"Ermənistan Gürcüstandakı hadisələrdən sonra Qərbin regionda əsas dayaq nöqtəsi olmağa çalışacaq" - Deputat
"Ermənistanın Avropa İttifaqına daxil olması ilə bağlı referendumun keçirilməsi üçün tələb olunan 50 min imza əvəzinə 60 min imza toplanıb. Bu haqda Ermənistanın "Eurovote" imzatoplama qərargahı öz "Facebook" səhifəsində məlumat yayıb".
Bunu Sonxeber.az-a danışan deputat Pərvanə Vəliyeva bildirib.
Deputat qeyd edib ki, Ermənistan Avropa İttifaqına üzv olmaq istəyir amma bu, çox uzun prosedurdur və bir çox sahələrdə islahatlar tələb etməklə yanaşı, Ermənistanın üzv olduğu digər iqtisadi birliklərlə ziddiyyət təşkil edir"
"Məsələn, Ermənistan Rusiyanın yaratdığı Avrasiya İqtisadi İttifaqında təmsil olunmaqla, bu İttifaqın verdiyi bütün imkanlardan və güzəştlərdən faydalanır. İttifaq daxilində ixracda gömrük rüsumu və vergidən azad olur.
Ermənistan həm istəyir ki Rusiyanın yaratdığı Avrasiya ittifaqının verdiyi güzəştlərdən yararlansın, həm də Avropa İttifaqına üzv olmaqla, bu təşkilatın maliyyə, iqtisadi imkanlarından faydalansın.
Hazırda Ermənistan müxtəlif istiqamətlər üzrə Aİ-dən maliyyə və texnologiya yardımını alır. Lakin Ermənistan üçün əsas bazar Rusiyadır, başqa sözlə desək, onun istehsal etdiyi və ixrac etdiyi kənd təsərrüfatı məhsulları əsasən Rusiya bazarlarda satılır, Qərbi Avropaya deyil. İstehsal olunan məhsulların standartı Aİ məkanı üçün uyğun deyil.
Ermənistan hökuməti hesab edir ki, iqtisadi təhlükəsizlik baxımından Aİ onların gələcəklərinin qarantı rolunu oynaya bilər. Ermənistan xarici siyasətdə Qərbə inteqrasiyanı prioritet olaraq görür, onu özünün qarantı hesab edir.
Ermənistan Gürcüstandakı hadisələrdən sonra Qərbin regionda əsas dayaq nöqtəsi olmağa çalışacaq. Bu eyni zamanda Qərbdən yeni güzəştlər və yardımlarla müşaiyyət olunacaq".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1417 Tarix: 30 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sumqayıtda HƏRBÇİ DƏHŞƏTLİ QƏZADA həlak oldu: Hadisənin təfərrüatı - VİDEO
Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Sakinlərin sözlərinə görə, ölən şəxs hərbçi olub. Baku TV-nin məlumatına görə, o, yemək üçün hərbi hissənin qarşısındakı kafeyə gedib və geri qayıdarkən avtomobil onu vurub. Sakinlə
25 sentyabrHeydər Əliyev xanımı ilə "Formula 1"də - FOTOLAR
Prezident İlham Əliyevin oğlu Heydər Əliyev xanımı Alyona Əliyava ilə Bakı şəhər halqasında "Formula 1" Azərbaycan Qran-Prisinin əsas yarışını izləyib. onların fotolarını təqdim edir:
26 sentyabrBu şəxslər üçün avtobus və metro PULSUZDUR
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, ictimai nəqliyyatdan (metropoliten, şəhəriçi və qəsəbələrarası avtobuslar) ödənişsiz istifadə etmək hüququ müəyyən olunmuş xüsusi kateqoriyalı şəxslərə həvalə edilib. Bu güzəştlər həm sosial müdafiə məqsədilə, həm də xidməti vəzifələrin icrasını təmi
26 sentyabrQadını güllələyən TANINMIŞ İŞ ADAMININ NƏVƏSİ sərbəst buraxıldı
Ağdaşda tanımış iş adamının nəvəsinin tir tüfəngi ilə qonşuluqda yaşayan qadını yaralaması ilə nəticələnən hadisənin bəzi detalları məlum olub. "Teleqraf" xəbər verir ki, hadisə zamanı xəsarət alan 51 yaşlı qadın xəstəxanadan evə buraxılıb. TƏBİB-dən bildirilib ki, 17.09.2026-cı il tarixind
23 sentyabrPaytaxtın iki böyük bağı birləşdirildi
"Mərkəzi Nəbatat Bağı" və "Dendrologiya Bağı" publik hüquqi şəxslər Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Mərkəzi Nəbatat və Dendrologiya Bağı" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək. xəbər verir ki, bununla bağlı Baş nazi
23 sentyabrŞAD XƏBƏR - Bu şəxslər daha TEZ PENSİYAYA ÇIXACAQ
Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen
26 sentyabr