Ailə qurmağa hazırlaşan şəxslər üçün vacib açıqlama
Hazırda gənc ailələrin dağılmasının əsas səbəblərindən biri də narkomaniyadır. Cütlüklər evlənib bir evdə yaşayana qədər bir-birlərinin narkotik aludəçisi olub-olmadığı barədə məlumatsız olurlar. Bəzən bu məqam ya evliliyin ilk zamanlarında, ya da çox gec özünü büruzə verir.
Ona görə də təklif edilir ki, nikah üçün ərizə verilmədən əvvəl qan analizi zamanı hər iki tərəf sözügedən məsələ barədə də təhlillərə cəlb olunsun. Bir qisim şəxslər düşünür ki, belə olduqda böyük bir faciənin qarşısını almaq olar.
Sonxeber.az xəbər verir ki, mövzu barədə "Yeni Sabah"a danışan həkim, professor Adil Qeybulla təklifi belə dəyərləndirib:
"Əvvəla, onu qeyd edim ki, nikahdan qabaqkı qan təhlillərinin çox böyük önəmi var. Gənclərin talassemiya daşıyıcısı yaxud hansısa infeksiya daşıyıcısı olmasının öncədən bilinməsi çox vacibdir. Çünki hansısa bir infeksiyanın bir şəxsdən digərinə keçmə riski yaranmır. Bu birinci nüansdır. Narkoloji testə gəlincə isə, düşünürəm ki, burada da konfidensiallıq və anonimlik saxlanılmaqla onu da əldə etmək olar. Ən azı cütlüklər bir-birindən məlumatlı olmalıdırlar ki, bu da onların hüququdur".
Həkim vurğulayıb ki, dünya praktikasında bununla bağlı müxtəlif yanaşmalar var:
"Bizdə də bu məsələnin həlli üçün düşünülmüş qərar olmalıdır. Çünki çox təəssüflər olsun evlənəndən sonra belə neqativ hallar ortaya çıxır və ailə dağılır. Bu isə həm valideynlər, həm də ətrafdakı insanlarda mənfi reaksiyalara səbəb olur. Öncədən belə bir gerçəyin ortaya çıxması yaxşı olar. Bundan sonra cütlüklər özləri qərar verərlər ki, izdivac baş tutsun, ya yox. Narkotikə qurşanan bir şəxs ailəni onsuz da gec-tez faciəyə aparacaq. Ya müalicə olunmalıdır, ya da onun ailə qurması heç məqsədəuyğun deyil. O baxımdan belə bir testin nikah prosesi ərəfəsində olmasını uyğun hesab edirəm".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
Bakıda dənizdə batan tələbələrin FOTOSU
Prezident ona "general-leytenant" ali hərbi rütbəsi verdi
Dünyanın ən xoşbəxt turizm şəhəri açıqlandı - Avropada yerləşir
Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?
"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət
Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələri niyə üst-üstə düşmür? - AÇIQLAMA
Bakıda dişi çəkilən qadın öldü (VİDEO)
Supermodeel Bakıda keçmiş nişanlısı ilə görüşdü (FOTO)
İlham Əliyev bəzi hərbçiləri təltif etdi - SƏRƏNCAM
Pula görə orqanlarını satmaq istəyirlər: Yalnız bu halda MÜMKÜNDÜR
Mal ətinin qiyməti niyə BAHALAŞIR? - AÇIQLAMA
Hərbçilərinin əməkhaqları 22,8% artacaq
Bakıdakı Formula 2-də kütləvi qəza - Yarış dayandırıldı
Xalqımıza baş ucalığı gətirən Şanlı Qələbə