"Bakı dünən və bu gün yağış ilə sözün həqiqi mənasında mübarizə apardı və məğlub oldu" - SOSİOLOQ
Payız ayıdır və havalar çox zaman yağışlı keçə bilir. Bu isə paytaxtda vəziyyəti gərginləşdirir. Bir çox ərazilərdə gediş-gəliş çətinləşir. Bakıda belə halların yaranması kanalizasiya sisteminin normal işləməməsi ilə bağlıdır. Kanalizasiya sistemləri niyə görə normal işləmir və belə hallara yol açır? Bununla bağlı hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı Sonxeber.az-a sosioloq Lalə Mehralı danışdı.
Sosioloq sözü gedən məsələ ilə bağlı açıqlamasında qeyd etdi ki, Bakıda çox az yağışa hesablanmış kanalizasiya sistemləri qurulduğu üçün belə hallar yaranır:
"Paytaxtda bir günlük güclü yağan yağış bütün hərəkəti iflic etdi. Təsəvvür edin ki, tunellər maşınların oradan keçə bilməyəcəyi qədər su ilə dolub. Bir az əvvəl gördüm ki, universitetlərin birinin bufeti su ilə dolub. Həmin hissəyə giriş-çıxış mümkünsüzdür. Belə bir vəziyyət niyə yaranmalı və bu həddə çatmalıdır?! Bakıda demək olar ki, kanalizasiya deyilən bir sistem yox dərəcəsindədir. Çox az yağışa hesablanmış bir sistem qurulub. Dünəndən paytaxat yağan yağış fəlakət həddə deyildi. Bu normal bir haldır və çox ölkələrdə belə güclü yağış yağır. Amma bizdə belə yağış ildə bir dəfə yağdıqda ölkədə vəziyyət alt-üst olur. Nəqliyyatın iflic olması, ictimai nəqliyyatla bağlı ciddi problemlərin ortaya çıxması, yollarda hərəkətin məhdudlaşması, bir çox ərazidə tunellərin su ilə dolması və nəticədə ictimai nəqliyyatların istiqamətinin dəyişdirilməsi əhaliyə çox ciddi problemlər yaratdı. İşə gedə bilməyənlər, evinə yetişə bilməyənlər, sağlamlığı ilə bağlı ciddi problem yaşayanlar vəs. oldu. Yəni, bütün hallarda Bakı dünən və bu gün yağış ilə sözün həqiqi mənasında mübarizə apardı və məğlub oldu. Kanalizasiya sisteminin işləməməsi bir şəhər üçün ən böyük problemir. Yağış mövsümü hələ indi başlayıb və qarşıda bizi çox yağıntılar da gözləyə və ciddi təhlükələr yarana bilər. Azərbaycan böyük tədbirə ev sahibliyi edəcək və ona da saylı günlər qalıb. 193 ölkədən Azərbaycana 80 mindən çox qonaq gələcək. Təsəvvür edin Bakını necə yükü və məsuliyyət gözləyir. Həmin qonaqlar gələn ərəfədə bu cür hal yaşansa və şəhər yenə iflic vəziyyətə düşsə biabrçılıq yaşanacaq".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1868 Tarix: 22 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Çoxmərtəbəli binalarda təhlükəsizlik necə təmin edilir? - AÇIQLAMA
Çoxmərtəbəli binalarda sakinlərin təhlükəsizliyinin təmin olunması həm tikinti mərhələsində, həm də binanın istismarı dövründə bir sıra tələblərə əməl edilməsini tələb edir. Xüsusilə yanğın, zəlzələ və digər fövqəladə hallar zamanı insanların binanı təhlükəsiz şəkildə tərk edə bilməsi, təxliyə yollarını
25 sentyabrHeydər Əliyev xanımı ilə "Formula 1"də - FOTOLAR
Prezident İlham Əliyevin oğlu Heydər Əliyev xanımı Alyona Əliyava ilə Bakı şəhər halqasında "Formula 1" Azərbaycan Qran-Prisinin əsas yarışını izləyib. onların fotolarını təqdim edir:
26 sentyabrƏhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ
Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. həmin müraciəti təqdim edir:. "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın iki gün ərzində respublikanın bəzi ərazilərində arabir güclü külək əsəcəyi, intensiv yağış yağacağı
24 sentyabrBakıda 27, rayonlarda 32 dərəcə isti olacaq
Azərbaycanda sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şər
25 sentyabrSumqayıtda HƏRBÇİ DƏHŞƏTLİ QƏZADA həlak oldu: Hadisənin təfərrüatı - VİDEO
Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Sakinlərin sözlərinə görə, ölən şəxs hərbçi olub. Baku TV-nin məlumatına görə, o, yemək üçün hərbi hissənin qarşısındakı kafeyə gedib və geri qayıdarkən avtomobil onu vurub. Sakinlə
25 sentyabrAzərbaycanda vulkan püskürdü - FOTO/VİDEO
Qaradağ rayonu ərazisində vulkan püskürməsi olub. Bu barədə -ın sorğusuna cavab olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan bildirilib. Qeyd olunub ki, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb. 08:13. Qaradağ rayonu Lökbatan qəsəbəsind
26 sentyabrPensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?
Pensiyaların artması hər il cəmiyyətin ən çox müzakirə etdiyi sosial-iqtisadi məsələlərdən biridir. Çünki burada söhbət yalnız dövlətin sosial xərclərinin artmasından və ya orta pensiyanın nominal məbləğinin yüksəlməsindən getmir. Əsas məsələ pensiyaçının əlində qalan vəsaitin gündəlik həyatında rea
26 sentyabrHava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
Sentyabrın 28-i axşam Azərbaycanın qərb rayonlarından başlayaraq, 30-u gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşə
26 sentyabrBakıda dənizdə batan tələbələrin FOTOSU
19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd
25 sentyabr