"Son iki gündə yağan yağışlar daha çox suların cəmləşdiyi və sistemin zəif yerlərini göstərdi" - DEPUTAT

"Son iki gündə yağan yağışlar daha çox suların cəmləşdiyi və sistemin zəif yerlərini göstərdi" - DEPUTAT"İki gündür davam edən yağışlar insanların müəyyən narahatlığına səbəb oldu. Nəzərə almaq lazımdır ki, bu adi bir təbiət hadisəsidir və istənilən ölkədə baş verir".

Bunu Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib.

Deputat qeyd edib ki, bu günlərdə biz videokadrlarda Fransanın paytaxtı Parisin mərkəzi küçələrində iri tutumlu çayları xatırladan sel sularının axdığını gördük:

"Eləcə də İtaliyada, digər Avropa şəhərlərində, Çində, qardaş Türkiyədə daşqınlar, torpaq sürüşməsini əks etdirən kadrlar nümayiş olundu. Bunu obyektiv və subyektiv səbəblərlə izah etmək olar. Obyektiv səbəb odur ki, təbiət hadisələrinin əksəriyyəti qlobal istiləşmə, iqlim dəyişiklikləri ilə bağlıdır. Son iki gündə ölkə ərazisinə düşən yağıntının miqdarı normadan iki dəfə artıq olmuşdur. Ona görə də, sistemin, yağıntının tam həcmdə qəbul etməsi çətinləşmişdir.
Subyektiv səbəblər isə, insan faktoru ilə, sovet dövründən qalmış və sonralar 90-cı illərdə şəhərsalmada buraxılmış bəzi nöqsanlarla bağlıdır. Bakı şəhərini götürsək, səhv etmirəmsə, SSRİ Nazirlər Soveti tərəfindən 1982-ci ildə təsdiq olunmuş "baş plan" istismar müddətinin başa çatdırmışdır. Yeni Baş plan isə, işlənməyib. Baş planın olmaması, şəhərsalma prinsiplərini pozdu".

Deputat vurğulayıb ki, bir çox yüksəkmərtəbəli binaların layihələndirilməsində su, elektrik, qaz, kanalizasiya xəttlərinin yükgötürmə qabiliyyəti, texniki imkanları nəzərə alınmadı:

"Tikinti normaları pozuldu. Ona görə də, indi şəhər təsərrüfatında bəzi problemlərlə üzləşirik. Yenə də xüsusi olaraq vurğulamaq istərdim ki, bu uzun illərin problemidir, külli miqdarda maliyyə vəsaiti və vaxt tələb edir. Dramatikləşdirmək lazım deyil. Dünyanın hər yerində baş verir. İstər qar, istərsə yağış yağsın, maksimum iki gün ömrü olur. Təki, insan itkisi olmasın. Dözümlü yanaşmaq lazımdır.

Hansı addımların atılmasına gəldikdə isə, son yağışlar daha çox suların cəmləşdiyi, sistemin zəif yerlərini göstərdi. Müvafiq strukturlar həmin ərazilərin müayinəsini aparmalı, bir daha analoji vəziyyətin yaranmaması üçün tədbirlər görməlidirlər. Buraxılmış nöqsanlardan biri də, bir çox yerlərdə yağış sularının kanalizasiya xətlərinə qoşulmasıdır. Bu yanlışdır. Yağış suları kanalizasiya xəttləri ilə deyil, ayrıca kollektorlar vasitəsilə axıdılmalıdır. Yaxşı olar ki, yeni layihələndirilən binalarda yağış sularının cəmlənməsi üçün rezervuarların inşası nəzərdə tutulsun. Hər bir binada içməli su təminatı üçün rezervlərin olduğu kimi. Yığılan yağış suları ilə yanaşı, qrunt sularından da yaşıllıqları suvarma məqsədləri üçün istifadə oluna bilər.

Yeri gəlmişkən, 6-cı çağırış Milli Məclisdə "yağış sularından istifadə ilə bağlı" qanunun qəbul edilməsi barədə təklif vermişdim. Hesab edirəm ki, qlobal iqlim dəyişiklikləri, quraqlığın ildən ilə artdığı, kəskin su çatışmamazlığı fonunda belə bir qanunun qəbul olunmasına ehtiyac var".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2726   Tarix: 22 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Çoxmərtəbəli binalarda təhlükəsizlik necə təmin edilir? - AÇIQLAMA

Çoxmərtəbəli binalarda sakinlərin təhlükəsizliyinin təmin olunması həm tikinti mərhələsində, həm də binanın istismarı dövründə bir sıra tələblərə əməl edilməsini tələb edir. Xüsusilə yanğın, zəlzələ və digər fövqəladə hallar zamanı insanların binanı təhlükəsiz şəkildə tərk edə bilməsi, təxliyə yollarını

25 sentyabr
.

Heydər Əliyev xanımı ilə "Formula 1"də - FOTOLAR

Prezident İlham Əliyevin oğlu Heydər Əliyev xanımı Alyona Əliyava ilə Bakı şəhər halqasında "Formula 1" Azərbaycan Qran-Prisinin əsas yarışını izləyib. onların fotolarını təqdim edir:

26 sentyabr
.

Əhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. həmin müraciəti təqdim edir:. "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın iki gün ərzində respublikanın bəzi ərazilərində arabir güclü külək əsəcəyi, intensiv yağış yağacağı

24 sentyabr
.

Bakıda 27, rayonlarda 32 dərəcə isti olacaq

Azərbaycanda sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şər

25 sentyabr
.

Sumqayıtda HƏRBÇİ DƏHŞƏTLİ QƏZADA həlak oldu: Hadisənin təfərrüatı - VİDEO

Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Sakinlərin sözlərinə görə, ölən şəxs hərbçi olub. Baku TV-nin məlumatına görə, o, yemək üçün hərbi hissənin qarşısındakı kafeyə gedib və geri qayıdarkən avtomobil onu vurub. Sakinlə

25 sentyabr
.

Azərbaycanda vulkan püskürdü - FOTO/VİDEO

Qaradağ rayonu ərazisində vulkan püskürməsi olub. Bu barədə -ın sorğusuna cavab olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan bildirilib. Qeyd olunub ki, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb. 08:13. Qaradağ rayonu Lökbatan qəsəbəsind

26 sentyabr
.

Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?

Pensiyaların artması hər il cəmiyyətin ən çox müzakirə etdiyi sosial-iqtisadi məsələlərdən biridir. Çünki burada söhbət yalnız dövlətin sosial xərclərinin artmasından və ya orta pensiyanın nominal məbləğinin yüksəlməsindən getmir. Əsas məsələ pensiyaçının əlində qalan vəsaitin gündəlik həyatında rea

26 sentyabr
.

Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq

Sentyabrın 28-i axşam Azərbaycanın qərb rayonlarından başlayaraq, 30-u gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşə

26 sentyabr
.

Bakıda dənizdə batan tələbələrin FOTOSU

19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd

25 sentyabr