Azərbaycanda göz rənginin dəyişdirilməsi əməliyyatı qadağa oluna bilər - AÇIQLAMA
Son dönəmlərdə məşhur olan keratopiqmentasiya - göz rənginin dəyişdirilməsi əməliyyatına üz tutanların sayı çoxalmaqda davam edir. Azərbaycanda da məşhurlaşan daha çox xanımların müraciət etdiyi bu əməliyyatın təhlükələri ilə bağlı bir çox həkim fikrini bildirib.Hətta sözügedən əməliyyatın korluğa səbəb ola biləcəyi də məlumdur. Bu səbəbdən də
keratopiqmentasiya əməliyyatı qadağan oluna bilərmi?
Mövzu ilə bağlı Sonxeber.az-a sosioloq Lalə Mehralı danışdı.
Sosioloq açıqlamasında sözügedən mövzunun gələcək zamanda daha da betər hal alacağını, bu səbəbdən də həmin əməliyyatla bağlı ciddi qərar qəbul edilməsi gərəkdiyini vurğuladı:
"Müasir tibb inqilab edir desək, bəlkə də ən doğru ifadəni işlətmiş olarıq. Amma bu inqilab həmişə insanlığın xeyrinə olmur, onu da etiraf edək. İnsanlar bir şeyin fərqində deyil ki, bu istəklərin arxasında böyük risklər də var. İnsan digər əzalarını kəsdirib biçdirə bilir deyə gözü üçün də bu riskə girir, lakin göz kimi zərif orqanın bu riskə dözməyəcəyi ehtimalını düşünmür.
Göz rəngini dəyişmə əməliyyatının təhlükələri haqqında dünya mətbuatında, The Guardian, Daily Mail kimi ciddi nəşrlərdə çox ciddi elmi-tibbi məqalələr dərc edilib, Amerika Qlaukoma Cəmiyyəti, Oftalmoloqlar Assosiasiyası, 32 min oftolmoloqun birləşdiyi Amerika Oftalmologiya Akademiyası bu prosedurun korluğa səbəb olacağını açıqlayıb, amma insanlar buna etinasız yanaşır.
Yaxşın gələcəkdə gözdən əlil insanların sayı sürətlə artacaq, hökumətlər bu əlilliyə görə pensiya ödəmək məcburiyyətində qalacaq. Bu da təbii ki dövlət büdcəsi üçün əlavə xərc olacaq. İnsanların könüllü, risklərinə etinasız yanaşaraq etdirdiyi bir əməliyyata görə dövlətin başqa bir xərcdən kəsib pensiya ödəməsi doğru deyil. Ona görə zənn edirəm ki bu məsələdə ciddi bir qərar qəbulu şərtdir".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2799 Tarix: 21 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
MƏRHUMUN BANK KREDİTİ ailənin boynuna qalır? - AÇIQLAMA
Vərəsəlik zamanı mirasın bölüşdürülməsi ilə yanaşı, mərhumun üzərinə götürdüyü maliyyə öhdəlikləri də gündəmə gəlir. Bank kreditləri, fiziki şəxslərə olan borclar və digər öhdəliklərin vərəsələrə hansı hallarda keçməsi isə cəmiyyətdə suallar doğurur. Xüsusilə mirası qəbul edən şəxslərin mərhumun borcların
27 sentyabrBu şəxslərin maaşı və pensiyası ARTILIR
Hərbçilərin maaş və pensiyalarının artırılması ilə bağlı yeni islahat paketinin hazırlanması gözlənilir. xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev "Facebook" hesabında paylaşım edib. Onun sözlərinə görə, Azərbaycan Ordusunda əməkhaqqı sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmas
27 sentyabrBu şəxslər üçün avtobus və metro PULSUZDUR
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, ictimai nəqliyyatdan (metropoliten, şəhəriçi və qəsəbələrarası avtobuslar) ödənişsiz istifadə etmək hüququ müəyyən olunmuş xüsusi kateqoriyalı şəxslərə həvalə edilib. Bu güzəştlər həm sosial müdafiə məqsədilə, həm də xidməti vəzifələrin icrasını təmi
26 sentyabrÇoxmərtəbəli binalarda təhlükəsizlik necə təmin edilir? - AÇIQLAMA
Çoxmərtəbəli binalarda sakinlərin təhlükəsizliyinin təmin olunması həm tikinti mərhələsində, həm də binanın istismarı dövründə bir sıra tələblərə əməl edilməsini tələb edir. Xüsusilə yanğın, zəlzələ və digər fövqəladə hallar zamanı insanların binanı təhlükəsiz şəkildə tərk edə bilməsi, təxliyə yollarını
25 sentyabrSumqayıtda HƏRBÇİ DƏHŞƏTLİ QƏZADA həlak oldu: Hadisənin təfərrüatı - VİDEO
Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Sakinlərin sözlərinə görə, ölən şəxs hərbçi olub. Baku TV-nin məlumatına görə, o, yemək üçün hərbi hissənin qarşısındakı kafeyə gedib və geri qayıdarkən avtomobil onu vurub. Sakinlə
25 sentyabrNazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq
Azərbaycanda orta aylıq əməkhaqqının yaxın illərdə artacağı gözlənilir. Maliyyə Nazirliyinin proqnozuna görə, 2030-cu ildə orta maaş 1 551,5 manata çatacaq. Vətəndaşlar üçün əsas sual orta maaşdan daha çox, minimum əməkhaqqının necə dəyişəcəyi ilə bağlıdır. Orta maaş 1 551 manata çatacaqsa, minimum əməkhaqq
27 sentyabr