastrollar.

Onun hikkəsi ilə Özbəkistanda Almaxanım üçün hoteldə yer verilməyib, məşqə getmək üçün maşın ayrılmayıb. Təsəvvür edin, əgər orada tanış adam olmasa idi mənim qızım gecə küçədə qalmalı idi?

Zalda ölkə rəhbərliyi əyləşib, Mənzər xanım isə səhnə arxasında "yeməyinizi vaxtında yeyin" deyib xalq artistlərinin üstünə qışqırır, onları təhqir edir. Hamısı da başını aşağı salıb, qorxularından bir kəlmə də deməyiblər. Belə bir xəstə təfəkkürlü insan necə nazirlikdə məmur işləyə bilər?

Almaxanımın 2017-ci ildə 16 yaşı olanda VI Muğam Televiziya Müsabiqəsinin qalibi olub, elə həmin ildən etibarən AzTV-nin solisti kimi fəaliyyət göstərir, 4 dəfə Amerikada, eləcə də Avropanın bir çox şəhərlərində konsertlər verib. Bir dəfə Özbəkistana getdi, orada da başına bu cür iş gəldi... Bundan başqa, Almaxanımın adını səbəbsiz yerə iki dəfə mükafat siyahısından sildirib. Bilmirəm biz ona nə pislik etmişik... Qadın olduğu üçün heç istəmərəm ki, həbsə düşsün, amma etdiyi əməlləri bağışlamaq olmaz. Bu adam mədəniyyətimizə böyük zərbə vurur".

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinin mövqeyini öyrənməyə çalışdıq. Nazirlikdən bildirildi ki, tezliklə açıqlama veriləcək.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2310   Tarix: 11 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18 sentyabr 2021
.

Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə

17 sentyabr 2021
.

Rayonlara dolu düşüb, şimşək çaxıb

Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd

17 sentyabr 2021
.

Prezident Xalq artistinə mənzil verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində

17 sentyabr 2021
.

"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu

Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy

17 sentyabr 2021
.

Vətən müharibəsinin 22 iştirakçısı polis oldu

Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua

17 sentyabr 2021
.

Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO

Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb

17 sentyabr 2021
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18 sentyabr 2021
.

Mədəsində narkotik maddə keçirmək istəyirdi - DƏHŞƏTLİ şəkildə ÖLDÜ

Ekvadorlu narkotik kuryeri İstanbul Hava Limanından kokain tərkibli olan kapsulları keçirmək istəyərkən dəhşətli şəkildə ölüb. -ın "Ahaber" agentliyinə istinadən verdiyi məlumata görə, narkotik kuryeri Zambrano Xavyer Fernando Lur təyyarə ilə İstanbula keçirtmək üçün tərkibində "kokain"

18 sentyabr 2021