Fəhlə işləyən şəhid atası çətin durumda-Kapital bank heç bir güzəşt etmir…..
Şəhid atası Mənəfov Azad Mursel oğlu "Kapital Bank"dan şikayətçidir. O iddia edir ki, ödəyə bilmədiyi kredit səbəbindən bank onu məhkəməyə verib. Qax rayon Məhkəməsinin hakimi Taleh Kərimov isə onun kreditin ödənməmiş hissəsini faizi və komissiya haqqı ilə birlikdə ödəməsi ilə bağlı qərar çıxarıb.
Azad Mənəfov deyib ki, maddi vəziyyətində, iş yerində sıxıntılar başalayana qədər borcu vaxtı-vaxtında ödəyib:
""Kapital Bank"dan 3500 manat krtedit götürdüm. Faizi ilə birlikdə 5200 manat ödəməli idim. Hazırda təxminən 2600 manat borcum qalıb. Sıxıntılara düşdüm, çətinliklər çəkdim, ödəyə bilmədim. Fəhlə işləyirəm, bir gün iş olur, beş gün olmur. Vaxtlı-vaxtında ödəyə bilmirəm deyə "Kapital Bank" məni məhkəməyə verib".
Şikayətlə bağlı "Kapital Bank"la əlaqə saxladıq. Məsələni araşdırıb cavab verəcəklərini dedilər.
Qeyd edək ki, Azad Mənəfovun oğlu Nicat Mənəfov Vətən Müharibəsinin iştirakçısıdır. 4 noyabr 2020-ci ildə Şuşanın alınması uğrunda gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra "Vətən uğrunda, "Füzulinin azad olunmasına görə", "Cəsur döyüşçü" və "Xocavəndin azad olunmasına görə" medalları, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Bakupost.az
Ətraflı videosüjetində:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1390 Tarix: 17 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər
Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüde
25 sentyabrBank kartları ilə bağlı - Daha bir qadağa
Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi
24 sentyabrAzərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Ailə cəmiyyətin əsas özəyidir və hər bir vətəndaşın ailə qurmaq hüququ konstitusiya ilə təsbit olunub. "Yeni Sabah"a istinadən xəbər verir ki, lakin bu hüquq mütləq xarakter daşımır - dövlət həm tərəflərin, həm də gələcək nəsillərin maraqlarını, fiziki və psixi sağlamlığını qorumaq məqsədil
27 sentyabrAzərbaycanda vulkan püskürdü - FOTO/VİDEO
Qaradağ rayonu ərazisində vulkan püskürməsi olub. Bu barədə -ın sorğusuna cavab olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan bildirilib. Qeyd olunub ki, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb. 08:13. Qaradağ rayonu Lökbatan qəsəbəsind
26 sentyabrBakının bu ərazisində yaşayanlar KÖÇÜRÜLƏCƏKLƏR - 35 milyon manat ayrıldı
Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb. Ölkə.az-a istinadən xəbər verir ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən təsdiqlənib. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən Xətai rayonu
27 sentyabrFlorian Zenqstşmid: "Bölgələrdə yeni turizm mərkəzləri formalaşdırılır"
Azərbaycanın bölgələrində yeni turizm mərkəzləri formalaşdırılır. "Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan Internationa
26 sentyabr