Tibbi sığortanın işsizlərə aid edilmə müddəti artırılacaq? – AÇIQLAMA
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən hazırlanmış "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanun layihəsinə əsasən heç bir yerdə əmək və ya mülki müqavilə əsasında işləməyən, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslər 2025-ci ilədək icbari tibbi sığortanın xidmətlərindən ödənişsiz istifadə edə biləcəklər. Həmin şəxslərin icbari tibbi sığorta haqlarını dövlət ödəyir. Qeyd edək ki, Prezident İlham Əliyev "2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsini Milli Məclisin müzakirəsinə təqdim edib. Bu barədə Maliyyə Nazirliyindən bildirilib. Layihəyə əsasən, gələn il Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 36 milyard 616 milyon manat, xərclərinin isə 39 milyard 667,6 milyon manat olacağı gözlənilir.
Bəs görəsən 2025-ci ilin dövlət büdcəsində tibbi sığortanın işsizlərə də aid edilmə müddətinin artırılması nəzərdə tutulubmu?
Mövzu ilə bağlı Sonxeber.az – a açıqlama verən sosioloq Lalə Mehralı bildirib ki, bu qaçılmazdır:
"Əslində tibbi sığorta ilə bağlı bizim təcrübəmiz çox az olduğuna görə bu sahədə dəyişikliklər qaçınılmazdır. Çünki burdakı ehtiyaclarla bağlı məlumat azdır. Əhalinin tələbatı hansı tibbi xidmətə daha çoxdur, hansılar daha vacibdir və.s kimi məsələlər təkrar müzakirə olunmalıdır. İşsizlərin, tibbi sığorta müqaviləsi olmayanların bu xidmətlərdən yararlanması imkanları düşünülüb müzakirə edilməlidir. O şəxslər üçün də xüsusi imtiyazlar olmalıdır. Həmçinin günəmuzd işləyən vətəndaşlar üçün də tibbi sığrta vacibdir. Onlar da işləyən zaman hər. Heç kim xəstəlikdən sığortalanmayb. Bu səbəbdən düşünürəm ki, günəmuzd işləyənlərin də tibbi sığortadan yararlanması məsələsi xüsusilə müzakirə edilməlidir".
Tibbi sığorta çərçivəsində hansı dəyişikliklər gözlənilir?
"Tibbi sığorta çərçivəsində abortların qarşısının alınması üçün tədbirlər planı həyata keçirilməlidir. Qadınlar tibbi sığorta çərçivəsində ildə bir və ya iki dəfə hamiləlikdən qorunma vasitələri ilə təmin edilə bilər. Bu uşaqlıq daxili spirallar, implantlar, hamiləlikdən qorunmaq üçün xüsusi iynələr ola bilər. Hesab edirəm ki, tibbi sığorta paketinə hamiləlikdən qorunma vasitələrinin də daxil edilməsi məsələsi müzakirə edilməlidir.
Ölkəmizdə stamotolji xidmətlər sığortaya daxil deyil. Biz bununla bağlı ciddi problemlər yaşayırıq. Xüsusilə də uşaqların stamotolji yardım ala bilməsi üçün bu tibbi sığortaya daxil olmalıdır. Yeni diş çıxaranlar, dişlə bağlı ciddi problemi olanlar, breketə ehtiyacı olanlar daha çox uşaqlar olur. Buna görə də məncə uşaqların tibbi sığorta paketinə stamotoloji xidmətlər salınmalıdır. Ən azından 18 yaşa qədər vətəndaşların tibbi sığorta çərçivəsində bu xidmətdən yararlanma imkanı olmalıdır".
Çiçək Sadatova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
Bakıda dənizdə batan tələbələrin FOTOSU
Prezident ona "general-leytenant" ali hərbi rütbəsi verdi
Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?
Dünyanın ən xoşbəxt turizm şəhəri açıqlandı - Avropada yerləşir
Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələri niyə üst-üstə düşmür? - AÇIQLAMA
Bakıda dişi çəkilən qadın öldü (VİDEO)
Supermodeel Bakıda keçmiş nişanlısı ilə görüşdü (FOTO)
İlham Əliyev bəzi hərbçiləri təltif etdi - SƏRƏNCAM
Pula görə orqanlarını satmaq istəyirlər: Yalnız bu halda MÜMKÜNDÜR
Mal ətinin qiyməti niyə BAHALAŞIR? - AÇIQLAMA
Hərbçilərinin əməkhaqları 22,8% artacaq
Bakıdakı Formula 2-də kütləvi qəza - Yarış dayandırıldı
Xalqımıza baş ucalığı gətirən Şanlı Qələbə