"Atamın sənətinə hörməti var idi, artıq pul verdi" - Arif Quliyevin evini alan iş adamı kimdir?

"Atamın sənətinə hörməti var idi, artıq pul verdi" - Arif Quliyevin evini alan iş adamı kimdir?Xalq artisti Arif Quliyevin İnşaatçılar metrosunun yaxınlığındakı evinin satıldığı haqda xəbər vermişdik.

Sonxeber.az bildirir ki, moderator.az-ın əldə etdiyi məlumata görə sənətkarın mülkünü tanınmış iş adamı alıb və evə qoyulan qiymətdən də çox məbləğ ödəyib.

Sənətkarın oğlu Rövşən Quliyev xəbəri saytımıza təsdiqləyib.

"Biz atamla birlikdə 41 il İnşaatçılar metrosunun yaxınlığındakı 5 mərtəbəli binanın ikinci mərtəbəsində 5 otaqlı mənzildə yaşamışıq. Atamın ölümündən sonra anamla belə qərara gəldik ki, həmin mənzili satıb 2 otaqlı ev alaq. Arzuladığımız kimi də oldu. Əzizimiz Hacı Mais bizə kömək etdi, həmin evi bizdən alıb, onun puluna əvəzində bizim üçün iki mənzil aldı. Ona sonsuz təşəkkürlərimizi bildiririk. Bu həyatda atamdan sonra bizə kömək, dəstək olan şəxs o oldu. Hazırda satdığımız evdə o öz ailəsi ilə birlikdə yaşayır. Hətta deyərdim ki, mənzilin qiymətindən də çox pul ödədi. Atamın sənətinə hörməti var idi, onu çox istəyirdi" deyə sənətkarın övladı bildirib.

Rövşən Quliyev bildirib ki, ata və anasız yaşamaq onun üçün olduqca ağırdır.

"Valideyn itkisini Allah heç kimə göstərməsin. Hər bir anımda, hər dəqiqəmdə yadımdadırlar. Anam da, atam da oğlumun yuxusuna gəlirlər. Mənim yuxuma çox nadir hallarda gəlirlər. Bu günlərdə atamı ağ kostyumda yuxumda gördüm. Bütün insanlar hər zamankı kimi başına yığışmışdılar. Yanına qalxmaq istəyirdim, amma qoymurdular. Atam 3, mən 1-ci mərtəbədə idim. Yuxudan ayılanda bütün bədənim əsdi. Demək ki, atam cənnətdədir, yeri rahatdır" deyə sənətkarın övladı bildirib.


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 1697   Tarix: 19 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Pünhan Priyevin toyunda 4 min qonaq olub? - Tamadadan açıqlama

Müğənni Pünhan Priyevin toyunda 4 mindən çox qonağın iştirak etdiyi barədə yayılan məlumatlara aydınlıq gətirilib. Bədii qiraətçi Pünhan İsmayıl Qaynarinfo-ya açıqlamasında sözügedən məclisin tamadası olduğunu bildirib. O, Pünhan Priyevin toyunda 2 minə yaxın qonağın iştirak etdiyini deyib:. "To

24 sentyabr
.

"Aşk-ı Memnu"nun aktrisası vəfat etdi

Türkiyəli aktrisa Gülsen Tuncer vəfat edib. Axşam.az xəbər verir ki, 81 yaşlı aktrisa beyin xərçəngindən əziyyət çəkirdi. Qeyd edək ki, G.Tuncer tamaşaçılara "Aşk-ı Memnu" serialında canlandırdığı "Arsen Ziyagil" obrazı ilə tanışdır

18 sentyabr
.

"Yeraltı"nın yayım tarixi bəlli oldu

Türkiyəli aktyorlar Devrim Özkan, Deniz Can Aktaş və Uraz Kayqılaroğlunun baş rollarını paylaşdığı "Yeraltı" serialının ikinci mövsümünün çəkilişlərinə start verilib. Axşam.az xəbər verir ki, serialın aktyor heyətinə İsmail Hacıoğlu da daxil olub. O, ekran işində "Bozo"nun düşmənin

13 sentyabr
.

Alim Qasımovdan tənqidlərə reaksiya: "Üzeyir bizim qardaşımızdır"

Xalq artisti Alim Qasımov və müğənni Üzeyir Mehdizadə ötən gün yeni duet təqdim ediblər. Mahnı yayımlandıqdan sonra sosial şəbəkələrdə müxtəlif fikirlər səsləndirilib və duet tənqid olunub. xəbər verir ki, tənqidlərə cavab olaraq Alim Qasımov News.24-ə açıqlamasında mahnının zövq və əhvali-ruhiyyədə

20 sentyabr
.

Fatma Mahmudova qızının nişanını qaytardığını açıqladı

Xalq artisti Fatma Mahmudovanın qızı Nigar Tofiqqızının nişanını qaytardığını açıqlayıb. xəbər verir ki, bu barədə aktrisa aparıcı Elgiz Əkbərin "Şadlıq olsun" verilişində danışıb. O veriliş zamanı toyla bağlı verilən suala aktrisa etiraz edib. Fatma Mahmudova bildirib ki, nişan qayıdıb v

10 sentyabr
.

Firuzə İbadova xəstəxanaya yerləşdirilib

Əməkdar artist Firuzə İbadova xəstəxanaya yerləşdirilib. Axşam.az xəbər verir ki, bu haqda aparıcı Elgiz Əkbər yutubdakı verilişində deyib. O bildirib ki, müğənninin vəziyyəti ağırdır. Daha sonra F.İbadovanın qızı Hülya verilişə zəng edərək "Əməliyyat olunub, reanimasiyaya yerləşdirilib. Vəziyyət

9 sentyabr
.

Evində ölü tapılan Serhat Kılıçla bağlı ŞOK AÇIQLAMALAR: 2 ildir...

Xəbər verildiyi kimi, türkiyəli aktyor Serhat Kılıç İstanbulun Kağıthane rayonundakı evində sevgilisi tərəfindən ölü vəziyyətdə tapılıb. Türkiyə mətbuatına istinadla xəbər verir ki, Kılıçın ölümündən sonra ortaya atılan müxtəlif iddialara münasibət bildirən həmkarı Şoray Uzun insanları ehtiyatlı olmağ

6 sentyabr
.

Alim Qasımovun 1 milyon manatlıq duet iddiasına cavabı: "Bir Allah şahiddir ki..."

Xalq artisti Alim Qasımov müğənni Üzeyir Mehdizadə ilə ifa etdiyi "Bu dünyanın nəyindən narahatsan"duetinə görə 1 milyon manat aldığı barədə yayılan məlumatlara aydınlıq gətirib. Alim Qasımov Qaynarinfo-ya açıqlamasında duetinin ərsəyə gəlməsində hər hansı maddi qarşılıqdan söhbət getmədiyin

22 sentyabr
.

Zeynəb Xanlarova əməliyyat olundu

Azərbaycanın Xalq artisti, görkəmli müğənni Zeynəb Xanlarova əməliyyat olunub. -a istinadən xəbər verir ki, 89 yaşlı sənətçi Türkiyədə implant əməliyyatı keçirib. Prosedur uğurlu alınıb. Z.Xanlarovanın qısa zamanda sağaldığı bildirilib

23 sentyabr