Yeznəsini öldürən Cavid də məcburi müalicəyə göndərildi

Yeznəsini öldürən Cavid də məcburi müalicəyə göndərildiŞəkidə yeznəsini öldürməkdə ittiham olunan 36 yaşlı Cavid İsayevin məhkəmə araşdırması yekunlaşıb.

"Qafqazinfo"nun məlumatına görə, Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda yekun qərar elan edilib.

Məlumat üçün deyək ki, hadisə ötən ilin oktyabrında Aşağı Küngüt kəndində baş verib.

İstintaqla müəyyən edilib ki, Cavid 41 yaşlı yeznəsi Asif Həşimovu bacısını (eyni zamanda mərhumun arvadı) təhqir etdiyinə görə qətlə yetirib. Onların bu məsələ ilə bağlı mübahisəsi kənd kənarındakı boş ərazidə davam edib. Həmin vaxt Asif yenə də onun və bacısının ünvanına nalayiq sözlər işlədib. Hisslərini cilovlaya bilməyən Cavid yeznəsinə bir neçə bıçaq zərbəsi endirərək hadisə yerində ölümünə səbəb olub. O, hadisədən sonra könüllü olaraq polisə təslim olub.
Yeznəsini öldürən Cavid də məcburi müalicəyə göndərildiTəqsirləndirilən şəxs istintaq dövründə müstəntiqə ifadəsində deyib ki, müharibədən qayıtdıqdan sonra onda psixi problemlər yaranıb. Dərmanlarını vaxtında qəbul etmədikdə isə vəziyyəti daha da kəskinləşir. Dediyinə görə, həmin gün də gərgin vəziyyətdə olub. Onun psixi xəstəlikdən əziyyət çəkməsi ekspertlər tərəfindən də təsdiq edilib. Həkim rəyində yazıb ki, təqsirləndirilən şəxs cinayəti anlaqsız vəziyyətdə törədib.

Xaliq Məmmədovun sədrlik etdiyi həhkəmə tərkibi işi araşdırdıqdan sonra həkim rəylərini və istintaq orqanının qərarını əsaslı hesab edib. Qərara əsasən, Cavid İsayev yeznəsini anlaqsız vəziyyətdə öldürdüyündən cinayət məsuliyyətindən və cəzadan azad edilib. O, Respublika Psixiatriya Xəstəxanasında məcburi müalicəyə cəlb edilib.

Xatırladaq ki, ailə üzvlərinin qətlində ittiham olunan Əhməd Əhmədov haqda da bir neçə gün əvvəl eyni qərar çıxarılmışdı. Həmin qərar cəmiyyətdə müzakirələr yaratsa da, fakt odur ki, bu kimi işlərdə məhkəmə qanunauyğun qərar qəbul edir. Qanunvericilikdə müəyyən edilmiş hallarda ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicədə bir gün olma müddəti bir gün azadlıqdan məhrumedilmə hesabı ilə hesablanır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1220   Tarix: 14 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda dişi çəkilən qadın öldü (VİDEO)

Bakıda dişini çəkdirən qadın dünyasını dəyişib. Qaynarinfo Baku TV-yə istinadən xəbər verir ki, Cəmilə Mahmudova bacısının həkim məsuliyyətsizliyi səbəbindən vəfat etdiyini iddia edir. Şikayətçinin sözlərinə görə, 1981-ci il təvəllüdlü bacısı Leyla Əhmədova iyulun 23-də diş ağrısı ilə Bilgəh Sağlamlı

25 sentyabr
.

Lənkəranda zorakılığa məruz qalan uşağın anasının valideynlik hüququ məhdudlaşdırıla bilər - RƏSMİ

"Atalığı tərəfindən döyüldüyü bildirilən uşaqla bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunublar". Bu barədə -a Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Sərvər Abdullayev məlumat verib

25 sentyabr
.

Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq

Türk dövlətləri arasında vətəndaşların yalnız şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfərlərinin təmin olunması məsələsi gündəmdədir. -a istinadla xəbər verir ki, Türk dünyasında inteqrasiya proseslərinin dərinləşdirilməsi çərçivəsində Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və digər dövlətlə

24 sentyabr
.

Florian Zenqstşmid: "Bölgələrdə yeni turizm mərkəzləri formalaşdırılır"

Azərbaycanın bölgələrində yeni turizm mərkəzləri formalaşdırılır. "Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan Internationa

26 sentyabr
.

Bu şəxslərin pensiyasına sabit məbləğdə AYLIQ ƏLAVƏ VERİLƏCƏK

Hərbçilərin pensiya məbləği ilə təminat xərcliyi arasındakı əlaqə aradan qalxacaq, fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalı, habelə sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyin ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəy

27 sentyabr
.

Taksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA

Son dövrlər taksi xidmətlərinin qiymətlərində dəyişikliklər müşahidə olunur. Gedişhaqqının formalaşmasına yanacaq və texniki xidmət xərcləri, sürücülərin gəlir tələbləri, platforma komissiyaları, eləcə də bazardakı tələb və təklif kimi müxtəlif amillər təsir göstərə bilər. Bakıda nəqliyyat sıxlığını

24 sentyabr
.

MƏRHUMUN BANK KREDİTİ ailənin boynuna qalır? - AÇIQLAMA

Vərəsəlik zamanı mirasın bölüşdürülməsi ilə yanaşı, mərhumun üzərinə götürdüyü maliyyə öhdəlikləri də gündəmə gəlir. Bank kreditləri, fiziki şəxslərə olan borclar və digər öhdəliklərin vərəsələrə hansı hallarda keçməsi isə cəmiyyətdə suallar doğurur. Xüsusilə mirası qəbul edən şəxslərin mərhumun borcların

27 sentyabr
.

Bu şəxslər üçün avtobus və metro PULSUZDUR

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, ictimai nəqliyyatdan (metropoliten, şəhəriçi və qəsəbələrarası avtobuslar) ödənişsiz istifadə etmək hüququ müəyyən olunmuş xüsusi kateqoriyalı şəxslərə həvalə edilib. Bu güzəştlər həm sosial müdafiə məqsədilə, həm də xidməti vəzifələrin icrasını təmi

26 sentyabr
.

Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI

Bakıda "Formula-1" Azərbaycan Qran-prisi ilə əlaqədar Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkətinə tətbiq edilən məhdudiyyət bu gün gecəyarısı 00:00-da başa çatacaq. xəbər verir ki, yarışların başa çatmasından dərhal sonra - sentyabrın 26-da ərazidə quraşdırılmış konstruksiyaları

26 sentyabr