"PMD Group" işçiləri müqaviləsiz işlədib? – İş məhkəmədədir
Azərbaycanda daşınmaz əmlakın, o cümlədən də otellərin idarə olunması sahəsində fəaliyyət göstərən ən böyük şirkət – "PMD Group" MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati protokol tərtib edilib.
Yeniavaz.com xəbər verir ki, "PMD Group" MMC barəsində tərtib olunan protokola Nəsimi Rayon Məhkəməsində hakim Anar İbadzadənin sədrliyi ilə baxılacaq.
Məlumat üçün bildirək ki, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə məsuliyyəti nəzərdə tutur. "PMD Group" MMC barəsində tərtib olunan protokol məhkəmə tərəfindən təsdiq olunarsa, şirkət 20 min manatdan 25 min manatadək məbləğdə cərimə ödəməli olacaq.
Qeyd edək ki, 2013-cü ildən fəaliyyət göstərən "PMD Group" MMC aktivlərinə görə ölkənin ən böyük şirkəti olan "Paşa Holdinq" ilə eyni ünvanda yerləşir. Barəsində Dövlət Vergilər Xidmətinin reyester bölməsində heç bir məlumat olmayan şirkətin rəsmi veb-saytında qeyd olunur ki, "PMD Group" aktivlərin idarə olunması, daşınmaz əmlaka investisiya qoyuluşu və əmlakın idarə olunması sahəsində fəaliyyət göstərir.
"PMD Group"un idarə etdiyi yaşayış və kommersiya binaları, həmçinin otellər aşağıdakılardır:
"Hillside Residence";
"Nizami Boutique House";
"Xəzər Rezidens";
"Gumush Residence";
"Vurgun Residence";
"Ağdam Rezidens";
"Bayıl Plaza";
"Üzeyr Hacıbəyli 57";
"Çinar Plaza";
"Dalğa Plaza";
"Sahil Plaza";
"BEGOC Biznes Mərkəzi";
"Dalga Beach Aquapark resort";
"Garabagh Resort and Spa";
"Gashalti Health Hotel Naftalan";
"Lankaran springs Wellness Resort";
"Paulaner Brauhaus";
"Qalaaltı Hotel and Spa";
"Shamakhi Palace Sharadil".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 772 Tarix: 11 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabah intensiv yağış yağacaq: Subasma ehtimalı var - 28.03.2026
Azərbaycanda martın 28-də gözlənilən hava şəraiti açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində gözlənilən qısamüddətl
27 martBu gün Beynəlxalq Teatr Günüdür
Martın 27-si dünyada Beynəlxalq Teatr Günü qeyd olunur. xatırladır ki, bu qərar Beynəlxalq Teatr İnstitutunun 1961-ci ildə Vyanada keçirilən IX konqresində qəbul edilib. Hər il bu əlamətdar günlə bağlı nüfuzlu incəsənət xadimləri dünya ictimaiyyətinə müraciət edirlər. Bu ənənənin əsasını qoyan - il
27 martYağıntılı hava BU TARİXƏ KİMİ DAVAM EDƏCƏK
Hazırda ölkə ərazisində intensiv xarakterli yağıntılı hava şəraiti davam edir, dağlıq ərazilərə - Kəlbəcər, Laçın, Şahdağ, Xınalıq və Qrıza isə qar yağır. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, hazırda Bakıda və Abşeron yarımadasında düşən yağıntını
28 martMeta 375 milyon dollar cərimələndi
ABŞ məhkəməsi "Facebook" və "İnstagram"ın ana şirkəti olan Metanı 375 milyon dollar məbləğində cərimələyib. xəbər verir ki, cərimənin şirkətin uşaqların təhlükəsizliyi ilə bağlı tədbirləri barədə istifadəçiləri çaşdırdığına görə tətbiq olunduğu bildirilir. Məhkəmə Metanın öz platformalarınd
27 martMasazırda günlərdir niyə su yoxdur? - Açıqlama
Abşeronun ən böyük yaşayış məntəqələrindən olan Masazır qəsəbəsində günlərdir su problemi yaşanır. Bu şikayətlə "Qafqazinfo"ya qəsəbə sakinləri müraciət ediblər. Onların sözlərinə görə, qəsəbənin bəzi ərazilərinə içməli su günaşırı verilir. Bu bir yana, artıq 4 gündür ki, içməli su təchizat
30 mart"102"yə 763 müraciət: Polis operativ tədbirləri gücləndirdi
Yağışın fəsadlarının aradan qaldırılması və vətəndaş müraciətlərinə baxılması istiqamətində DİN əməkdaşları tərəfindən operativ tədbirlər görülür. DİN-dən -a verilən məlumata görə, bir sutka ərzində "102" Xidməti-Zəng Mərkəzinə daxil olmuş 763 çağırış aidiyyəti üzrə istiqamətləndirilib. Onlarda
28 mart