38 yaşlı qadın evdə saxladığı siçovulun onu dişləməsi səbəbindən dünyasını dəyişdi
İspaniyanın Vilyarreal şəhərində baş verən qeyri-adi hadisə ev heyvanları sahiblərini heyrətə salıb.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, 38 yaşlı iki uşaq anası siçovulun dişləməsi nəticəsində ölüb. Hadisə axşam saat 22:30 radələrində baş verib. Kolumbiyalı qadın evdə saxladığı siçovulun onu dişləməsi səbəbi ilə tibbi yardım almaq üçün uşaqları ilə xəstəxanaya gedib. Lakin o, xəstəxananın qarşısında qəflətən yıxılıb.
Həkimlər dərhal müdaxilə etsə də, qadını xilas edə bilməyiblər. Polis hadisə yerini mühasirəyə alıb və araşdırmalara başlanılıb. Tibbi ekspertizanın nəticəsi ölümə səbəbin siçovul dişləməsi olub-olmadığını ortaya çıxaracaq.
Mütəxəssislər qeyd edirlər ki, siçovul dişləmələri nadir hallarda ciddi sağlamlıq problemləri yarada bilər. Quduzluq və bəzi bakterial infeksiyaların ötürülməsi riski var. Ona görə də dişləmə zamanı yaranın dərhal yuyulması məsləhət görülür.
Qeyd edək ki, oxşar hallar əvvəllər də olub. 2007-ci ildə İngiltərədə bir kişi siçovul dişləməsi nəticəsində anafilaktik şok keçirib. Bu hadisələr siçovul dişləməsinin allergik reaksiyalara səbəb ola biləcəyini göstərir.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1959 Tarix: 15 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Boşanma mərhələsində olan cütlük evlərində ölü tapıldı - VİDEO
Türkiyənin Karaman şəhərində övladlarının uzun müddət xəbər ala bilmədiyi boşanma mərhələsində olan cütlük evlərində ölü tapılıb. Hadisə zamanı mənzildə "Evdə sianid var, içəri girməyin" yazılmış qeyd və müxtəlif kimyəvi maddələr aşkarlanıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə Zembill
24 sentyabrŞİDDƏTLİ YAĞIŞLAR GƏLİR... - Təhlükəli xəbərdarlıq
Qlobal temperaturun yüksəlməsi Yer atmosferindəki su buxarının miqdarını da artırır. Alimlərin fikrincə, atmosferdə rütubətin çoxalması yalnız daha isti hava ilə nəticələnmir, eyni zamanda leysan yağışları, güclü fırtınalar, tropik siklonlar və istilik dalğaları ilə bağlı riskləri də yüksəldə bilər
19 sentyabrAğdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb
Ağdamda kəhriz quyusundan kişi meyiti tapılıb. "Report"a istinadən xəbər verir ki, meyit rayonun Şelli kəndi ərazisindəki kəhriz quyularından birində aşkarlanıb. Araşdırmalar zamanı meyitin Bərdə rayon sakini Müşfiq Aqil oğlu Hacıyevə məxsus olması müəyyənləşib. Əldə edilən məlumata görə, M.Hacıye
20 sentyabrBaldızını və arvadını al qana boyadı - Azərbaycanda DƏHŞƏT
Naxçıvanda kişi arvadını və baldızını bıçaqlayıb. "Report"a istinadla xəbər verir ki, hadisə Kəngərli rayonunun Qarabağlar kəndində baş verib. Belə ki, mübahisə zəminində 1971-ci il təvəllüdlü İbrahim Əli oğlu Əliyev həyat yoldaşı, 1973-cü il təvəllüdlü Adilə Sabir qızı Ağayevanı və baldızı
27 sentyabrYük maşını aşdı, toyuqlar yola dağıldı - Video
Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Ağsu rayonundan keçən hissəsində "İsuzu" markalı yük avtomobili aşıb. "Qafqazinfo" xəbər verir ki, marketlər şəbəkəsi üçün toyuq məhsulları və digər malları daşıyan yük maşını idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza nəticəsində avtomobi
16 sentyabrAtatürkə bənzərliyi ilə tanınan şəxs pul qarşılığında toylara qatılır - VİDEO
Türkiyənin Ulu Öndəri Mustafa Kamal Atatürkə fiziki bənzərliyi ilə tanınan bir şəxsin pul qarşılığında toylara qatılması sosial mediada müzakirələrə səbəb olub. xarici mediaya istinadla xəbər verir ki, onun hər bir toy mərasiminə qatılmaq üçün 30 min TL aldığı iddia edilir. Atatürkü xatırladan geyim
14 sentyabrGöygöldə qadın qətlə yetirildi, əri şübhəli bilinir
Göygöldə qətl hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndi ərazisində qeydə alınıb. Belə ki, kənd sakini olan orta yaşlı kişi arvadına küt alətlə zərbə endirib. Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəl
20 sentyabrAç qurd sürüsü gecə yarısı fermaya girdi: iti parçaladılar - VİDEO
Gecə saatlarında fermaya daxil olan ac qurd sürüsü həyətdəki itə hücum edib. xarici mediaya istinadla xəbər verir ki, hadisə yaşayış məntəqəsinə yaxın ərazidə yerləşən fermalardan birində baş verib. Gecə yarısı ac qaldıqları ehtimal edilən qurdlar ferma ərazisinə daxil olaraq həyətdəki itə yaxınlaşıblar
23 sentyabr