Universitetlər distant təhsilə keçir?

Universitetlər distant təhsilə keçir?Noyabrn 11-22 tarixlərində Bakıda keçiriləcək COP-29 ilə əlaqədar Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda peşə, orta ixtisas və ali təhsil pillələrində distant formada təhsilə keçid ediləcək. Nazirlər Kabinetinin "Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçiriləcəyi dövrdə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə" qərarına əsasən, peşə, orta ixtisas və ali təhsil pillələri üzrə Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda 2024-cü il noyabrın 12-dən 22-dək distant (məsafədən) formada təhsil tətbiq ediləcək.

COP29 konfransının başlanmasına az bir müddət qaldığını nəzərə alsaq, universitetlərdə distant təhsilə keçidlə bağlı hansı işlər görülüb?

Sonxeber.az xəbər verir ki, Trend məsələ ilə bağlı universitetlərə sorğu ünvanlayıb.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AZMİU) mətbuat katibi Nicat Abdullayev bildirib ki, universitetin bundan öncə onlayn təhsillə bağlı mütəşəkkil bir təcrübəsi var.

"COP29 konfransı zamanı təhsilin onlayn rejimə keçməsi ilə bağlı AZMİU-da müəyyən işlər görülüb. Bununla bağlı tələbələr məlumatlandırıb, kafedralara tapşırıqlar verilib. Noyabr ayının 12-dən 22-dək universitetdə onlayn tədris təşkil olunacaq. Tədrisin təşkili ilə bağlı heç bir problem yoxdur, çatışmazlıqlar aradan qaldırılıb. Kompüteri olmayan müəllimlər kompüterlə təmin edilib. Tələbələrlə fərdi və ümumi söhbət aparılıb, internet imkanı olmayan tələbələr internetlə təmin olunacaq", - deyə o bildirib.

Bakı Dövlət Universitetinin mətbuat katibi Kəmalə Quliyeva qeyd edib ki, BDU onlayn tədris prosesinə yüksək səviyyədə hazırdır.

"2021-ci ildən BDU-da "Blackboard" rəqəmsal tədris platformasının tətbiqinə başlanılıb. COP29 günlərində onlayn tədris də bu sistem vasitəsilə həyata keçiriləcək", - deyə o əlavə edib.

Azərbaycan Texniki Universitetinin (AzTU) mətbuat katibi Sevinc İsgəndərova vurğulayıb ki, AzTU artıq pandemiya dönəmindən onlayn tədris təcrübəsini uğurla həyata keçirib.

"Ona görə də düşünürəm ki, universitet olaraq onlayn tədris prosesinə tam hazırıq. Bunun üçün bütün imkanlar mövcuddur", - deyə o bildirib.

Azərbaycan İqtisad Universitetinin (UNEC) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Ömərova qeyd edib ki, universitetdə təhsilin distant şəkildə təşkili üçün bütün imkanlar mövcuddur.

"2018-ci ildə UNEC-də "Extern" Mərkəzi yaradıldı. Pandemiya dövründə dərslər onlayn formata keçdiyi zaman UNEC fasiləsiz olaraq dərslərin onlayn təşkil edilməsini "Extern" Mərkəzi tərəfindən təmin etdi. İndi də dərslərin distant şəkildə təşkil edilməsi üçün heç bir maneə yoxdur. Dərslərin distant şəkildə tədrisi üçün bütün lazımi tədbirlər görülüb, şərait yaradılıb", - deyə o bildirib.

Azərbaycan Dillər Universitetinin (ADU) mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı bildirib ki,COP29-la bağlı ADU distant təhsilə keçəcək və bununla bağlı heç bir çətinlik yoxdur.

"Yaxın keçmişdə onlayn təhsillə bağlı təcrübəmiz oldu. Universitet bütün maddi-texniki avadanlıqlarla təmin olunub. COP29 konfransı zamanı isə universitet tərəfindən distant təhsil yüksək səviyyədə təşkil olunacaq", - deyə o bildirib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1919   Tarix: 22 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Çoxmərtəbəli binalarda təhlükəsizlik necə təmin edilir? - AÇIQLAMA

Çoxmərtəbəli binalarda sakinlərin təhlükəsizliyinin təmin olunması həm tikinti mərhələsində, həm də binanın istismarı dövründə bir sıra tələblərə əməl edilməsini tələb edir. Xüsusilə yanğın, zəlzələ və digər fövqəladə hallar zamanı insanların binanı təhlükəsiz şəkildə tərk edə bilməsi, təxliyə yollarını

25 sentyabr
.

Heydər Əliyev xanımı ilə "Formula 1"də - FOTOLAR

Prezident İlham Əliyevin oğlu Heydər Əliyev xanımı Alyona Əliyava ilə Bakı şəhər halqasında "Formula 1" Azərbaycan Qran-Prisinin əsas yarışını izləyib. onların fotolarını təqdim edir:

26 sentyabr
.

Əhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. həmin müraciəti təqdim edir:. "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın iki gün ərzində respublikanın bəzi ərazilərində arabir güclü külək əsəcəyi, intensiv yağış yağacağı

24 sentyabr
.

Bakıda 27, rayonlarda 32 dərəcə isti olacaq

Azərbaycanda sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şər

25 sentyabr
.

Sumqayıtda HƏRBÇİ DƏHŞƏTLİ QƏZADA həlak oldu: Hadisənin təfərrüatı - VİDEO

Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Sakinlərin sözlərinə görə, ölən şəxs hərbçi olub. Baku TV-nin məlumatına görə, o, yemək üçün hərbi hissənin qarşısındakı kafeyə gedib və geri qayıdarkən avtomobil onu vurub. Sakinlə

25 sentyabr
.

Azərbaycanda vulkan püskürdü - FOTO/VİDEO

Qaradağ rayonu ərazisində vulkan püskürməsi olub. Bu barədə -ın sorğusuna cavab olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan bildirilib. Qeyd olunub ki, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb. 08:13. Qaradağ rayonu Lökbatan qəsəbəsind

26 sentyabr
.

Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?

Pensiyaların artması hər il cəmiyyətin ən çox müzakirə etdiyi sosial-iqtisadi məsələlərdən biridir. Çünki burada söhbət yalnız dövlətin sosial xərclərinin artmasından və ya orta pensiyanın nominal məbləğinin yüksəlməsindən getmir. Əsas məsələ pensiyaçının əlində qalan vəsaitin gündəlik həyatında rea

26 sentyabr
.

Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq

Sentyabrın 28-i axşam Azərbaycanın qərb rayonlarından başlayaraq, 30-u gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşə

26 sentyabr
.

Bakıda dənizdə batan tələbələrin FOTOSU

19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd

25 sentyabr