"Grand Plaza"nın sahibi səkini yola çevirdi: Sahibkar icra hakimiyyəti ilə razılaşıb? – Video

"Grand Plaza"nın sahibi səkini yola çevirdi: Sahibkar icra hakimiyyəti ilə razılaşıb? – VideoPaytaxtda milyonluq layihə sahibi olan şəxs və ya şəxslər şəhərin səkilərini zəbt etməyə davam edir.

Sonxeber.az avtosfer.az-a istinadən xəbər verir ki, Bakının Nəsimi rayonunda yerləşən yeni tikilinin sahibləri piyadaların hərəkəti üçün nəzərdə tutulan ərazini özlərinin gəlir mənbəyi olan obyektin həyətinə qatıb. Ölkə olaraq COP29 beynəlxalq konfransına hazırlaşdığımız ərəfədə ölkənin paytaxtında bu cür qanunsuzluqlar Azərbaycanın nüfuzuna ciddi zərər vuracaq addımlardır.

Belə ki, Hənifə Ələsgərov və Süleyman Rüstəm küçələrinin kəsişməsində yerləşən "Grand Plaza" adlı yaşayış kompleksinin sahibkarları kompleksin Hənifə Ələsgərov küçəsinə baxan hissəsinin önündəki səkini kəsib və avtomobil yoluna çevirib. Bu addım, böyük ehtimalla, kompleksin aşağı mərtəbələrində açılışı planlaşdırılan ticarət obyektlərinin xidməti avtomobillərinə şərait yaratmaq üçün atılıb. Lakin səkinin bu tərzdə zəbt edilməsinə hansı qurum, hansı təşkilat razılıq verməyindən asılı olmayaraq, kompleks sahiblərinin paytaxtın küçələrinə, səkilərə, eləcə də, ərazidən istifadə edən vətəndaşlara qarşı özbaşınalığı bütün hallarda qəbuledilməzdir. Rayonlarda səkilərə, ərazidə tikinti işlərinin aparılmasına icazə məsələsi isə yerli icra hakimiyyətlərinin səlahiyyətləri daxilində olduğu isə dəqiqdir.

Məsələ ilə əlaqədar Nəsimi Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da bu mümkün olmadı. Keçmiş icra başçısı Asif Əsgərov hazırda ötən ay bu vəzifədən azad edildi və hazırda qurumda rəhbərliyin olmaması artıq uzun müddətdir ki, rayonda yaranan problemlərə etinasız yanaşma ilə nəticələnib. İcra qurumunun mövqeyini verməyə hazırıq.

Əməkdaşımızın Hənifə Ələsgərov küçəsindən çəkdiyi görüntüləri sizə təqdim edirik:


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1136   Tarix: 30 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sumqayıtda HƏRBÇİ DƏHŞƏTLİ QƏZADA həlak oldu: Hadisənin təfərrüatı - VİDEO

Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Sakinlərin sözlərinə görə, ölən şəxs hərbçi olub. Baku TV-nin məlumatına görə, o, yemək üçün hərbi hissənin qarşısındakı kafeyə gedib və geri qayıdarkən avtomobil onu vurub. Sakinlə

25 sentyabr
.

Heydər Əliyev xanımı ilə "Formula 1"də - FOTOLAR

Prezident İlham Əliyevin oğlu Heydər Əliyev xanımı Alyona Əliyava ilə Bakı şəhər halqasında "Formula 1" Azərbaycan Qran-Prisinin əsas yarışını izləyib. onların fotolarını təqdim edir:

26 sentyabr
.

Lənkəranda zorakılığa məruz qalan uşağın anasının valideynlik hüququ məhdudlaşdırıla bilər - RƏSMİ

"Atalığı tərəfindən döyüldüyü bildirilən uşaqla bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunublar". Bu barədə -a Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Sərvər Abdullayev məlumat verib

25 sentyabr
.

Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq

Türk dövlətləri arasında vətəndaşların yalnız şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfərlərinin təmin olunması məsələsi gündəmdədir. -a istinadla xəbər verir ki, Türk dünyasında inteqrasiya proseslərinin dərinləşdirilməsi çərçivəsində Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və digər dövlətlə

24 sentyabr
.

Bu şəxslər üçün avtobus və metro PULSUZDUR

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, ictimai nəqliyyatdan (metropoliten, şəhəriçi və qəsəbələrarası avtobuslar) ödənişsiz istifadə etmək hüququ müəyyən olunmuş xüsusi kateqoriyalı şəxslərə həvalə edilib. Bu güzəştlər həm sosial müdafiə məqsədilə, həm də xidməti vəzifələrin icrasını təmi

26 sentyabr
.

David Seliverstov-Çingiz Qənizadə məhkəməsi: Anatoli Rafailovun adı ilə bağlı sübutlar təqdim edildi

İctimaiyyətə David Seliverstov adı ilə tanınan Abbasov Kazım Elşən oğlunun Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə Binəqədi Rayon Məhkəməsində hazırlıq iclası keçirilib. İclasla bağlı ünvanladığımız sorğunu cavablandıran vəkil Sahil Allahverdiyev bildirib ki, Çingiz Qənizad

24 sentyabr
.

Qadını güllələyən TANINMIŞ İŞ ADAMININ NƏVƏSİ sərbəst buraxıldı

Ağdaşda tanımış iş adamının nəvəsinin tir tüfəngi ilə qonşuluqda yaşayan qadını yaralaması ilə nəticələnən hadisənin bəzi detalları məlum olub. "Teleqraf" xəbər verir ki, hadisə zamanı xəsarət alan 51 yaşlı qadın xəstəxanadan evə buraxılıb. TƏBİB-dən bildirilib ki, 17.09.2026-cı il tarixind

23 sentyabr
.

Paytaxtın iki böyük bağı birləşdirildi

"Mərkəzi Nəbatat Bağı" və "Dendrologiya Bağı" publik hüquqi şəxslər Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Mərkəzi Nəbatat və Dendrologiya Bağı" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək. xəbər verir ki, bununla bağlı Baş nazi

23 sentyabr
.

ŞAD XƏBƏR - Bu şəxslər daha TEZ PENSİYAYA ÇIXACAQ

Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen

26 sentyabr