Yağan yağış nəticəsində baş verən bədbəxt hadisələrə görə kimlər həbs olunmalıdır? - AÇIQLAMA
Paytaxt ərazisində dünən və bu gün yağan yağış bir çox fəlakətlərə yol açıb. Əmlaka dəyən zərələrdən əlavə, Bakı şəhəri, Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə FHN-in əməkdaşları tərəfindən 2nəfərin cəsədi suyun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Bəs, belə halın yaşanmasının səbəbkarları kimdir? Bununla bağlı kimlər həbs olunmalıdır?
Mövzu ilə bağlı Sonxeber.az-a hüquqşünas Əsabəli Mustafayev danışıb.
O, açıqlamasında qeyd edib ki, belə fəlakətlər nəticəsində zərərçəkmiş hər kəsə mütəxəsis rəyi əldə olunduqdan sonra məhkəməyə müraciət edə bilər:
"Təbii fəlakətlər baş verdikdə dövlət onun müəyyən hissəsinin konpensasiya olunması üçün əhaliyə yardım göstərir. Bunun üçün hökumət tərəfindən xüsusi fond yaradılır, orada zərərçəkmiş şəxslərə ya tam ya da müəyyən qədər zərərini qarşılayır. Bəzən bu fəlakətlər nəticəsində insalar xəsarət alır, hətta həlak olurlar. Bu zaman insanların səhhətinə zərər vuran, ölümünə səbəb olan nədir?! Ola bilsin ki, burada dövlət qurumlarının günahı var, amma olmaya da bilər. Məsələn, kimisə meşədə ildırım vurur, ya da sel gəlir çayın kənarında olan adamı aparır. Belə hallarda aydın məsələdir ki, dövlət qurumları heçnə edə bilməz. Ancaq əvvəlcədən tədbirlərin görülməməsi nəticəsində və ya kommunal təsərüfatının düzgün qurulmaması nəticəsində insanlara xəsarət ala bilir. Bu halda əlbəttə ki, müvafiq vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Yollarda olan kanalizasiya quyuları düzgün istismar olunmur, yararsızdır, uzun müddət onların boruları dəyişilmir və ya qəza vəziyyətinədir. Bu zaman yağış yağdıqda həmin ərazilərə güclü su dolur. Həmin gölməçələr daha da böyüyərək insanların əmlakını, avtomaşınlarını vəs. sıradan çıxardır. Bu zaman müvafiq dövlət qurumları məsuliyyat daşıyır. Belə hallarda məhkəmələrə şikayət verib konpensasiyaları tələb etmək mümkündür. Digər çətinlik var ki, bunun üçün ekspertiza aparılmalıdır, çünki mütəxəsis rəyi lazımdır. Onlar təsdiq etsin ki, kanalizasiya xətləri istismara yararsız idi və bu səbəbdən işləməyib. Nəticədə əmlak və insan itkisi baş verib. Burada çətinlik ondan ibarətdir ki, bizdə müstəqil ekspertiza idarələri demək olar ki, yoxdur. Müstəqil ekspertizadan da rəy almaq demək olar ki, mümkün olmayacaq. Adətən təbii fəlakətlərdən sonra müraciətlər olunarsa, bu zaman daha çox rəy verən FHN-dir. Təbii fəlakətlər baş verdiyi zaman daha az zərərlə qarşılaşmaq üçün müəyyən addımlar atan da elə FHN-dir.
Məhkəmədə iddia qaldırmaq asantdır, amma udmaq çətin ola bilər. Çünki ekspertiza rəyi bir çox hallarda iddiyaçının zərərinə olur. Bu problmlər barədə kütləvi informasiya vasitələrində çağırışlar edilməlidir ki, insanlar məhkəmələrdə öz hüuqlarını tələb edə bilsinlər. Əgər vəzifəli şəxslər nöqsanlara yol veribsə onların məsuliyyətə cəlb olunması üçün cəhdlər etsinlər".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3883 Tarix: 22 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Çoxmərtəbəli binalarda təhlükəsizlik necə təmin edilir? - AÇIQLAMA
Çoxmərtəbəli binalarda sakinlərin təhlükəsizliyinin təmin olunması həm tikinti mərhələsində, həm də binanın istismarı dövründə bir sıra tələblərə əməl edilməsini tələb edir. Xüsusilə yanğın, zəlzələ və digər fövqəladə hallar zamanı insanların binanı təhlükəsiz şəkildə tərk edə bilməsi, təxliyə yollarını
25 sentyabrHeydər Əliyev xanımı ilə "Formula 1"də - FOTOLAR
Prezident İlham Əliyevin oğlu Heydər Əliyev xanımı Alyona Əliyava ilə Bakı şəhər halqasında "Formula 1" Azərbaycan Qran-Prisinin əsas yarışını izləyib. onların fotolarını təqdim edir:
26 sentyabrƏhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ
Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. həmin müraciəti təqdim edir:. "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın iki gün ərzində respublikanın bəzi ərazilərində arabir güclü külək əsəcəyi, intensiv yağış yağacağı
24 sentyabrBakıda 27, rayonlarda 32 dərəcə isti olacaq
Azərbaycanda sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şər
25 sentyabrSumqayıtda HƏRBÇİ DƏHŞƏTLİ QƏZADA həlak oldu: Hadisənin təfərrüatı - VİDEO
Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Sakinlərin sözlərinə görə, ölən şəxs hərbçi olub. Baku TV-nin məlumatına görə, o, yemək üçün hərbi hissənin qarşısındakı kafeyə gedib və geri qayıdarkən avtomobil onu vurub. Sakinlə
25 sentyabrAzərbaycanda vulkan püskürdü - FOTO/VİDEO
Qaradağ rayonu ərazisində vulkan püskürməsi olub. Bu barədə -ın sorğusuna cavab olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan bildirilib. Qeyd olunub ki, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb. 08:13. Qaradağ rayonu Lökbatan qəsəbəsind
26 sentyabrPensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?
Pensiyaların artması hər il cəmiyyətin ən çox müzakirə etdiyi sosial-iqtisadi məsələlərdən biridir. Çünki burada söhbət yalnız dövlətin sosial xərclərinin artmasından və ya orta pensiyanın nominal məbləğinin yüksəlməsindən getmir. Əsas məsələ pensiyaçının əlində qalan vəsaitin gündəlik həyatında rea
26 sentyabrHava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
Sentyabrın 28-i axşam Azərbaycanın qərb rayonlarından başlayaraq, 30-u gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşə
26 sentyabrBakıda dənizdə batan tələbələrin FOTOSU
19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd
25 sentyabr