"İşğaldan azad edilmiş rayonlar arasında Füzuli ən çox mina ilə çirkləndirilmiş ərazilərdən biri hesab edilir" - DEPUTAT

"İşğaldan azad edilmiş rayonlar arasında Füzuli ən çox mina ilə çirkləndirilmiş ərazilərdən biri hesab edilir" - DEPUTAT"17 oktyabr, Füzuli şəhərinin azad olunması və inkişafı üçün bir dönüm nöqtəsidir. Bu gün, yalnız tarixi bir hadisə deyil, həm də Füzuli rayonunun yeni inkişaf dövrünün başlanğıcıdır".

Bunu Sonxeber.az-a danışan Milli Məclisin deputatı Pərvanə Vəliyeva bildirib.

Deputat qeyd edib ki, Füzuli şəhəri, Azərbaycanın Qarabağ bölgəsində strateji əhəmiyyətə malik bir məkandır. Şəhərin azad edilməsindən sonra sürətli inkişaf mərhələsinə qədəm qoymuşdur:

"Prezident İlham Əliyevin rayona etdiyi səfərlər bu prosesə böyük təkan vermişdir. Prezidentin dəstəyi ilə bölgədə bir sıra infrastruktur layihələri həyata keçirilmişdir ki, bunlar arasında Füzuli-Şuşa avtomobil yolu və Füzuli Beynəlxalq Hava Limanı xüsusi əhəmiyyətə malikdir. Bu layihələr Füzulinin ölkənin digər bölgələri ilə əlaqəsini möhkəmləndirməklə yanaşı, bölgənin iqtisadi inkişafını və turizm potensialını artırır. Hava limanının açılması bölgəyə həm daxili, həm də beynəlxalq sərnişin və yük daşımaları üçün yeni imkanlar yaradır.

Bütün bu addımlar Füzuli rayonunun sosial-iqtisadi durumunun yaxşılaşdırılması və burada yüksək yaşayış standartlarının təmin olunması üçün həyata keçirilir. İnfrastruktur layihələri nəqliyyatı və iqtisadi fəaliyyətləri asanlaşdıraraq, iş yerlərinin açılmasına və yeni investisiyaların cəlb edilməsinə şərait yaradır. Böyük Qayıdış Proqramı çərçivəsində əhalinin geri qayıdışı isə bölgənin davamlı inkişafını təmin edəcəkdir. Bu proses yalnız Füzulinin yenidən qurulması ilə məhdudlaşmayacaq, eyni zamanda, regionda sosial və iqtisadi tarazlığın bərpa olunmasına xidmət edəcəkdir".

Deputat söyləyib ki, İşğaldan azad edilmiş rayonlar arasında Füzuli ən çox mina ilə çirkləndirilmiş ərazilərdən biri hesab edilir:

"İlkin qiymətləndirmələrə görə, rayonda 100 mindən çox mina basdırılmışdır. Mina sahələri insan həyatına ciddi təhlükə yaratmaqla yanaşı, bölgənin iqtisadi bərpasını və məcburi köçkünlərin geri qayıdışını çətinləşdirir. Füzulinin bu cür intensiv minalanması beynəlxalq hüquqa zidd olmaqla, Ermənistan tərəfindən törədilmiş vandalizm aktlarının bir hissəsidir. Bu səbəbdən, Ermənistan hökumətini məsuliyyətə cəlb edilməli və vurulmuş ziyanın haqqı ödənilməlidir.
Füzulidə mülki əhaliyə və dövlət əmlakına dəyən ziyanın qiymətləndirilməsi məqsədilə müvafiq işçi qrupları yaradılmışdır. Hər bir zərərli təsirin sənədləşdirilməsi və təhlili, bölgənin bərpası prosesində strateji əhəmiyyət daşıyır. İşğal nəticəsində tamamilə dağıdılmış şəhərlər və kəndlərin yenidən qurulması, infrastrukturun bərpası və məskunlaşma planlarının həyata keçirilməsi Böyük Qayıdış Proqramının əsas prioritetlərindəndir. Proqramın birinci mərhələsinin icrası çərçivəsində, 2026-cı ilin sonuna qədər Füzuli rayonunda 22 min insanın məskunlaşacağı gözlənilir. Bu, rayona yeni həyat gətirməklə yanaşı, demoqrafik balansın bərpası və iqtisadi fəaliyyətin canlanmasında da mühüm rol oynayacaqdır.

Füzulinin bərpası təkcə ərazi və infrastruktur baxımından deyil, həm də insanların həyat şəraitini yaxşılaşdırmaq və bölgənin gələcək inkişafını təmin etmək baxımından vacibdir. Burada həyata keçirilən layihələr, gələcəkdə Füzuli rayonunu müasir və dinamik bir mərkəzə çevirmək məqsədi daşıyır və bu, bütün Azərbaycan xalqı üçün strateji əhəmiyyət daşıyır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1106   Tarix: 17 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər

Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüde

25 sentyabr
.

Bank kartları ilə bağlı - Daha bir qadağa

Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi

24 sentyabr
.

Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI

Bakıda "Formula-1" Azərbaycan Qran-prisi ilə əlaqədar Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkətinə tətbiq edilən məhdudiyyət bu gün gecəyarısı 00:00-da başa çatacaq. xəbər verir ki, yarışların başa çatmasından dərhal sonra - sentyabrın 26-da ərazidə quraşdırılmış konstruksiyaları

26 sentyabr
.

Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR

Ailə cəmiyyətin əsas özəyidir və hər bir vətəndaşın ailə qurmaq hüququ konstitusiya ilə təsbit olunub. "Yeni Sabah"a istinadən xəbər verir ki, lakin bu hüquq mütləq xarakter daşımır - dövlət həm tərəflərin, həm də gələcək nəsillərin maraqlarını, fiziki və psixi sağlamlığını qorumaq məqsədil

27 sentyabr
.

"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət

Demokratiya və İnsan Hüquqları Komitəsi" İB-nin sədri Çingiz Qənizadəmin oğlu Elgiz Qənizadə barəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edilib. -a müraciət edən Pəri Cəfərova bildirib ki, Elgiz Qənizadə ondan 500 min manat pul alıb. Vətəndaşın saytımıza müraciətini olduğ

25 sentyabr
.

Azərbaycanda vulkan püskürdü - FOTO/VİDEO

Qaradağ rayonu ərazisində vulkan püskürməsi olub. Bu barədə -ın sorğusuna cavab olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan bildirilib. Qeyd olunub ki, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb. 08:13. Qaradağ rayonu Lökbatan qəsəbəsind

26 sentyabr
.

Bakının bu ərazisində yaşayanlar KÖÇÜRÜLƏCƏKLƏR - 35 milyon manat ayrıldı

Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb. Ölkə.az-a istinadən xəbər verir ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən təsdiqlənib. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən Xətai rayonu

27 sentyabr
.

Florian Zenqstşmid: "Bölgələrdə yeni turizm mərkəzləri formalaşdırılır"

Azərbaycanın bölgələrində yeni turizm mərkəzləri formalaşdırılır. "Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan Internationa

26 sentyabr
.

Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər Türkiyədə sosial media platformaları vasitəsilə Azərbaycan əleyhinə aparıldığı bildirilən informasiya kampaniyasını araşdırıb. xəbər verir ki, bu barədə komissiyanın açıqlamasında bildirilib. Qeyd olunub ki

26 sentyabr