Növbəti illərdə bakalavr səviyyəsi üzrə qəbul planı artırılmayacaq

Növbəti illərdə bakalavr səviyyəsi üzrə qəbul planı artırılmayacaq"Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda 2026-cı ilə qədər bakalavriat səviyyəsində qəbul planının 75 min olması hədəf kimi müəyyənləşdirilib, lakin artıq bu il biz bu hədəfə yaxınıq.

Sonxeber.az "Azərbaycan müəllimi" qəzetinə istinadən xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin Elm və ali təhsil siyasəti şöbəsinin müdiri Turxan Süleyman "Ali təhsil müəssisələrinə tələbə qəbulu: təhlil və proqnozlaşdırma" mövzusunda keçirilən tədbirdə çıxışında məlumat verib.

Onun sözlərinə görə, bu, o deməkdir ki, artıq növbəti illərdə qəbul planında artımla bərabər, optimallaşdırmalara da gedəcəyik.

Tədbirdə tələbə qəbuluna dair göstəricilər barədə təqdimat göstərilib. Qeyd olunub ki, ölkə üzrə 48 ali təhsil müəssisəsi, 2 xarici ali təhsil müəssisəsinin filialı olmaqla 50 ali təhsil müəssisəsi fəaliyyət göstərir.

Statistik məlumatları təqdim edən şöbə müdiri bildirib ki, 50 ali təhsil müəssisəsi (2-i xarici ali təhsil müəssisəsinin filialı olmaqla) üzrə bakalavriat səviyyəsinə qəbul planı cari tədris ili üçün 62.017 yer olaraq müəyyənləşdirilib, planın 95%-i (59.026 nəfər) üzrə isə faktiki qəbul baş tutub. Magistratura səviyyəsində isə 16.568 plan yerinə 14.104 nəfər (85% qəbul faizi) qəbul olub.

Dövlət sifarişli yerlərin sayının artırılması ilə bağlı islahatlardan bəhs edən T.Süleyman ümumi qəbul planının təxminən 50%-nin dövlət sifarişli yerlər olduğunu vurğulayıb. Bu da o deməkdir ki, hazırda qəbul olan hər iki tələbədən biri ödənişsiz əsaslarla təhsil alır.

O, təqdimatın yekununda ali təhsil pilləsi üzrə qəbul planı və faktiki qəbul olanların nisbətinə də toxunub: "Bu il bakalavriat (əsas (baza ali) tibb təhsili), magistratura (rezidentura) və doktorantura səviyyələri üzrə ümumilikdə 80.000 qəbul planı verilib. Tələbə adını qazananlar isə təxminən 74 min nəfərdir. Növbəti illərdə qəbul planının daha da optimallaşdırılması istiqamətində işlər görməliyik. Bu da ciddi araşdırma və təhlil tələb edən məsələdir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 841   Tarix: 22 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Çoxmərtəbəli binalarda təhlükəsizlik necə təmin edilir? - AÇIQLAMA

Çoxmərtəbəli binalarda sakinlərin təhlükəsizliyinin təmin olunması həm tikinti mərhələsində, həm də binanın istismarı dövründə bir sıra tələblərə əməl edilməsini tələb edir. Xüsusilə yanğın, zəlzələ və digər fövqəladə hallar zamanı insanların binanı təhlükəsiz şəkildə tərk edə bilməsi, təxliyə yollarını

25 sentyabr
.

Heydər Əliyev xanımı ilə "Formula 1"də - FOTOLAR

Prezident İlham Əliyevin oğlu Heydər Əliyev xanımı Alyona Əliyava ilə Bakı şəhər halqasında "Formula 1" Azərbaycan Qran-Prisinin əsas yarışını izləyib. onların fotolarını təqdim edir:

26 sentyabr
.

Əhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. həmin müraciəti təqdim edir:. "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın iki gün ərzində respublikanın bəzi ərazilərində arabir güclü külək əsəcəyi, intensiv yağış yağacağı

24 sentyabr
.

Bakıda 27, rayonlarda 32 dərəcə isti olacaq

Azərbaycanda sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şər

25 sentyabr
.

Sumqayıtda HƏRBÇİ DƏHŞƏTLİ QƏZADA həlak oldu: Hadisənin təfərrüatı - VİDEO

Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Sakinlərin sözlərinə görə, ölən şəxs hərbçi olub. Baku TV-nin məlumatına görə, o, yemək üçün hərbi hissənin qarşısındakı kafeyə gedib və geri qayıdarkən avtomobil onu vurub. Sakinlə

25 sentyabr
.

Azərbaycanda vulkan püskürdü - FOTO/VİDEO

Qaradağ rayonu ərazisində vulkan püskürməsi olub. Bu barədə -ın sorğusuna cavab olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan bildirilib. Qeyd olunub ki, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb. 08:13. Qaradağ rayonu Lökbatan qəsəbəsind

26 sentyabr
.

Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?

Pensiyaların artması hər il cəmiyyətin ən çox müzakirə etdiyi sosial-iqtisadi məsələlərdən biridir. Çünki burada söhbət yalnız dövlətin sosial xərclərinin artmasından və ya orta pensiyanın nominal məbləğinin yüksəlməsindən getmir. Əsas məsələ pensiyaçının əlində qalan vəsaitin gündəlik həyatında rea

26 sentyabr
.

Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq

Sentyabrın 28-i axşam Azərbaycanın qərb rayonlarından başlayaraq, 30-u gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşə

26 sentyabr
.

Bakıda dənizdə batan tələbələrin FOTOSU

19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd

25 sentyabr