Bu il də kənd təsərrüfatı məhsulları BAHALAŞACAQ – PROQNOZ
Payız fəslinin başlaması ilə bərabər sel xəbərləri gecikmədi. Ötən il Azərbaycanda ən çox sel və daşqın hadisələri baş verib. Belə ki, 2023-cü il ərzində 140-dan çox sel hadisəsi olub. Sel sularının əsas ziyanı da elə kənd təsərrüfatına dəyir. Bu il boyu kənd təsərrüfatı məhsullarının bahalığı müzakirə olunub. Səbəbini yayın quraqlığı ilə əlaqləndirirdilər.
Maraqlıdır, bu il necə olacaq? Yağışın çox yağması kənd təsərrüfatı məhsullarının bahalaşmasına təsir edəcək?
Sonxeber.az xəbər verir ki, iqtisadçı Rauf Qarayev Bizim.Media-ya bildirib ki, hər il olduğu kimi bu il də həddindən artıq yağış yağarsa, kənd təsərrüfatı məhsulları bahalaşacaq.
"Yağışın çox olması torpaqdakı mineralları yuyub aparır. Bu da məhsuldarlığın aşağı düşməsinə, dolayısı ilə qiymətlərin qalxmasına səbəb olur. Amma qiymət artımında təkcə bu rol oynamır. Yağış nəticəsində kənd təsərrüfatı sahələrinə girişi məhdudlaşan kəndlilər də yığdıqları məhsulları baha satırlar. Çünki yağış nəticəsində yığım çətinləşir. Bu gün yağış yağan kimi bazarda qiymət artımı müşahidə edilir".
Bahalaşma ehtimalı olan məhsullar
İqtisadçı bildirib ki, qiymət artımı əsasən torpağın üstündə bitən məhsullara aiddir.
"Pambıq təsərrüfatlarına həddindən artıq yağışın yağması mənfi təsir edir. Bundan başqa gündəlik istifadə olunan tərəvəzlərə gəldikdə isə, xiyar və pomidorun qiymətində artım olacağı güman edilə bilər".
"Kəndlilər məhsullarını sığortalamağa meyilli olmalıdırlar"
İqtisadçı deyir ki, məhsuldarlığı sabit saxlamaq və kəndliyə dəyən ziyanın ödənməsi üçün sığorta sistemi fəaliyyət göstərir.
"Istənilən hava şəraiti birbaşa olaraq kənd təsərrüfatına, bu da kəndlinin cibinə təsir edir. Zərərin ödənməsi üçün Aqrar Sığorta Fondu fəaliyyət göstərir. Amma sel sularının kənd təsərrüfatına ziyanını azaltmaq üçün qabaqlayıcı tədbirlər görülməlidir. Tədbirlərdən biri də müxtəlif növ aqroparkların yaradılmasıdır. Aqroparklarda xüsusi mütəxəssislər işləyir və onlar sel suların qarşısını almaq üçün müxtəlif üsullardan istifadə edirlər".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 878 Tarix: 17 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər
Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüde
25 sentyabrBank kartları ilə bağlı - Daha bir qadağa
Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi
24 sentyabrAzərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Ailə cəmiyyətin əsas özəyidir və hər bir vətəndaşın ailə qurmaq hüququ konstitusiya ilə təsbit olunub. "Yeni Sabah"a istinadən xəbər verir ki, lakin bu hüquq mütləq xarakter daşımır - dövlət həm tərəflərin, həm də gələcək nəsillərin maraqlarını, fiziki və psixi sağlamlığını qorumaq məqsədil
27 sentyabrAzərbaycanda vulkan püskürdü - FOTO/VİDEO
Qaradağ rayonu ərazisində vulkan püskürməsi olub. Bu barədə -ın sorğusuna cavab olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan bildirilib. Qeyd olunub ki, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb. 08:13. Qaradağ rayonu Lökbatan qəsəbəsind
26 sentyabrBakının bu ərazisində yaşayanlar KÖÇÜRÜLƏCƏKLƏR - 35 milyon manat ayrıldı
Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb. Ölkə.az-a istinadən xəbər verir ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən təsdiqlənib. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən Xətai rayonu
27 sentyabrFlorian Zenqstşmid: "Bölgələrdə yeni turizm mərkəzləri formalaşdırılır"
Azərbaycanın bölgələrində yeni turizm mərkəzləri formalaşdırılır. "Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan Internationa
26 sentyabr