Bakıda sərçələr buna görə yoxa çıxıb — Səbəb bəlli oldu

Bakıda sərçələr buna görə yoxa çıxıb — Səbəb bəlli olduAzərbaycanda sərçəkimilər dəstəsinin sərçələr fəsiləsinə aid 4 cins, 6 növ qeydə alınıb. Əvvəlki dövrlərdə ölkəmizdə qeydə alınan 6 sərçə növündən dam sərçəsinin sayı çoxluq təşkil edirdi. Bu sərçələr xüsusən də pəncərələrin önündə, parklarda, müxtəlif istirahət məkanlarında və insanların sıx toplaşdığı ərazilərdə gözə dəyirdi. Lakin son illər paytaxtda sərçələrin sayı demək olar ki, yox səviyyəsindədir. Bəs görəsən, sərçələrin sayının kəskin azalmasının səbəbi nədir?

Sonxeber.az xəbər verir ki, mövzu ilə bağlı iqtisadiyyat.az-a açıqlama verən Elm və Təhsil Nazirliyinin Quru Onurğalıları Laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə elmlər doktoru, dosent Tahir Kərimov sərçələrin sayının kəskin azalmasının səbəbini açıqlayıb.

Onun sözlərinə görə, sərçələrin sayının azalmasına təsir edən başlıca səbəblərə şəhərdə gedən urbanizasiya prosesi və yeni tikililərin sayının kifayət qədər çoxalması daxildir. Mütəxəssis bildirib ki, son vaxtlara qədər Bakının əsas quş faunasını sərçələr təşkil edib. O, Bakıda yerləşən binaların dam örtüyünün dəyişdirilməsi və üzlənməsinin sərçələrin sayına mənfi təsir etdiyini söyləyib.

Biologiya üzrə elmlər doktoru bildirib ki, əvvəllər sərçələr binaların çatlarında və damlarında yuva qururdularsa, artıq bu şəraitdən məhrum olublar: "Digər tərəfdən, sərçələr kol quşları hesab olunur. Sərçələr buğda dənələri, çörək, xırda doğranmış meyvələr və tərəvəzlərlə qidalanırlar. Şəhərdə kolların sayı azalıb və onların yerinə tropik bitkilər əkilib. Sərçələr tropik bitkilərdə yuva qura bilməməklə yanaşı, həmin bitkilərin meyvəsindən və toxumundan da yeyə bilmirlər. Süni çəmənliklər isə tez-tez biçildiyinə görə sərçələr qazon otların toxumundan məhrum olurlar. Yəni sərçələrin sayının azalmasına təsir edən digər faktorlardan biri də qidalanma ilə bağlıdır. Xüsusilə də pandemiya dövründə paytaxtda davamlı şəkildə aparılan dezinfeksiya işləri sərçələrin yem bazasını məhv edib".

T.Kərimov qeyd edib ki, bir zamanlar paytaxt səmasında süzən sərçələr qonşu ölkələrə deyil, Bakıdan kənarda yerləşən ərazilərə köç ediblər. Onun sözlərinə görə, bu quşlar daha çox əkin sahələri olan ərazilərdə məskunlaşıblar.

"Bir neçə il öncə ölkəmizdə sərçə biznesi var idi. Çünki sərçənin əti zehinin qüvvətlənməsinə və digər orqanların fəaliyyətinə müsbət təsir edir. Lakin hazırkı məqamda ölkəmizdə sərçə biznesi mövcud deyil", - deyə dosent sərçə ətinin faydalarına da toxunub.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1341   Tarix: 22 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Çoxmərtəbəli binalarda təhlükəsizlik necə təmin edilir? - AÇIQLAMA

Çoxmərtəbəli binalarda sakinlərin təhlükəsizliyinin təmin olunması həm tikinti mərhələsində, həm də binanın istismarı dövründə bir sıra tələblərə əməl edilməsini tələb edir. Xüsusilə yanğın, zəlzələ və digər fövqəladə hallar zamanı insanların binanı təhlükəsiz şəkildə tərk edə bilməsi, təxliyə yollarını

25 sentyabr
.

Heydər Əliyev xanımı ilə "Formula 1"də - FOTOLAR

Prezident İlham Əliyevin oğlu Heydər Əliyev xanımı Alyona Əliyava ilə Bakı şəhər halqasında "Formula 1" Azərbaycan Qran-Prisinin əsas yarışını izləyib. onların fotolarını təqdim edir:

26 sentyabr
.

Əhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. həmin müraciəti təqdim edir:. "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın iki gün ərzində respublikanın bəzi ərazilərində arabir güclü külək əsəcəyi, intensiv yağış yağacağı

24 sentyabr
.

Bakıda 27, rayonlarda 32 dərəcə isti olacaq

Azərbaycanda sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şər

25 sentyabr
.

Sumqayıtda HƏRBÇİ DƏHŞƏTLİ QƏZADA həlak oldu: Hadisənin təfərrüatı - VİDEO

Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Sakinlərin sözlərinə görə, ölən şəxs hərbçi olub. Baku TV-nin məlumatına görə, o, yemək üçün hərbi hissənin qarşısındakı kafeyə gedib və geri qayıdarkən avtomobil onu vurub. Sakinlə

25 sentyabr
.

Azərbaycanda vulkan püskürdü - FOTO/VİDEO

Qaradağ rayonu ərazisində vulkan püskürməsi olub. Bu barədə -ın sorğusuna cavab olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan bildirilib. Qeyd olunub ki, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb. 08:13. Qaradağ rayonu Lökbatan qəsəbəsind

26 sentyabr
.

Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?

Pensiyaların artması hər il cəmiyyətin ən çox müzakirə etdiyi sosial-iqtisadi məsələlərdən biridir. Çünki burada söhbət yalnız dövlətin sosial xərclərinin artmasından və ya orta pensiyanın nominal məbləğinin yüksəlməsindən getmir. Əsas məsələ pensiyaçının əlində qalan vəsaitin gündəlik həyatında rea

26 sentyabr
.

Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq

Sentyabrın 28-i axşam Azərbaycanın qərb rayonlarından başlayaraq, 30-u gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşə

26 sentyabr
.

Bakıda dənizdə batan tələbələrin FOTOSU

19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd

25 sentyabr