Deputatın oğlu ilə 1,1 milyonluq sövdələşmə – Adı çirkli pulların yuyulmasında hallanan Orxan Cavanşir tenderdə qalib elan edildi

Deputatın oğlu ilə 1,1 milyonluq sövdələşmə – Adı çirkli pulların yuyulmasında hallanan Orxan Cavanşir tenderdə qalib elan edildiİnnovasiya və Təchizat Mərkəzi deputat Cavanşir Feyziyevin oğlu Orxan Cavanşirlə maliyyə dəyəri 1 176 000 manat olan satınalma müqaviləsi bağlayıb.
Reportyor.info xəbər verir ki, müqavilə Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi, 142 D ünvanında yerləşən ümumi sahəsi 12,552.30 m2 olan ofis və anbar kompleksinin icarəyə götürülməsi xidmətinin satın alınması ilə bağlıdır.

İcarə müddəti haqqında heç bir qeyd yoxdur.

2015-ci ildən parlamentdə təmsil olunan Cavanşir Feyziyev oliqarx deputat kimi tanınır.
Azərbaycan qanunverciliyi deputatların biznes fəaliyyəti ilə məşğul olmasını qadağan etsə də, media zaman-zaman Cavanşir Feyziyevin biznes imperiyası haqqında yazılar dərc edib.

Ölkənin tibb sektorunda aparıcı şirkətlərdən biri hesab edilən "Avromed Company" QSC-nin Cavanşir Feyziyevə məxsus olması barədə media dəfərlər yazıb.
Bu iddialara cavab olaraq şirkətin yaydığı açıqlamada Cavanşir Feyziyevin 2010-cu ilə qədər "Avromed Company" QSC-nin direktoru vəzifəsində çalışdığı bildirilir. İngiltərədə Cavanşir Feyziyevin ailəsinə məxsus 5.6 milyon funt-sterlinqin müsadirə olunması ilə bağlı materiallarda isə onun 2013-cü ildə viza müraciəti zamanı özünü "Avromed Company" QSC-nin icraçı direktoru kimi təqdim etdiyi bildirilir.

Bundan sonra şirkətin yaydığı açıqlamada bildirilib ki, deputat 2016-cı ildə səhmlərini satıb.

Şirkətin açıqlamalarındakı ziddiyyət "Avromed"in hələ də Cavanşir Feyziyevə məxsus olduğunan dair şübhələri artırıb.

Deputatın oğlu Orxan Cavanşirə gəlincə, onun adı "çirkli pullar"ın yuyulmasında hallanıb. 2021-ci ildə Britaniyanın Cinayətkarlıqla Mübarizə Agentliyi Feyziyevlərin bank hesablarına yatırılan 15 milyon funt sterlinqin "çirkli pul" olduğunu açıqlayıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1551   Tarix: 17 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər

Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüde

25 sentyabr
.

Bank kartları ilə bağlı - Daha bir qadağa

Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi

24 sentyabr
.

Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI

Bakıda "Formula-1" Azərbaycan Qran-prisi ilə əlaqədar Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkətinə tətbiq edilən məhdudiyyət bu gün gecəyarısı 00:00-da başa çatacaq. xəbər verir ki, yarışların başa çatmasından dərhal sonra - sentyabrın 26-da ərazidə quraşdırılmış konstruksiyaları

26 sentyabr
.

Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR

Ailə cəmiyyətin əsas özəyidir və hər bir vətəndaşın ailə qurmaq hüququ konstitusiya ilə təsbit olunub. "Yeni Sabah"a istinadən xəbər verir ki, lakin bu hüquq mütləq xarakter daşımır - dövlət həm tərəflərin, həm də gələcək nəsillərin maraqlarını, fiziki və psixi sağlamlığını qorumaq məqsədil

27 sentyabr
.

"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət

Demokratiya və İnsan Hüquqları Komitəsi" İB-nin sədri Çingiz Qənizadəmin oğlu Elgiz Qənizadə barəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edilib. -a müraciət edən Pəri Cəfərova bildirib ki, Elgiz Qənizadə ondan 500 min manat pul alıb. Vətəndaşın saytımıza müraciətini olduğ

25 sentyabr
.

Azərbaycanda vulkan püskürdü - FOTO/VİDEO

Qaradağ rayonu ərazisində vulkan püskürməsi olub. Bu barədə -ın sorğusuna cavab olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan bildirilib. Qeyd olunub ki, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb. 08:13. Qaradağ rayonu Lökbatan qəsəbəsind

26 sentyabr
.

Bakının bu ərazisində yaşayanlar KÖÇÜRÜLƏCƏKLƏR - 35 milyon manat ayrıldı

Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb. Ölkə.az-a istinadən xəbər verir ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən təsdiqlənib. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən Xətai rayonu

27 sentyabr
.

Florian Zenqstşmid: "Bölgələrdə yeni turizm mərkəzləri formalaşdırılır"

Azərbaycanın bölgələrində yeni turizm mərkəzləri formalaşdırılır. "Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan Internationa

26 sentyabr
.

Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər Türkiyədə sosial media platformaları vasitəsilə Azərbaycan əleyhinə aparıldığı bildirilən informasiya kampaniyasını araşdırıb. xəbər verir ki, bu barədə komissiyanın açıqlamasında bildirilib. Qeyd olunub ki

26 sentyabr