Bu addım siyasi partiyaların maliyyə müstəqilliyinə töhvə verəcək - Azay Quliyev

Bu addım siyasi partiyaların maliyyə müstəqilliyinə töhvə verəcək - Azay QuliyevBu gün Milli Məclisin Plenar iclasında siyasi partiyalarla bağlı bir sıra qanunlara təklif olunan dəyişiklik müzakirə edilib.

Sonxeber.az xəbər verir ki, iclasda çıxış edən Milli Məclisin deputatı Azay Quliyev bildirib ki, Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərdən sonra Prezident İlham Əliyevin təşəbbüsü və tövsiyəsi ilə ölkənin inkişafında siyasi partiyaların rolunun artırılması və demokratik təsisatların gücləndirilməsi məqsədilə yenis siyasi konfiqurasiya, siyasi partiyalarla etimad və dialoq mühiti yaradıldı və 2022-ci ildə "Siyasi Partiyalar haqqında" yeni Qanunun qəbul edilməsi ilə bu sahədə dövlət siyasətinin etibarlı hüquqi bazası formalaşdırıldı:

"Məhz bunun nəticəsidir ki, daxildə milli məsələlər ətrafında güclü siyasi həmrəyliyə nail olundu, o cümlədən sonuncu parlament seçkilərində ölkədə fəaliyyət göstərən 26 partiyadan 25-i iştirak etdi.

Düşünürəm ki, müzakirəmizə təqdim olunan dəyişiklər də bu siyasətin məntiqi davamı kimi qiymətləndirilməlidir. Belə ki, bu dəyişiklər qanunvericilikdə mövcud boşluqların aradan qaldırılmasını, siyasi sistemin daha da təkmilləşdirilməsini və siyasi partiyaların fəaliyyətinin şəffaf və qanuni əsaslarla tənzimlənməsini nəzərdə tutur.

Bu baxımdan təklif olunan 3 dəyişiklik haqqında bir sıra məqamları qeyd etmək istərdim.

1) Birinci, hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyesteri haqqında qanunda dövlət qeydiyatına alındıqdan sonra fəaliyyət göstərən qurumların siyahısına siyasi partiyalar da əlavə olunur. Çünki istənilən siyasi təşkilat qanunla müəyyən olunmuş qaydada rəsmi dövlət qeydiyyatına alındıqdan sonra fəaliyyətə başlamalıdır ki, bu da mövcud dünya praktikasına tam uyğundur.

2) İkinci dəyişiklik dövlət reyestrində qeydə alınmış partiya üzvləri haqqında məlumatların aşkarlığı ilə bağlıdır. Yeni dəyişikliyə əsasən siyasi partiya üzvlərinin reyestri haqqında məlumatlarla hər kəsin tanış olmaq imkanı olmayacaq və üzvlər haqqında məlumatlar yalnız müvafiq sorğu əsasında qanunla müəyən edilmiş qurumlara təqdim olunacaq. Bu da çox prinsipial dəyişiklikdi, çünki xatırlayırsınızsa siyasi partiyalar haqqında qanun qəbul olunan zaman bəzi müxalifət partiyaları iddia edirdilər ki, onalrın üzvləri haqqında məlumatların açıq olması, bu şəxslərə təzyiq üçün şərait yarada bilər. Baxmayaraq ki, bu iddianın heç bir əsası yox idi, ancaq yenə də, bugünkü dəyişiklik qəbul olunarsa bu məsələ də qanun səviyyəsində birdəfəlik həll olunacaq.

3) Üçüncü dəyişiklik partiyaların fəaliyyətində şəffaflıq və hesabatlılıq əmsalının artırılması haqqındadır. Belə ki, yeni dəyişikliyə əsasən bundan sonra Hesablama Palatası siyasi partiyaların da maliyyə fəaliyyətini yoxlaya biləcək. Bu da məntiqi yanaşmadır və məlum olduğu kimi, dünyanın bir çox ölkələrində dövlət büdcəsindən maliyyələşən partiyalara münasibətdə maliyyə nəzarət mexanizmləri tətbiq olunur.

Həm də nəzərə alsaq ki, "Siyasi Partiyalar haqqında Qanuna" əsasən gələn ildən etibarən ilk dəfə olaraq yalnız parlamentdə mandat əldə edən 11 partiya deyil, parlament seçkilərində iştirak edən bütün partiyalar da namizədlərinin topladıqları etibarlı səs sayına görə dövlət tərəfindən maliyyələşdiriləcəkdir. Bu da digər 14 partiyanın dövlət büdcəsindən maliyyə alması deməkdir. Beləliklə, ölkədə fəaliyyət göstərən 26 siyasi partiyanın 25-i büdcədən maliyyə alacaqdır.

Hesab edirəm ki, dövlətin bu addımı həm siyasi partiyaların maliyyə müstəqilliyinə töhvə verəcək, həm də hakimiyyətin dialoq siyasətinin nəticələrindən biri kimi siyasi institutlara öz missiyalarını yerinə yetirmək və təşkilatlanmaq üçün əlavə imkanlar yaradacaq.

Göründüyü kimi, təklif olunan qanun layihələrinin məzmunu və fəlsəfəsi ölkədə həyata keçirilən siyasi islahatların hüquqi bazasının təkmilləşdirilməsinə xidmət edir və ona görə də bu dəyişiklərə səs verəcəm.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 624   Tarix: 22 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Çoxmərtəbəli binalarda təhlükəsizlik necə təmin edilir? - AÇIQLAMA

Çoxmərtəbəli binalarda sakinlərin təhlükəsizliyinin təmin olunması həm tikinti mərhələsində, həm də binanın istismarı dövründə bir sıra tələblərə əməl edilməsini tələb edir. Xüsusilə yanğın, zəlzələ və digər fövqəladə hallar zamanı insanların binanı təhlükəsiz şəkildə tərk edə bilməsi, təxliyə yollarını

25 sentyabr
.

Heydər Əliyev xanımı ilə "Formula 1"də - FOTOLAR

Prezident İlham Əliyevin oğlu Heydər Əliyev xanımı Alyona Əliyava ilə Bakı şəhər halqasında "Formula 1" Azərbaycan Qran-Prisinin əsas yarışını izləyib. onların fotolarını təqdim edir:

26 sentyabr
.

Əhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. həmin müraciəti təqdim edir:. "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın iki gün ərzində respublikanın bəzi ərazilərində arabir güclü külək əsəcəyi, intensiv yağış yağacağı

24 sentyabr
.

Bakıda 27, rayonlarda 32 dərəcə isti olacaq

Azərbaycanda sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şər

25 sentyabr
.

Sumqayıtda HƏRBÇİ DƏHŞƏTLİ QƏZADA həlak oldu: Hadisənin təfərrüatı - VİDEO

Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Sakinlərin sözlərinə görə, ölən şəxs hərbçi olub. Baku TV-nin məlumatına görə, o, yemək üçün hərbi hissənin qarşısındakı kafeyə gedib və geri qayıdarkən avtomobil onu vurub. Sakinlə

25 sentyabr
.

Azərbaycanda vulkan püskürdü - FOTO/VİDEO

Qaradağ rayonu ərazisində vulkan püskürməsi olub. Bu barədə -ın sorğusuna cavab olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan bildirilib. Qeyd olunub ki, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb. 08:13. Qaradağ rayonu Lökbatan qəsəbəsind

26 sentyabr
.

Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?

Pensiyaların artması hər il cəmiyyətin ən çox müzakirə etdiyi sosial-iqtisadi məsələlərdən biridir. Çünki burada söhbət yalnız dövlətin sosial xərclərinin artmasından və ya orta pensiyanın nominal məbləğinin yüksəlməsindən getmir. Əsas məsələ pensiyaçının əlində qalan vəsaitin gündəlik həyatında rea

26 sentyabr
.

Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq

Sentyabrın 28-i axşam Azərbaycanın qərb rayonlarından başlayaraq, 30-u gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşə

26 sentyabr
.

Bakıda dənizdə batan tələbələrin FOTOSU

19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd

25 sentyabr