Ramiz Mehdiyevin dövründə qanun pozuntuları olub - Cinayət işi başladı
Milli Elmlər Akademiyasında baş vermiş qanun pozuntusu faktları ilə bağlı cinayət işi başlanıb.
Sonxeber.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Azərbaycan Respublikasının Hesablama Palatasından daxil olmuş material əsasında Milli Elmlər Akademiyasının fəaliyyətində aşkar edilmiş qanun pozuntuları ilə bağlı aparılmış araşdırma üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
Sözügedən qurumun 2020-2023-cü illərə dair fəaliyyəti üzrə təyin edilmiş audit yoxlamaları nəticəsində vəzifəli şəxslər tərəfindən külli miqdarda dövlət vəsaitinin təyinatı üzrə istifadə edilməməsi, habelə digər qanun pozuntularının törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilən faktlarla bağlı aparılmış araşdırma üzrə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Qeyd edək ki, Ramiz Mehdiyev 23 oktyabr 2019-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilib. 19 fevral 2022-ci ildə isə AMEA ümumi yığıncağında R.Mehdiyevin istefası qəbul edilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 816 Tarix: 21 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bayramdan qayıdan sürücülərə müraciət
Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərinin bitməsi ilə daimi yaşayış yerlərinə qayıdan sürücülərə müraciət edib. İdarədən verilən məlumata görə, bayramlarla əlaqədar qeyri-iş günlərinin başa çatması ilə bölgələrdən daimi yaşayış yerlərinə qayıdan vətəndaşların iştirakı ilə respublika əhəmiyyətl
30 martMeta 375 milyon dollar cərimələndi
ABŞ məhkəməsi "Facebook" və "İnstagram"ın ana şirkəti olan Metanı 375 milyon dollar məbləğində cərimələyib. xəbər verir ki, cərimənin şirkətin uşaqların təhlükəsizliyi ilə bağlı tədbirləri barədə istifadəçiləri çaşdırdığına görə tətbiq olunduğu bildirilir. Məhkəmə Metanın öz platformalarınd
27 martBu şəxslərin övladlarına 140 manat verilir
Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinətin məbləği 140 manatdır. -ın məlumatına görə, müavinət şəxs müddətli həqiqi hərbi xidmətdə olduqda təyin edilir. Müavinətin müddəti müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının həqiqi hərbi xidmətdə olduğu müddətə qədərdir. Sosia
29 martPrezident İlham Əliyev Cəmil Əliyevi "İstiqlal" ordeni ilə təltif edib
Azərbaycan Prezidenti İlham Əliyev Cəmil Əliyevin "İstiqlal" ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:. "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:. Azərbayca
29 martAzərbaycanda "Yer saatı 2026" beynəlxalq kampaniyası qeyd edilib
"Yer saatı" beynəlxalq kampaniyasının Azərbaycan üzrə rəsmi əlaqələndiricisi olan IDEA İctimai Birliyinin və Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) birgə təşkilatçılığı ilə "Yer saatı 2026" (Earth Hour 2026) beynəlxalq kampaniyasına həsr olunmuş kütləvi aksiya keçirilib. IDEA-da
29 mart