Xudayar Yusifzadənin şəhid olduğu gündür
Bu gün Vətən müharibəsinin şəhidi, "Vətən yaxşıdır" mahnısı ilə könüllərdə taxt quran Xudayar Yusifzadənin anım günüdür.
Sonxeber.az xatırladır ki, şəhidimiz 1998-ci il iyulun 15-də Bərdə şəhərində anadan olub.
X.Yusifzadə 2004-2015-ci illərdə Bərdə şəhərində Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində təhsil alıb.
O, 2016-2018-ci illərdə Dövlət Təhlükəsizliyi Xidmətinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Daha sonra isə o, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edib və "gizir" hərbi rütbəsi alıb.
2020-ci ilin Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra öz istəyi ilə Bərdə Rayon Hərbi Komissarlığına müraciət edib.
Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının giziri olan Xudayar Yusifzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı əvvəlcə Füzuli rayonunda sərhəd məntəqəsində xidmət edib.
Daha sonra isə Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xudayar Yusifzadə oktyabrın 22-də Zəngilan döyüşləri zamanı Ağbənd istiqamətində şəhid olub.
O, Bərdə şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamlarına əsasən Xudayar Yusifzadə ölümündən sonra "Vətən uğrunda", "Zəngilanın azad olunmasına görə" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.
2021-ci il fevralın 18-də Xudayar Yusifzadənin təhsil aldığı Bərdə şəhərinin Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində onun büstünün açılış mərasimi olub.
Qeyd edək ki, "Vətən yaxşıdır" təsnifinin musiqisi Əlibaba Məmmədova, sözləri Əliağa Vahidə aiddir. Təsnif Əlibaba Məmmədovun xeyir-duası ilə "Xudayar təsnifi" adlandırılıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Beş gün ardıcıl İŞ OLMAYACAQ - TARİXLƏR
Azərbaycanda Novruz bayramı ilə bağlı ƏNƏNƏ DƏYİŞDİ - SƏBƏB
Qızıl və gümüşü olanlara ŞAD XƏBƏR
Nə sirkə, nə də soda: Ərpli kranı saniyələr içində parladır
Rasim Balayevin cənazəsi gecə təyyarə ilə İstanbuldan Bakıya göndəriləcək - VİDEO+YENİLƏNİB
Qızıl rekord həddə yaxınlaşır
Yağıntılı hava BU TARİXƏ KİMİ DAVAM EDƏCƏK
Bu yazını yalnız xanımlar OXUSUN - Cəmi 3 qaşıq kifayətdir
SON DƏQİQƏ! Əhaliyə hava ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ - GÜCLÜ KÜLƏK...
Murad Dadaşov evindən VİDEO PAYLAŞDI
Azərbaycanda pensiya yaşı dəyişir? - BELƏ OLA BİLƏR…
Sabah da intensiv yağış yağacaq: Subasma halları istisna edilmir - 29.03.2026
Yumurtaya nə vaxt duz vurmaq lazımdır? - Kulinarlar izah edir
Bu şəxslərin pensiyası ÖVLADINA VERİLƏCƏK