Doğuş zamanı ölən anaların sayı niyə artıb? – AÇIQLAMA
Son zamanlar doğuş zamanı anaların ölüm halları ilə tez-tez rastlaşırıq. Araşdırmalar göstərir ki, son 10 ildə doğuş zamanı ölən anaların sayı iki dəfə artıb. Bəs bunun səbəbi nədir?
Mövzu ilə bağlı ginekoloq Rəşad Sultan Sonxeber.az – a açıqlamasında bildirib ki, buna səbəb xəstəxanalarda tibbi tədbirlərin görülməməsidir:
"Övlad sahibi olmaq üçün xəstəxanaya gələn ananın ölümü çox faciəvi bir haldır. Doğuş zamanı anaların ölümü bu gün bütün dünyada azaldılmasını istənilən bir haldır. Bu ölümün üç səbəbi var. Trombembaliya, infeksiya və qanaxma. Hər zaman dediyimiz riskli tədbirlər var. Riskli hamilələrin ayrılması və onların daha yaxşı müalicələrin təşkil edildiyi xəstəxanalara göndərilməsi, cərrahi briqadaların təşkil olunması, reanimasiya və anestizialogiya işinin təmin olunması, qan köçürülmə prosesinin təkmilləşdirilməsi – bunların hamısı görülməsinə ehtiyac olan tədbirlərdir. Ölkəmizdə pernatal mərkəzlər var. Amma o mərkəzlər sadəcə daş və divardan ibarətdir. Cərrahi briqadalar, qan əvəzləyicilərin tədarükü, reanimasiya işinin təşkili - bu üç istiqamətdə heç bir tədbir görülməyib həmin mərkəzlərdə.
Bu məsələ hüquq mühavizə orqanlarının cinayət işi qaldırması, jurnalistlərin işıqlandırılması ilə həll olan iş deyil. Burda qeyd etdiyim tədbirlərin heç biri görülmür. Danışılır amma icra edilmir. Söhbət tibbi tədbirlərdən gedir. Doğum zamanı ana öldü deyə kimisə cəzalandırmaq tədbir deyil. Bu hadisələrin baş verməməsi üçün nəsə etmək lazımdır. Başqa ölkələrin təcrübələrindən istifadə edərək, müzakirələr apararaq bir addım atılmalıdır. Sadəcə danışmaq deyil lazımı tədbirləri icra etmək lazımdır. İndiki halda doğum zamanı ana ölümlərinin azalacağını gözləmək mənasızdır".
Çiçək Sadatova
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1542 Tarix: 30 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sumqayıtda HƏRBÇİ DƏHŞƏTLİ QƏZADA həlak oldu: Hadisənin təfərrüatı - VİDEO
Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Sakinlərin sözlərinə görə, ölən şəxs hərbçi olub. Baku TV-nin məlumatına görə, o, yemək üçün hərbi hissənin qarşısındakı kafeyə gedib və geri qayıdarkən avtomobil onu vurub. Sakinlə
25 sentyabrHeydər Əliyev xanımı ilə "Formula 1"də - FOTOLAR
Prezident İlham Əliyevin oğlu Heydər Əliyev xanımı Alyona Əliyava ilə Bakı şəhər halqasında "Formula 1" Azərbaycan Qran-Prisinin əsas yarışını izləyib. onların fotolarını təqdim edir:
26 sentyabrBu şəxslər üçün avtobus və metro PULSUZDUR
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, ictimai nəqliyyatdan (metropoliten, şəhəriçi və qəsəbələrarası avtobuslar) ödənişsiz istifadə etmək hüququ müəyyən olunmuş xüsusi kateqoriyalı şəxslərə həvalə edilib. Bu güzəştlər həm sosial müdafiə məqsədilə, həm də xidməti vəzifələrin icrasını təmi
26 sentyabrQadını güllələyən TANINMIŞ İŞ ADAMININ NƏVƏSİ sərbəst buraxıldı
Ağdaşda tanımış iş adamının nəvəsinin tir tüfəngi ilə qonşuluqda yaşayan qadını yaralaması ilə nəticələnən hadisənin bəzi detalları məlum olub. "Teleqraf" xəbər verir ki, hadisə zamanı xəsarət alan 51 yaşlı qadın xəstəxanadan evə buraxılıb. TƏBİB-dən bildirilib ki, 17.09.2026-cı il tarixind
23 sentyabrPaytaxtın iki böyük bağı birləşdirildi
"Mərkəzi Nəbatat Bağı" və "Dendrologiya Bağı" publik hüquqi şəxslər Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Mərkəzi Nəbatat və Dendrologiya Bağı" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək. xəbər verir ki, bununla bağlı Baş nazi
23 sentyabrŞAD XƏBƏR - Bu şəxslər daha TEZ PENSİYAYA ÇIXACAQ
Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen
26 sentyabr