Temperatur 4-6° enəcək - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında oktyabrın 26-sı axşamdan 27-si səhərədək arabir yağış yağacağı gözlənilir.
Sonxeber.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Axşam və gecə yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6° aşağı enəcək.
Azərbaycanın rayonlarında oktyabrın 26-da şimal və qərb rayonlarından başlayaraq 27-si gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, o cümlədən Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1834 Tarix: 25 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tək vasitə ilə aylarla təzə qalacaq: Kartof xərclərinə son qoyan sirr
Mətbəxin imtinaedilməz tərəvəzi olan kartof, düzgün saxlanılmadıqda tez bir zamanda cücərir və yumşalır. Xüsusilə torbayla alınan kartofları aylarla ilk günkü kimi təzə saxlamağın yolu tapılıb. xəbər verir ki, kartof torbasının və ya saxlanma qabının içinə bir ədəd təzə alma qoymaq ən qeyri-adi, laki
25 martBakıya düşən yağıntı aylıq normanın 564 faizini təşkil edir
Martın 28-i saat 17:00-a olan məlumata əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti açıqlama yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə intensiv xarakterli yağış, dağlıq ərazilərdə is
28 martBakının mərkəzində yeni təmir olunan yol ÇÖKDÜ
Paytaxtın Cəlil Məmmədquluzadə küçəsi ilə Nəsib bəy Yusifbəyli küçəsinin kəsişməsində yolda çökmə baş verib. -ın əldə etdiyi məlumata görə, avtomobillərin intensiv hərəkət etdiyi ərazidə mövcud vəziyyət təhlükə yaradır. Yolun çökmüş hissəsində su axıntısının olduğu müşahidə edilir. Qeyd edək ki, yolu
26 martBeynəlxalq səyyahların Qarabağ və Şərqi Zəngəzura səfəri başlayır - FOTO
Bu gündən "NomadMania" klubunun təsisçisi və rəhbəri, yunan əsilli Böyük Britaniya vətəndaşı Harri Mitsidisin başçılığı ilə dünya miqyaslı beynəlxalq səyyahların Qarabağ və Şərqi Zəngəzura səfəri başlayır. "Report"a istinadən xəbər verir ki, budəfəki heyətə 37 ölkədən 79 nəfər daxildir
26 martMəşhur bitki dərinin qocalmasını dayandıra bilər
Alimlər müəyyən ediblər ki, qara jenşen ekstraktı iltihabı azaltmaq və kollagenin parçalanmasına təsir edən molekulyar mexanizmləri zəiflətməklə dərinin qocalma prosesini ləngidə bilər. bu bitki ilə bağlı məlumatları təqdim edir:. Alimlər dərinin qocalmasını ləngitməyin təbii üsulunu aşkar ediblər. Alimlə
28 martBu gün Beynəlxalq Teatr Günüdür
Martın 27-si dünyada Beynəlxalq Teatr Günü qeyd olunur. xatırladır ki, bu qərar Beynəlxalq Teatr İnstitutunun 1961-ci ildə Vyanada keçirilən IX konqresində qəbul edilib. Hər il bu əlamətdar günlə bağlı nüfuzlu incəsənət xadimləri dünya ictimaiyyətinə müraciət edirlər. Bu ənənənin əsasını qoyan - il
27 mart