"Elmir Vəliyev deyir ki, dövlət də bizik, dövləti idarə edən də" - KEÇMİŞ İCRA BAŞÇISININ OĞLUNDAN NÖVBƏTİ ŞİKAYƏT

"Elmir Vəliyev deyir ki, dövlət də bizik, dövləti idarə edən də" - KEÇMİŞ İCRA BAŞÇISININ OĞLUNDAN NÖVBƏTİ ŞİKAYƏTGəncə şəhər sakini, 44 günlük Qarabağ müharibəsinin iştirakçısı, qazi İsmayılov Elşən Arzuman oğlu tərəfindən "Hürriyyət"in redaksiyasına növbəti şikayət məktubu daxil olub. Prezident İlham Əliyevə və digər səlahiyyətli qurumların rəhbərlərinə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

"Cənab Prezident!

Mən, Gəncə şəhər sakini, II Qarabağ müharibəsi iştirakçısı, qazi İsmayılov Elşən Arzuman oğlu, yazaraq Sizdən xahiş edirəm ki, bizə köməklik göstərəsiniz.

Bu günə kimi heç kəsin malında gözü olmayan adamlarıq. Nəyimiz var, nəyimiz yox, ona qane olmuşuq. Yuxarıda da qeyd etdiyim kimi, qaziyəm, 1 qrup gözdən əliləm.

Hazırda haqqımı istədiyim üçün təhdid olunuram. Xanlar Vəliyevin adından istifadə edən qardaşı oğlu, Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevin oğlu Elmir Vəliyev məni və yaxınlarımı təhdid edir. İnanıram və güvənirəm ki, mənim bu müraciətim cavabsız qalmayacaq.

Qeyd edim ki, sərəncamla 116.0 kv metr torpaq sahəmiz var. Əlimdə qanuni sənədim olsa da, Elmir Vəliyev həmin torpaq sahəsini məndən almaq istəyir.

Dəfələrlə müraciət etmişəm, bildirmişəm ki, bu yer mənimdir, imkan verin mən də bu yerdən faydalanım. Yarımcan adamam, ən azından sən evində rahat yatanda mən canımı qoymuşam, bir gözümdən olmuşam. Mən heç kəsin yerini, məkanını zəbt etmirəm. Mənim olana sənəd çıxarmaq istəyirəm, əlimdə sərəncamım var.

"Grand bazar"ın rəhbəri Mahmud məni təhdid edir. Mənə deyirlər ki, "Elmir Vəliyev sifarişlə adam öldürəndir, ondan uzaq dur". Qeyd edim ki, Mahmud Elmar Vəliyevin oğlunun adına olan bazarda pulyığandır.

Elmir Vəliyev və Mahmud açıq-aşkar mənə deyirlər ki, nə etsən də, bu yeri sənə verəsi deyilik, dövlət də bizik, dövləti idarə edən də.

Mən, haqqımı hanısa məmur balasına verməliyəm? Oddan, topdan, tüfəngdən qorxmayan oğlan heç harınlamış məmur balasının qarşısında acız qalarmı?!

Onu da deyim ki, Daşınmaz Əmlak Komitəsinin keçmiş müdiri Kərəm Həsənovla Elmar Vəliyev qudadır. Özləri verdiyi sərancamı bu gün "düzgün sənəd saymırlar". Biz oranı pulsuz almamışıq, pulumuzu verib almışıq. Emir Vəliyev mənə deyir ki, apar o sərancamı kağız kimi başqa yerdə... istifadə et. Görün, bunlar nə qədər harınlayıblar ki, dövlətin verdiyi sənədi hara layiq görürlər.

İnanıram ki, Xanlar Vəliyevin bu şantaj məsələsindən xəbəri də yoxdur. Onu da bilirəm ki, Azərbaycanın bütövlüyü uğrunda canından, qanından keçmiş qazilərə və şəhidlərə necə hörmətlə yanaşır. Mən müharibə iştirakşısı, 1 qrup əlil kimi, xahiş edirəm ki, onun adı ilə məni təhdid edənlərə qarşı bir tədbir görsün.

Torpağa sənədi Elmar Vəliyevin müavini Məharət bəy verib. İndi Zaur adlı şəxs bizim qarşımızı kəsərək, bizi ora buraxmır. Mənim çörək pulu qazanmağıma mane olurlar.

19.09.2024-cü il tarixində, günorta saatlarında Mahmud adlı şəxs zəng edərək, bizi bazara çağırdı. Fikirləşdim ki, yəqin razılığa görə çağırır. Təəssüflə qeyd edirəm ki, Azərbaycan Respublikasının vətəndaşı olan Mahmud və Elmir Vəliyev mənə və digər müharibə iştirakçılarına, "sizi gərək erməni öldürərdi, sizi öldürməməklə ən böyük səhv ediblər", - dedilər(Digər lazımsız söz-söhbətlər də oldu, mən də o söyüşlərin qarşısında susa bilməzdim).

Mən şərəfimlə, ləyaqətimlə vətənimin keşiyində durub, sağlamlığımı vermişəm. Onlar kimi evdə və yaxudda çarpayının altında gizlənməmişəm. Bir gözümdən olmuşam, amma vətənim üçün tək gözümü yox, canımı da verməyə hazıram. Mənim ailəm - atam, anam mənə belə tərbiyə verib. Mən kiminsə bir tikə çörəyini əlindən alıb, atama və yaxud da əmimə güvənən adam olmamışam. Bəli, hər gecə gözümü yumanda o ağrı-acıları çəksəm də, hələ müharibənin səsləri beynimdən getməsə də bu gün də deyirəm ki, canım sənə qurbandı Azərbaycan! Və bunu söz xatirinə yox, bir Azərbaycan kişisi kimi ürəkdən deyirəm.

Cənab Prezident!

Mən, sizdən ev, maşın və yaxud da torpaq, villa istəmirəm. Mənə və ailəmə aid olan, qanuni torpağımı istəyirəm. Elmar Vəliyev və oğlu bir qazinin torpağına göz dikir, buna susmayın".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1534   Tarix: 11 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18 sentyabr 2021
.

Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə

17 sentyabr 2021
.

Rayonlara dolu düşüb, şimşək çaxıb

Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd

17 sentyabr 2021
.

Prezident Xalq artistinə mənzil verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində

17 sentyabr 2021
.

"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu

Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy

17 sentyabr 2021
.

Vətən müharibəsinin 22 iştirakçısı polis oldu

Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua

17 sentyabr 2021
.

Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO

Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb

17 sentyabr 2021
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18 sentyabr 2021
.

Mədəsində narkotik maddə keçirmək istəyirdi - DƏHŞƏTLİ şəkildə ÖLDÜ

Ekvadorlu narkotik kuryeri İstanbul Hava Limanından kokain tərkibli olan kapsulları keçirmək istəyərkən dəhşətli şəkildə ölüb. -ın "Ahaber" agentliyinə istinadən verdiyi məlumata görə, narkotik kuryeri Zambrano Xavyer Fernando Lur təyyarə ilə İstanbula keçirtmək üçün tərkibində "kokain"

18 sentyabr 2021