"Qubadlının işğaldan azad edilməsi möhtəşəm zəfərin əldə edilməsində böyük rol oynadı" - Emil Əkbərov
"Qubadlının işğaldan azad olunması tarixə qızıl hərflərlə həkk olunub".
Bunu Sonxeber.az-a danışan "BİG Media"MMC-nin direktoru Emil Əkbərov bildirib.
Emil Əkbərov qeyd edib ki, bu gün, oktyabrın 25-də Qubadlı şəhərinin işğaldan azad edilməsinin 4 ili tamam olur
"Bu tarix, hər il həm də "Qubadlı Şəhəri Günü" kimi qeyd ediləcək. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi Müzəffər Azərbaycan Ordusunun Qubadlının işğaldan azad edilməsi 44 günlük Vətən müharibəsinində möhtəşəm zəfərin əldə edilməsinə imkan yaratdı.Çünki ordumuz Qubadlıdan sonra Laçının cənub hissəsində yerləşən kəndləri də işğaldan azad etdi. Bununla da Laçın dəhlizi nəzarətə götürüldü. Laçın dəhlizinin nəzarətə götürülməsi ilə Ermənistandan Qarabağdakı erməni terrorçulara göndərilən silah-sursat, hərbi texnika təchizatının qarşısı alındı. Xankəndidə və ətraf ərazilərdəki separatçıların, hərbi xuntanın İrəvan və digər yerlərlə əlaqəsi blokadaya alındı. Bir sözlə Qubadlının işğaldan azad edilməsi və Laçın dəhlizinin nəzarətə götürülməsi artıq müharibənin taleyinin həll edilməsində mühüm rol oynamışdı.Qubadlıdan sonra hərbiçilərimiz yüksək döyüş peşəkarlığı ilə noyabrın 8-də Şuşada dövlət Bayrağını ucaltdılar. Şuşanın işğaldan azad edilməsindən sonra düşmən məğlubiyyətin qaçılmaz idi. Artıq onlar da anlamağa başladı ki, müqavimətin mənasız yoxdur və Azərbaycan qəhrəman oğullarının gücü qarşısında onlar bir heçdirlər. Ona görə də noyabrın 9-da artıq Ermənistan öz məğlubiyyətini qəbul edərək noyabrın noyabrın 10-na keçən gecə kapitulyasiya aktını imzalamalı oldu. Biz möhtəşəm zəfərimizi Ali Baş Komandan İlham Əliyevə və qanları ilə tarix yazan oğullarımıza borcluyuq".
Emil Əkbərov vurğulayıb ki, Qubadlı şəhəri də digər işğaldan azad olunmuş rayon və şəhərlərimiz kimi erməni vandalları tərəfindən yerlə-yeksan edilib. Bu gün işğaldan azad olunmuş ərazilərdə möhtəşəm quruculuq işlərinə start verilib. Cənab prezident İlham Əliyev Baş plan hazırlanarkən Qubadlının təbiətinin, tarixi keçmişinin nəzərə alınması barədə xüsusi tapşırıq verib. Təkcə Qubadlıda deyil, işğaldan azad olunmuş bütün ərazilərdə bərpa və yenidənqurma işlərində bu məqama xüsusi önəm verilir. Bir sözlə hazırda işğaldan azad olunmuş rayon və şəhərlərdə vətəndaşlarımızın rahat və firavan yaşamasının təmini istiqamətində bütün addımlar atılır. Tezliklə qubadlılarda öz doğma yurdlarına qovuşma sevincini yaşacaqlar".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
Bakıda dənizdə batan tələbələrin FOTOSU
Prezident ona "general-leytenant" ali hərbi rütbəsi verdi
Dünyanın ən xoşbəxt turizm şəhəri açıqlandı - Avropada yerləşir
Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?
"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət
Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələri niyə üst-üstə düşmür? - AÇIQLAMA
Bakıda dişi çəkilən qadın öldü (VİDEO)
Supermodeel Bakıda keçmiş nişanlısı ilə görüşdü (FOTO)
İlham Əliyev bəzi hərbçiləri təltif etdi - SƏRƏNCAM
Pula görə orqanlarını satmaq istəyirlər: Yalnız bu halda MÜMKÜNDÜR
Mal ətinin qiyməti niyə BAHALAŞIR? - AÇIQLAMA
Hərbçilərinin əməkhaqları 22,8% artacaq
Bakıdakı Formula 2-də kütləvi qəza - Yarış dayandırıldı
Xalqımıza baş ucalığı gətirən Şanlı Qələbə