"Fransanın bölgəni kölələşdirməyə yönəlik çirkin niyyətlərinə qarşı Azərbaycan regional və qlobal miqyasda fəal şəkildə mübarizə aparır"
"Fransanın anti-Azərbaycan siyasəti müxtəlif üsul və formalarla davam etməkdədir. Sözügedən dövlətin Ermənistandakı səfiri Olivye Dekotiyinin diplomatik normaları kobud şəkildə pozaraq ölkəmizin beynəlxaq hüquqa əsaslanan qələbəsinə kölgə salmaq cəhdləri və həqiqətləri təhrif etməsi qəbuledilməzdir".
Bunu Sonxeber.az-a danışan Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı bildirib.
Deputat qeyd edib ki, rəsmi Paris mahiyyət etibarı ilə keçmiş Minsk qrupunun həmsədri olaraq Azərbaycan və Ermənistan arasında münasibətlərin xarakteristikasına dərindən bələd olan azsaylı ölkədən biridir:
"Buna görə də 44 günlük Vətən Müharibəsindən sonra Yelisey Sarayının davamlı xarakter almış qərəzli, Azərbaycanofob, islamafob, türkofob siyasəti ilk növbədə onların öz nüfuzuna xələl gətirir. Fransa tərəfsizlik prezumpsiyasına əməl etməməklə beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozur.
Rəsmi Paris regionda yaranmış yeni geosiyasi konfiqurasiyanı heç cür qəbul etmək istəmir. Bununla yanaşı Ermənistana həm siyasi, həm də hərbi dəstək verməklə gərginliyi artırır. Təbii ki, Makron administrasiyasının addımları Bakı və İrəvan arasında dayanıqlı sülhün əldə olunmasına maneə yaradır. Halbuki Azərbaycan işğala son qoymaqla Fransanın da aralarında olduğu ATƏT-in Minsk qrupunun vəzifələrini yerinə yetirib".
Deputat vurğulayıb ki, Fransa Cənubi Qafqazda neokolinalist siyasət həyata keçirməklə Afrikada üzləşdiyi uğursuzluqları kompensasiya etməyə çalışır:
"Cənubi Qafqaz Asiya ilə Avropa arasında mühüm bir keçid nöqtəsi olduğu üçün regionun geosiyasi əhəmiyyəti və enerji resursları Parisin diqqətini cəlb edir. Bunun üçün də Ermənistandan plasdarm kimi istifadə olunur. Fransanın bölgəni kölələşdirməyə yönəlik çirkin niyyətlərinə qarşı Azərbaycan istər regional, istərsə də qlobal miqyasda fəal şəkildə mübarizə aparır. Bu isə öz növbəsində Fransanın Cənubi Qafqaza nüfuz etmək imkanlarını məhdudlaşdırır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1647 Tarix: 04 noyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
91 yaşlı sabiq deputat vəfat etdi
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq deputatı Zərifə Nəcəfova vəfat edib. "Qafqazinfo" xəbər verir ki, 91 yaşlı Z.Nəcəfova xəstəlik səbəbindən həyatını itirib. Qeyd edək ki, Əməkdar müəllim olan Zərifə Nəcəfova uzun illər Naxçıvan Dövlət Universitetində prorektor vəzifəsində d
25 sentyabr2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər
Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüde
25 sentyabrVergi yükündə dəyişiklik: Vətəndaşların ailə büdcəsinə necə təsir edəcək?
2027-ci ildən gəlir vergisi dərəcələrində dəyişikliklərin tətbiqi müxtəlif gəlir qruplarına aid vətəndaşların əldə etdiyi real gəlirə və ailə büdcəsinə təsir göstərə bilər. Vergi yükündə baş verəcək dəyişikliklərin xüsusilə aşağı və orta gəlirli şəxslərin gündəlik xərclərinə, sosial vəziyyətinə və yaşayı
24 sentyabrSumqayıtda HƏRBÇİ DƏHŞƏTLİ QƏZADA həlak oldu: Hadisənin təfərrüatı - VİDEO
Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Sakinlərin sözlərinə görə, ölən şəxs hərbçi olub. Baku TV-nin məlumatına görə, o, yemək üçün hərbi hissənin qarşısındakı kafeyə gedib və geri qayıdarkən avtomobil onu vurub. Sakinlə
25 sentyabrQadını güllələyən TANINMIŞ İŞ ADAMININ NƏVƏSİ sərbəst buraxıldı
Ağdaşda tanımış iş adamının nəvəsinin tir tüfəngi ilə qonşuluqda yaşayan qadını yaralaması ilə nəticələnən hadisənin bəzi detalları məlum olub. "Teleqraf" xəbər verir ki, hadisə zamanı xəsarət alan 51 yaşlı qadın xəstəxanadan evə buraxılıb. TƏBİB-dən bildirilib ki, 17.09.2026-cı il tarixind
23 sentyabrBütün sosial ödənişlər bu tarixdə yekunlaşacaq
Bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının sentyabrın 25-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, bununla respublika üzrə bütün sosial ödənişlər yekunlaşdırılmış olacaq
24 sentyabrSabah hava necə olacaq? - Açıqlandı
Sentyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur
26 sentyabr