"İki gündür davam edən yağışlı hava Bakıda kanalizasiya sisteminin bərbad olduğunu bir daha sübut etdi" - DEPUTAT

"İki gündür davam edən yağışlı hava Bakıda kanalizasiya sisteminin bərbad olduğunu bir daha sübut etdi" - DEPUTAT"Dünən səhər saatlarında başlayan, bu gün də davam edən yağışlı hava şəraiti Bakıda və Abşeronda kanalizasiya sisteminin bərbad gündə olduğunu sübut etdi".

Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.

Deputat qeyd edib ki, ölkə olaraq COP29 kimi mötəbər bir tədbirə ev sahibliyi edəcəyik:

"11-22 noyabr tarixlərində keçiriləcək tədbir zamanı biz bütün ola biləcək hadisələrə tam hazır olmalıyıq. Xüsusilə də bu cür təbiət hadisələrinə. Bu gün biz bir daha gördük ki, bəzi səlahiyyətli qurumlar üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilmir və yaxud da icra etmək istəmir. Xüsusilə də Dövlət Su Ehtiyatları Agentliyi və bəzi rayon icra hakimiyyətləri. Niyə vətəndaşlar yaranan gölməçələr görə işinə getməkdə çətinlik çəkməlidir? Eləcə də məktəblilər. Hesab edirəm ki, mövcud problemlərin həlli istiqamətində lazım olan bütün işlə görülməlidir. Şəhər təbii hadisələrə müəyyən qədər hazır olsun. Kanalizasiya məsələsi proqram şəklində yenidən qurulmalıdır".

Deputat açıqlamasında bu gün yaranan tıxaclara da toxunub:

"Tıxaclar tək bu iki günün problemi deyil. Təəssüf ki, bir az yağış yağan kimi tıxac əlindən tərpənmək olmur. Bir çox vətəndaşlar yollarda yaranan sıxlıqlara görə işə vaxtında gedib çata bilmir. Tək yollara zolaqlar çəkməklə problem həll olunmur. Hesab edirəm ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) hər kəsi bezdirən tıxacların həlli istiqamətində təsirli addımlar atmalıdır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1782   Tarix: 22 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sosial şəbəkələrdə təhlükəli trend: Ölülər "dirildilir", görüntüləri satılır

Sosial şəbəkələrdə narahatlıq doğuran yeni bir tendensiya yayılıb. Bəzi səhifələr süni intellekt vasitəsilə mərhum insanların görüntülərini pul qarşılığında "canlandıraraq" videolar hazırlayırlar. Bir qrup insan bunu texnoloji yenilik kimi qəbul etsə də, digərləri bu cür paylaşımları etik hesa

27 mart
.

Beş gün ardıcıl İŞ OLMAYACAQ - TARİXLƏR

May ayında Azərbaycanda beş gün ardıcıl iş olmayacaq. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının qərarına əsasən, 27-28 may tarixləri Qurban bayramına təsadüf edir. Həmçinin, 28 may tarixində Müstəqillik Günü qeyd olunacaq. Əmək Məcəlləsinin tələblərinə əsasən

28 mart
.

Qızıl rekord həddə yaxınlaşır

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin iyun fyuçerslərinin qiyməti 2,62% artaraq 4 524,3 ABŞ dollarına bərabər olub. COMEX-d

28 mart
.

Şəhərin kommunal xidmətləri gücləndirilmiş iş rejimində fəaliyyət göstərir - FOTO

Ardıcıl iki gündür yağan intensiv yağışlar nəticəsində bəzi ərazilərdə suyun kollektorlar vasitəsilə axıdılmasında çətinliklər müşahidə olunur. xəbər verir ki, 27 mart səhər saatlarından başlayaraq Bakı Şəhər İcra Hakimiyyəti, paytaxtın rayon icra qurumları və digər kommunal xidmətlər gücləndirilmi

29 mart
.

Dünya bu gün 1 saat işıqsız qalacaq

Bu gün bütün dünyada "Yer saatı" (WWF) ümumdünya vəhşi təbiət fondu aksiya keçirir. Axşam.az xəbər verir ki, qlobal aksiya axşam saat 20:30-da başlayacaq və 21:30-a kimi davam edəcək. Aksiyada milyonlarla insan eyni anda işıqları söndürərək iqlim böhranına diqqət çəkəcək. Aksiya hər il martı

28 mart
.

Bakı səhəri belə açdı - Yağışlı yollardan yeni görüntülər

İki gündür aramsız yağan yağış Bakıda və paytaxtın ətrafında nəqliyyatın hərəkətini çətinləşdirib. "Qafqazinfo" xəbər verir ki, bir sıra yolları su basıb. Bəzi ərazilərdə kanalizasiya xətlərinin daşması vəziyyəti daha da çətinləşdirib. Səhər saatlarında paytaxtın bəzi ərazilərində çəkilmi

28 mart
.

NİİM: Yağışa görə svetoforlar və onların idarəetmə qurğuları fasiləsiz diqqətdə saxlanılır

Hazırda davam edən intensiv yağıntı ilə əlaqədar paytaxtda svetoforlar və onların idarəetmə qurğuları fasiləsiz olaraq diqqətdə saxlanılır. "Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) məlumat yayıb. Qeyd olunub ki, hava şərait

28 mart
.

Ehtiram Hüseynovun qızının toyu oldu

Meyxanaçı Ehtiram Hüseynovun qızının toyu olub. Axşam.az xəbər verir ki, sənətçinin övladının evdən gəlin köçərkən çəkilən videosu sosial şəbəkədə yayılıb. Videoda sənətçinin xanımı ilə birlikdə övladına xeyir-dua verməsi əks olunub. Aytac Vüsal adlı bəylə ailə qurub

30 mart
.

Azərbaycanda pensiya yaşı dəyişir? - BELƏ OLA BİLƏR…

Azərbaycanda pensiya ilə bağlı qanunvericiliyə edilən dəyişikliklər bəzi kişilərin 5 il daha tez təqaüdə çıxmasına imkan yarada bilər. Belə ki, yeni qaydalara əsasən, əvvəllər yalnız qadınlara tətbiq olunan güzəştli pensiya hüququnun müəyyən hallarda kişilərə də şamil olunması nəzərdə tutulur. "Yen

29 mart