18 yaşına çatmayan qızlarını nişanlayan valideynlər cərimələnə bilər - AÇIQLAMA

18 yaşına çatmayan qızlarını nişanlayan valideynlər cərimələnə bilər - AÇIQLAMAHər zaman aktuallığını qoruyan məsələlərdən biri erkən nikahdır. Bununla bağlı ölkəmizdə müxtəlif addımlar atılır və belə halların qarşı bir qədər alınır. Amma bununla yanaşı övladını erkən nişanlayanlar da az deyil. Bu isə həmin şəxsin çox az yaşdan erkən nikaha cəlbetmə cəhdi kimi qiymətləndirilə bilər. Bu kimi halların qarşısını almaq üçün hansı addımlar atılır? Həmin valideyinlər cərimələnə və ya digər məsuliyyətlərə cəlb oluna bilərmi?

Mövzu ilə bağlı Sonxeber.az-a sosioloq Üzeyir Şəfiyev danışdı.

O, açıqlamasında erkən nişanlanma yaşı ilə bağlı addımlar atmaqla belə halların da sayını azaltmağın vacibliyini vurğuladı:

"Uşaq hüquqları ilə bağlı, beynəlxalq konvensiyada da 18 yaşa qədər şəxs uşaq sayılır. Bu səbəbdən də ölkələr də öz qanunlarını beynəlxalq konvensiyalara uyğunlaşdırır. Azərbaycanda uşaq hüquqları haqqında qanunda, eyni zamanda ailə məcəlləsində göstərilir ki, 18 yaşa qədər şəxs uşaq hesab olunur. Bu səbəbdən də 18 yaş ölkə qanunlarında nikah yaşı kimi təsbit olunur. Hərçənd, bəzi ölkələrdə nikah yaşı fərqli olur. Amma həm beynəlxalq konvensiyaya, həm də Azərbaycanın mövcud qanununa istinad etsək görərik ki, nikah yaşı burada da 18-dir. Amma istisna hal kimi 17 yaş da ola bilir. Yerli icra hakimiyyəti ilə müəyyən səbəblər nəzərə alınlaraq 17 yaşa endirilə bilir. Azərbaycanda çox yaxşı olar ki, Ailə, Qadın, Uşaq Komitəsinin belə bir təşəbbüs irəli sürdü ki, 17 yaşın istisna hal kimi nikah yaşı olması da aradan qaldırılımalıdır.

Azərbaycanda erkən nikahların qarşısını almaq istiqamətində xeyli işlər görülür. Biz sitatistikaya baxdıqda görürük ki, 2010-cu ildə 4000-dən yuxarı uşaq əgər 18 yaşa qədər qadınlar tərəfindən dünyaya gətirilibsə, indi artıq həmin rəqəm azalıb. Bu isə o deməkdir ki, nikah yaşının 17-dən 18 yaşa qaldırılması bu istiqamətdə maarifləndirmə tədbirlərinin öz sözünü dediyinin göstəricisidir.

Bununla bağlı yenə tədbirlər görülməli, cərimələr daha da sərtləşdirilə bilər. Bundan az əhəmiyyət kəsb etməyən digər mühüm məqam isə bəzən valideyinlər nikahı 18 yaşdan sonraya təşkil etsələr də, ancaq adaxlanma, nişanlanma kimi məclisləri 12,14,15,16 yaşda belə tətbiq edirlər. Bu da əslində erkən nikaha cəlb etmə cəhdi kimi qiymətləndirilməlidir. Qanunvericilikdə də nişanlanma yaşı ilə bağlı bir qədər təkminləşdirilmə işləri aparılmalıdır. Bu məsələ də hüquqi məsuliyyət altına düşsün. Çünki cinayət məcəlləsinin 176-cı maddəsinin 1-3 cü hissəsində nikaha, erkən nikaha məcburetmə hallarında hüquqi məsuliyyət müəyyənləşir. Yaxşı olar ki, həm də 18 yaşa qədər nişanlananlar da bu məsuliyyətə cəlb olunsun. Güman edirəm ki, qanunvericilikdə bu nəzərdə tutulsa çox sayda erkən nikahın qarşısını almaq olar. Azərbaycanda erkən nikahla bağlı aparılan islahatlar öz nəticəsini verir".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1499   Tarix: 22 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Çoxmərtəbəli binalarda təhlükəsizlik necə təmin edilir? - AÇIQLAMA

Çoxmərtəbəli binalarda sakinlərin təhlükəsizliyinin təmin olunması həm tikinti mərhələsində, həm də binanın istismarı dövründə bir sıra tələblərə əməl edilməsini tələb edir. Xüsusilə yanğın, zəlzələ və digər fövqəladə hallar zamanı insanların binanı təhlükəsiz şəkildə tərk edə bilməsi, təxliyə yollarını

25 sentyabr
.

Heydər Əliyev xanımı ilə "Formula 1"də - FOTOLAR

Prezident İlham Əliyevin oğlu Heydər Əliyev xanımı Alyona Əliyava ilə Bakı şəhər halqasında "Formula 1" Azərbaycan Qran-Prisinin əsas yarışını izləyib. onların fotolarını təqdim edir:

26 sentyabr
.

Əhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. həmin müraciəti təqdim edir:. "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın iki gün ərzində respublikanın bəzi ərazilərində arabir güclü külək əsəcəyi, intensiv yağış yağacağı

24 sentyabr
.

Bakıda 27, rayonlarda 32 dərəcə isti olacaq

Azərbaycanda sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şər

25 sentyabr
.

Sumqayıtda HƏRBÇİ DƏHŞƏTLİ QƏZADA həlak oldu: Hadisənin təfərrüatı - VİDEO

Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Sakinlərin sözlərinə görə, ölən şəxs hərbçi olub. Baku TV-nin məlumatına görə, o, yemək üçün hərbi hissənin qarşısındakı kafeyə gedib və geri qayıdarkən avtomobil onu vurub. Sakinlə

25 sentyabr
.

Azərbaycanda vulkan püskürdü - FOTO/VİDEO

Qaradağ rayonu ərazisində vulkan püskürməsi olub. Bu barədə -ın sorğusuna cavab olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan bildirilib. Qeyd olunub ki, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb. 08:13. Qaradağ rayonu Lökbatan qəsəbəsind

26 sentyabr
.

Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?

Pensiyaların artması hər il cəmiyyətin ən çox müzakirə etdiyi sosial-iqtisadi məsələlərdən biridir. Çünki burada söhbət yalnız dövlətin sosial xərclərinin artmasından və ya orta pensiyanın nominal məbləğinin yüksəlməsindən getmir. Əsas məsələ pensiyaçının əlində qalan vəsaitin gündəlik həyatında rea

26 sentyabr
.

Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq

Sentyabrın 28-i axşam Azərbaycanın qərb rayonlarından başlayaraq, 30-u gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşə

26 sentyabr
.

Bakıda dənizdə batan tələbələrin FOTOSU

19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd

25 sentyabr