Naxçıvanda erkən nikahın qarşısı alındı
Naxçıvan Muxtar respublikasının (MR) Şərur rayonunda erkən nikaha cəhd edilib.
Sonxeber.az "Nuhçıxan"a istinadən xəbər verir ki, bu barədə Naxçıvan MR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, Şərur rayon Yuxarı Aralıq kənd sakini 2 avqust 2007-ci il təvəllüdlü, yetkinlik yaşına çatmayan N.T-nin (ad və soyad şərtidir) 25 aprel 1996-cı il təvəllüdlü Şərur rayon İbadulla kənd sakini F.N. (ad və soyad şərtidir) ilə 2024-cü il 11-13 oktyabr tarixlərində toy mərasimlərinin keçiriləcəyi məlumatı əldə edilib.
Həmin məlumat əsasında 2024-cü il 7 oktyabr tarixində Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşlarının, Şərur Rayon İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın və gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun üzvlərinin iştirakı ilə məsələ yerindəcə araşdırılıb və tərəflərin valideynləri ilə qanunamüvafiq söhbət aparılaraq uşaq hüquqlarını pozan bu halların qanunvericiliyin tələblərinə zidd olduğu diqqətə çatdırılıb.
Təşkilatların nümayəndələrinin səyi nəticəsində erkən nikahın qarşısı alınıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 627 Tarix: 17 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"102"yə 763 müraciət: Polis operativ tədbirləri gücləndirdi
Yağışın fəsadlarının aradan qaldırılması və vətəndaş müraciətlərinə baxılması istiqamətində DİN əməkdaşları tərəfindən operativ tədbirlər görülür. DİN-dən -a verilən məlumata görə, bir sutka ərzində "102" Xidməti-Zəng Mərkəzinə daxil olmuş 763 çağırış aidiyyəti üzrə istiqamətləndirilib. Onlarda
28 martBakıya düşən yağıntı aylıq normanın 564 faizini təşkil edir
Martın 28-i saat 17:00-a olan məlumata əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti açıqlama yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə intensiv xarakterli yağış, dağlıq ərazilərdə is
28 martMeta 375 milyon dollar cərimələndi
ABŞ məhkəməsi "Facebook" və "İnstagram"ın ana şirkəti olan Metanı 375 milyon dollar məbləğində cərimələyib. xəbər verir ki, cərimənin şirkətin uşaqların təhlükəsizliyi ilə bağlı tədbirləri barədə istifadəçiləri çaşdırdığına görə tətbiq olunduğu bildirilir. Məhkəmə Metanın öz platformalarınd
27 martBakı səhəri belə açdı - Yağışlı yollardan yeni görüntülər
İki gündür aramsız yağan yağış Bakıda və paytaxtın ətrafında nəqliyyatın hərəkətini çətinləşdirib. "Qafqazinfo" xəbər verir ki, bir sıra yolları su basıb. Bəzi ərazilərdə kanalizasiya xətlərinin daşması vəziyyəti daha da çətinləşdirib. Səhər saatlarında paytaxtın bəzi ərazilərində çəkilmi
28 martSabah bəzi yerlərdə yağış yağacaq
Bakıda və Abşeron yarımadasında martın 31-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Qaynarinfo-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, gündüz bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Gecə və səhə
30 martEhtiram Hüseynovun qızının toyu oldu
Meyxanaçı Ehtiram Hüseynovun qızının toyu olub. Axşam.az xəbər verir ki, sənətçinin övladının evdən gəlin köçərkən çəkilən videosu sosial şəbəkədə yayılıb. Videoda sənətçinin xanımı ilə birlikdə övladına xeyir-dua verməsi əks olunub. Aytac Vüsal adlı bəylə ailə qurub
30 martMasazırda günlərdir niyə su yoxdur? - Açıqlama
Abşeronun ən böyük yaşayış məntəqələrindən olan Masazır qəsəbəsində günlərdir su problemi yaşanır. Bu şikayətlə "Qafqazinfo"ya qəsəbə sakinləri müraciət ediblər. Onların sözlərinə görə, qəsəbənin bəzi ərazilərinə içməli su günaşırı verilir. Bu bir yana, artıq 4 gündür ki, içməli su təchizat
30 martGüclü yağışdan sonra paytaxtda genişmiqyaslı daxili iməclik keçirilib
Bir heçə gün ərzində Bakı şəhərinə yağan şiddətli yağışlardan sonra onun fəsadlarının aradan qaldırılması və səhərin sanitar-təmizlik səviyyəsinin lazımı səviyyəyə çatdırılması məqsədilə martın 30-da Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təmizliklə bağlı paytaxtda genişmiqyaslı daxili iməclik keçirilib
30 mart