Avtobus zolağına görə yazılan cərimələr bu halda silinəcək
Bakıda yollarda hərəkəti tənzimləmək məqsədilə avtobuslar üçün xüsusi zolaqlar ayrılıb. Avtobus zolağına qaydalardan kənar daxil olan şəxslərə 100 manat məbləğində cərimə və 2 cərimə balı qeydə alınır.
Lakin bu avtobus zolaqlarına daxil olmaq bəzi hallarda mümkün olur və cərimə yazılmır.
Bəs, sürücülər hansı halda avtobus zolağına daxil olarsa onları cərimə gözləmir?
Sonxeber.az Milli.Az-a istinadən xəbər verir ki, sürücülərin bu hallarda avtobus zolağına girişi mümkündür:
1. Əgər zolaq digər zolaqlardan 1.5 qırıq-qırıq nişanlanma xətti ilə ayrılarsa , başqa nəqliyyat vasitələrinin bu zolaqla hərəkəti qadağan edilsə də, ümumi istifadədə olan nəqliyyat vasitələrinə maneə yaratmadan yalnız sərnişini mindirmək və ya düşürmək üçün bu zolağa keçib dayanmaq və dərhalda hərəkətə başlayıb zolağı tərk etmək olar.
2. Yalnız yoldan çıxış və yola giriş yerlərində 1.11 nişanlanma xətti ilə işarələnən yerlərdə bu zolağa qismən daxil olub oradan müvafiq manevri etmək olar.
3. Digər nəqliyyat vasitələrinin sürücüləri giriş-çıxış yerlərində tətbiq edilmiş 1.11 xəttini kəsərək həmin zolağa daxil olduqda mütləq yoldan çıxmalıdırlar. Həmin zolağa daxil olub giriş-çıxış yerini düz keçərək bu zolaqla hərəkəti davam etdirmək, o cümlədən növbəti 1.11 xətti olan yerdə həmin zolağı tərk edənədək davam etdirmək qadağandır.
Eyni zamanda bəzi yollarda avtobus zolağına Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən vaxt məhdudiyyəti tətbiq edilib. Əvvəllər günün 24 saatı həmin zolağa girmək qadağan idisə, artıq nişanlar quraşdırılıb və yeni qaydaya əsasən müəyyən saat aralığında bu zolağa girmək olar. Əgər həmin ərazidə dayanma-durma qadağan deyilsə, orada avtomobili park etməyə də icazə verilir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1207 Tarix: 14 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda dişi çəkilən qadın öldü (VİDEO)
Bakıda dişini çəkdirən qadın dünyasını dəyişib. Qaynarinfo Baku TV-yə istinadən xəbər verir ki, Cəmilə Mahmudova bacısının həkim məsuliyyətsizliyi səbəbindən vəfat etdiyini iddia edir. Şikayətçinin sözlərinə görə, 1981-ci il təvəllüdlü bacısı Leyla Əhmədova iyulun 23-də diş ağrısı ilə Bilgəh Sağlamlı
25 sentyabrFlorian Zenqstşmid: "Bölgələrdə yeni turizm mərkəzləri formalaşdırılır"
Azərbaycanın bölgələrində yeni turizm mərkəzləri formalaşdırılır. "Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan Internationa
26 sentyabrBu şəxslərin pensiyasına sabit məbləğdə AYLIQ ƏLAVƏ VERİLƏCƏK
Hərbçilərin pensiya məbləği ilə təminat xərcliyi arasındakı əlaqə aradan qalxacaq, fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalı, habelə sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyin ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəy
27 sentyabrTaksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA
Son dövrlər taksi xidmətlərinin qiymətlərində dəyişikliklər müşahidə olunur. Gedişhaqqının formalaşmasına yanacaq və texniki xidmət xərcləri, sürücülərin gəlir tələbləri, platforma komissiyaları, eləcə də bazardakı tələb və təklif kimi müxtəlif amillər təsir göstərə bilər. Bakıda nəqliyyat sıxlığını
24 sentyabrMƏRHUMUN BANK KREDİTİ ailənin boynuna qalır? - AÇIQLAMA
Vərəsəlik zamanı mirasın bölüşdürülməsi ilə yanaşı, mərhumun üzərinə götürdüyü maliyyə öhdəlikləri də gündəmə gəlir. Bank kreditləri, fiziki şəxslərə olan borclar və digər öhdəliklərin vərəsələrə hansı hallarda keçməsi isə cəmiyyətdə suallar doğurur. Xüsusilə mirası qəbul edən şəxslərin mərhumun borcların
27 sentyabrBu şəxslər üçün avtobus və metro PULSUZDUR
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, ictimai nəqliyyatdan (metropoliten, şəhəriçi və qəsəbələrarası avtobuslar) ödənişsiz istifadə etmək hüququ müəyyən olunmuş xüsusi kateqoriyalı şəxslərə həvalə edilib. Bu güzəştlər həm sosial müdafiə məqsədilə, həm də xidməti vəzifələrin icrasını təmi
26 sentyabr