Bakıda ən bahalı torpaq sahələri bu ərazilərdədir - 700-800 min manat

Bakıda ən bahalı torpaq sahələri bu ərazilərdədir - 700-800 min manatSon 10 ildə Bakıda torpaqların qiyməti dəfələrlə artıb. Bunun səbəbi ilk növbədə torpağa olan tələbatla bağlıdır.

Bunu Modern.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirib.

O qeyd edib ki, həm yaşayış evlərinin, həm çoxmənzilli yaşayış binalarının tikintisinə olan tələbat qiymət artımına səbəb olur:

"Paytaxt Bakıda demək olar ki, torpaq tapmaq mümkün deyil. Hətta vəziyyət o dərəcədədir ki, iri torpaq sahələrinin bir sotunun qiyməti xırda torpaq sahələrinin bir sotunun qiymətindən daha çoxdur. Buna təsir göstərən amillərdən əsası Şəhərsalma və Arxitektura Komitəsinin tələbləri ilə bağlıdır. Belə ki, komitənin çoxmənzilli binaların tikintisi ilə əlaqədar torpaq sahələrinə qoyduğu tələbat artıb. Bu artım vəziyyəti daha da şiddətləndirdi".

Ekspert bildirib ki, bir bloklu binanın tikintisi üçün 0.6 hektar torpaq sahəsi tələb olunur:

"Yəni 60 sot torpaq sahəsində bir bloklu binanın tikintisinə icazə verilir. Bu böyüklükdə torpaq sahələrini də şəhərin mərkəzində demək olar tapmaq mümkün deyil. Yalnız köhnə evləri sökməklə, yaxud onları kompensasiya verərək yerləşdirməklə bu addım atıla bilər ki, bu da çox baha başa gəlir. Bu səbəbdən paytaxtda bəzi yerlərdə torpağın qiyməti 700 min, 800 min hətta bir milyona qədər çıxa bilər. Nərimanov rayonunda bəzi yerlərdə torpağın bir sotunun qiyməti 500 min manatadək arta bilir".

R.Qasımzadənin sözlərinə görə, ən baha torpaq sahələri Nərimanov, Nəsimi, Səbail rayonlarında yerləşir: "Bir qədər kənarda olan Sabunçu, Suraxanı, Nizami, Xətai rayonlarında da torpaqlar fərqlənir. Məsələn Xətai rayonunda torpağın bir sotu 30 min manatdan başlayaraq 250 min manata qədər dəyişə bilir. Nizami rayonunda da həmçinin qiymətlər 25 min manatdan başlayaraq 350 min manata qədər dəyişə bilir. Ən bahalı torpaq sahələri çıxarışı olan, xüsusi mülkiyyətdə olan torpaq sahələridir".

Ekspert sonda vurğulayıb ki, sahibkarlıq və sənaye-nəqliyyat təyinatlı olan torpaq sahələri daha qiymətə satılır:

"Sahibkarlıq və sənaye-nəqliyyat təyinatlı torpaq sahələrindən sonra yaşayış təyinatlı torpaq sahələri gəlir. Respublikada ən ucuz torpaq sahələri isə kənd təsərrüfatı təyinatlı torpaq sahələridir. Onların bir sotu 50 manatdan başlayaraq 400-450 manata qədər arta bilir. Məlum olduğu kimi, kənd təsərrüfatı təyinatlı torpaq sahələrində fərdi yaşayış evlərinin yaxud kənd təsərrüfatı xaricində digər tikililərin tikintisinə icazə verilmir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 972   Tarix: 30 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sumqayıtda HƏRBÇİ DƏHŞƏTLİ QƏZADA həlak oldu: Hadisənin təfərrüatı - VİDEO

Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Sakinlərin sözlərinə görə, ölən şəxs hərbçi olub. Baku TV-nin məlumatına görə, o, yemək üçün hərbi hissənin qarşısındakı kafeyə gedib və geri qayıdarkən avtomobil onu vurub. Sakinlə

25 sentyabr
.

Heydər Əliyev xanımı ilə "Formula 1"də - FOTOLAR

Prezident İlham Əliyevin oğlu Heydər Əliyev xanımı Alyona Əliyava ilə Bakı şəhər halqasında "Formula 1" Azərbaycan Qran-Prisinin əsas yarışını izləyib. onların fotolarını təqdim edir:

26 sentyabr
.

Lənkəranda zorakılığa məruz qalan uşağın anasının valideynlik hüququ məhdudlaşdırıla bilər - RƏSMİ

"Atalığı tərəfindən döyüldüyü bildirilən uşaqla bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunublar". Bu barədə -a Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Sərvər Abdullayev məlumat verib

25 sentyabr
.

Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq

Türk dövlətləri arasında vətəndaşların yalnız şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfərlərinin təmin olunması məsələsi gündəmdədir. -a istinadla xəbər verir ki, Türk dünyasında inteqrasiya proseslərinin dərinləşdirilməsi çərçivəsində Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və digər dövlətlə

24 sentyabr
.

Bu şəxslər üçün avtobus və metro PULSUZDUR

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, ictimai nəqliyyatdan (metropoliten, şəhəriçi və qəsəbələrarası avtobuslar) ödənişsiz istifadə etmək hüququ müəyyən olunmuş xüsusi kateqoriyalı şəxslərə həvalə edilib. Bu güzəştlər həm sosial müdafiə məqsədilə, həm də xidməti vəzifələrin icrasını təmi

26 sentyabr
.

David Seliverstov-Çingiz Qənizadə məhkəməsi: Anatoli Rafailovun adı ilə bağlı sübutlar təqdim edildi

İctimaiyyətə David Seliverstov adı ilə tanınan Abbasov Kazım Elşən oğlunun Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə Binəqədi Rayon Məhkəməsində hazırlıq iclası keçirilib. İclasla bağlı ünvanladığımız sorğunu cavablandıran vəkil Sahil Allahverdiyev bildirib ki, Çingiz Qənizad

24 sentyabr
.

Qadını güllələyən TANINMIŞ İŞ ADAMININ NƏVƏSİ sərbəst buraxıldı

Ağdaşda tanımış iş adamının nəvəsinin tir tüfəngi ilə qonşuluqda yaşayan qadını yaralaması ilə nəticələnən hadisənin bəzi detalları məlum olub. "Teleqraf" xəbər verir ki, hadisə zamanı xəsarət alan 51 yaşlı qadın xəstəxanadan evə buraxılıb. TƏBİB-dən bildirilib ki, 17.09.2026-cı il tarixind

23 sentyabr
.

Paytaxtın iki böyük bağı birləşdirildi

"Mərkəzi Nəbatat Bağı" və "Dendrologiya Bağı" publik hüquqi şəxslər Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Mərkəzi Nəbatat və Dendrologiya Bağı" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək. xəbər verir ki, bununla bağlı Baş nazi

23 sentyabr
.

ŞAD XƏBƏR - Bu şəxslər daha TEZ PENSİYAYA ÇIXACAQ

Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen

26 sentyabr