Niyə 35 yaşdan sonra iş tapmaq çətinləşir?

Niyə 35 yaşdan sonra iş tapmaq çətinləşir?Azərbaycanda 40 yaşdan sonra insanların iş tapmaq imkanları çətinləşir. Çünki işəgötürənlərin yaşla bağlı tələbləri mövcuddur. Tez-tez iş elanlarında da bu tələbin şahidi oluruq. Adətən elanlarda yaşı 35-dək olan işçilər axtarılır. Halbuki Azərbaycan qanunvericiliyinə görə, yaşa əsaslanan ayrı-seçkilik rəsmən qadağandır. Nəzərə alsaq ki, yaşı 35-dən yuxarı olan xeyli sayda əmək qabiliyyətli insan var, problemin miqyasının kifayət qədər böyük olduğunu görərik. Bəs, görəsən, bu durumdan çıxış yolları nədir? Dövlət orqanları bu istiqamətdə hansı addımları atmalıdırlar? Orta yaşlı vətəndaşlar əmək bazarında rəqabətə davam gətirmək üçün nə etməlidirlər?

Sonxeber.az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

"İqtisadiyyatın şaxələndirilməsi vacibdir"

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri, professor Elşad Məmmədovun sözlərinə görə, müəyyən yaşdan sonra insanların iş tapmasında çətinliklərin yaranması iqtisadiyyatın strukturu ilə bağlıdır: "Əgər iqtisadiyyat lazımi səviyyədə şaxələndirilməyibsə, yüksək texnoloji tutumlu emalla bağlı sahələrdə tələb olunan inkişaf göstəriciləri yoxdursa, əmək bazarında problemlər ortaya çıxır. Bunu artıq işaxtaranların timsalında müşahidə edirik. Hesab edirəm ki, biz iqtisadiyyatın şaxələndirilməsinə nail olmalıyıq. Eyni zamanda, qeyri-xammal sektoruna investisiya yatırılmalıdır ki, bu da işgüzar fəallığın stimullaşdırılmasına, iqtisadi aktivliyə səbəb olsun. Bu isə öz növbəsində əmək bazarında yeni iş yerlərinin açılmasına və bazarda müvafiq təkana imkan yaratsın".

"İşəgötürənləri qınamaq doğru deyil"

Mütəxəssis Fəxri Ağayev isə deyir ki, bu məsələdə işəgötürənləri qınamaq doğru deyil: "Təklif edirəm ki, məsələyə şirkətlərin baxışı ilə baxaq və orta statistik 35 yaşlı insanı götürək. Bu yaşa çatmış insanların ciddi bir hissəsi fiziki və psixoloji baxımdan ağırlaşır, ailə və məişət qayğıları çoxalır. Buna əlavə olaraq 35 yaşlı insan zamanında daimi inkişafına zaman və enerji ayırmadığına görə müasir bilik və bacarıqlara malik deyil. Məsələn, 10-15 il öncə iş həyatına başlayanda xarici dil tələbi olmadığına görə dil bilgisi də əksər hallarda olmur. Digər mühüm məqam odur ki, inkişafına zaman ayırmayan və baxış bucağı dar olan insanın həm də özündən daha gənc rəhbərə tabe olmaqla bağlı sıxıntısı ola bilir. 35 yaşlı insanla bərabər şirkətlərin 25 yaşlı gənclər seçimi də var. Yəni müasir biliyə malik, xarici dil bilən, daha enerjili, inkişafa açıq, özünü sübut etməyə həvəsli, daha az maaşla işə daha çox vaxt ayırmağa hazır insan. Şirkətlərin bu mövzuda seçim qərarları təbii deyilmi?"

"Rəqabətin olduğunu unutmamalıyıq"

Ekspertin fikrincə, müəyyən yaş dövründən sonra üstünlük kimi görünən bəzi məqamlar əslində insanları geri aparır: "Etirazlardan biri odur ki, yaşlı insanlar peşəkar olurlar və həyat təcrübələri çox olur. Təəssüf ki, bu üstünlük kimi görünən iki məqam əslində zəif və geri çəkən tərəflərdir. Təcrübəli insanların ciddi hissəsi illərlə eyni hərəkətləri və işi etməyi təcrübə sayır. Müasir və sürətlə dəyişən dünyada isə həyat təcrübəsi bir çox hallarda mühafizəkar mövqeni göstərir və bu da iş dünyası tərəfindən müsbət qarşılanmır. Düşünürəm ki, bu vəziyyətin yaranmasında şəxslərin öz payları da az deyil. İnsan heç bir yaş və ya iş mərhələsində rahatlamamalıdır və şəxsi, peşəkar inkişafına zaman, enerji, vəsait ayırmalıdır, hər zaman rəqabətdə olduğunu unutmamalıdır".

"Ən az məsuliyyət özəl sektor və biznesdədir"

F.Ağayevin sözlərinə görə, bu vəziyyətin aradan qaldırılmasında dövlətin rolu və məsuliyyəti böyükdür: "Hesab edirəm ki, işəgötürənlərin 35 yaş üzərində insanları işə qəbul etmələri üçün stimullaşdırıcı tədbirlər dövlət qurumları tərəfindən həyata keçirilməlidir. Dövlət həm də orta yaş üzərində olan insanların peşə dəyişmə, müasir bazar tələblərinə uyğun olan yeni bilik və bacarıqlara malik olmaları üçün dəstək verməlidir. Bu vəziyyətin yaranmasında ən az məsuliyyət özəl sektor və biznesdədir. Çünki rəqabət gücünü qorumaq və fəaliyyət göstərdiyi bazarda ayaqda qalmaq üçün biznes ona maksimum effektiv formada fayda verəcək insanları işə qəbul etmək istəyir və bu da çox təbii və doğrudur".

Qeyri-bərabər paylanan işçi qüvvəsi

"Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası"nın İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov isə bildirir ki, problem yaşla bağlı deyil. Onun sözlərinə görə, əmək bazarında tələblə təklif arasında olan uyğunsuzluq insanların iş tapmasını çətinləşdirir: "Azərbaycanda işçi qüvvəsi coğrafi olaraq qeyri-bərabər paylanıb. Demək olar ki, iş yerlərinin əksəriyyəti Bakı və Abşeronda cəmləşib. Məsələn, tibbi və pedaqoji heyətin təxminən 63 faizi bu ərazilərdə yaşayır. Ona görə də iri şəhərlərdə iş tapmaq çətindir. Eyni zamanda, Azərbaycanda əhalinin 64 faizi 40 yaşına çatmayanlardır. Əmək bazarına daxil olanların sayı onu tərk edənlərin sayından daha çoxdur. Əlbəttə, bu, Avropa ölkələrinin qibtə edəcəyi bir məsələdir. Çünki onlarda vəziyyət tam əksinədir, əhali qocalır. Bizdə isə nəsil cavandır. Əmək bazarının ehtiyacları ilə işçi qüvvəsinin sayı arasında fərq var. Bu fərqə görə iş tapmaq bir qədər çətindir. O səbəbdən də işəgötürənlər seçim edirlər".

Peşəkarlara hər zaman iş var

S.Məmmədov vurğulayır ki, əslində, ixtisaslı kadr axtaran işəgötürən işçinin yaşına əhəmiyyət vermədən onu işə qəbul edir: "Düzdür, büdcə təşkilatlarında işləyənlər üçün çalışmanın son yaş həddi 65 nəzərdə tutulub. Bəzi istisna hallarda bu yaş həddi artırıla bilər. Amma 60 yaşdan sonra dövlət orqanlarında işə düzəlmək bir qədər çətindir. Çünki bu yaş pensiyaqabağı dövr sayılır. Özəl sektorda isə belə bir problem yoxdur. Bizdə elə sahələr var ki, onminlərlə vakansiya mövcuddur. Məsələn, tornaçı, qaynaqçı, elektrik-montajçı, ixtisaslı fəhlə peşələri və s. İşəgötürənlər bu sahələr üzrə yüksək maaşla kadr axtarsalar da, tapılmır. Əgər 40 yaşından yuxarı tornaçı varsa, onu zavod niyə işə götürməsin?"

S.Məmmədov həmçinin qeyd edir ki, müvafiq dövlət qurumları iş tapa bilməyən vətəndaşlara dəstək göstərməyə çalışır: "Məsələn, Dövlət Məşğulluq Mərkəzi tərəfindən müəyyən peşəyönümlü kurslar təşkil edilir. Ölkədə özünəməşğulluq proqramları həyata keçirilir. İş tapa bilməyən vətəndaşların aktiv məşğulluğunu təmin etmək üçün addımlar atılır. Lakin buna baxmayaraq, işsizlik həddi yüksək olaraq qalmaqdadır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1170   Tarix: 04 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Beş gün ardıcıl İŞ OLMAYACAQ - TARİXLƏR

May ayında Azərbaycanda beş gün ardıcıl iş olmayacaq. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının qərarına əsasən, 27-28 may tarixləri Qurban bayramına təsadüf edir. Həmçinin, 28 may tarixində Müstəqillik Günü qeyd olunacaq. Əmək Məcəlləsinin tələblərinə əsasən

28 mart
.

"Paytaxtda kollektorlar tərəfindən suların kənarlaşdırılmasında problemlər yaranıb" - Bakı Şəhər İcra Hakimiyyətindən AÇIQLAMA

Bakıda intensiv yağıntılar səbəbindən bəzi ərazilərdə subasma halları müşahidə olunur. -a istinadən xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyəti məlumat yayıb. Bildirilib ki, səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyəti, rayon icra hakimiyyətləri və aidiyyəti təsərrüfat strukturlar

27 mart
.

Bakının bəzi ərazilərində yağış kollektorlarında problem yaranıb - İcra başçıları hadisə yerində - FOTO

Mart ayının 27-si səhər saatlarından etibarən Baki Şəhər İcra Hakimiyyəti, paytaxtın Rayon İcra Hakimiyyətlərinin başçıları, onların aparatı və aidiyyəti təsərrüfat strukturları gücləndirilmiş iş rejimində çalışırlar. xəbər verir ki, bəzi ərazilərdə gün ərzində normadan dəfələrlə artıq yağan yağış nəticəsind

28 mart
.

Bakının mərkəzində yeni təmir olunan yol ÇÖKDÜ

Paytaxtın Cəlil Məmmədquluzadə küçəsi ilə Nəsib bəy Yusifbəyli küçəsinin kəsişməsində yolda çökmə baş verib. -ın əldə etdiyi məlumata görə, avtomobillərin intensiv hərəkət etdiyi ərazidə mövcud vəziyyət təhlükə yaradır. Yolun çökmüş hissəsində su axıntısının olduğu müşahidə edilir. Qeyd edək ki, yolu

26 mart
.

"Sədərək" ticarət mərkəzini su basdı - Video

Aramsız yağan yağış ölkənin müxtəlif ərazilərində və paytaxtda fəsadlar törətməkdə davam edir. "Qafqazinfo" xəbər verir ki, yağış suları Qaradağ rayonunda yerləşən "Sədərək" ticarət mərkəzində də problemlər yaradıb. Belə ki, ticarət mərkəzinin bəzi hissələrini su basıb, sahibkarları

28 mart
.

Yağıntılı hava BU TARİXƏ KİMİ DAVAM EDƏCƏK

Hazırda ölkə ərazisində intensiv xarakterli yağıntılı hava şəraiti davam edir, dağlıq ərazilərə - Kəlbəcər, Laçın, Şahdağ, Xınalıq və Qrıza isə qar yağır. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, hazırda Bakıda və Abşeron yarımadasında düşən yağıntını

28 mart
.

Bakıya düşən yağıntı aylıq normanın 564 faizini təşkil edir

Martın 28-i saat 17:00-a olan məlumata əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti açıqlama yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə intensiv xarakterli yağış, dağlıq ərazilərdə is

28 mart
.

Almaniyadan olan səyyah: "Qarabağ tikinti işlərinin templəri və ənənələrin qorunması ilə heyran edir"

"Qarabağda genişmiqyaslı infrastruktur layihələri, yeni yolların və tunellərin tikintisi, həmçinin mədəni ənənələrin qorunması beynəlxalq səyyahların böyük marağına səbəb olur". "Report"a istinadla xəbər verir ki, bu barədə Almaniyadan olan səyyah Cin Yaspersen Naqeli bildirib. "Bu

27 mart
.

Sosial şəbəkələrdə təhlükəli trend: Ölülər "dirildilir", görüntüləri satılır

Sosial şəbəkələrdə narahatlıq doğuran yeni bir tendensiya yayılıb. Bəzi səhifələr süni intellekt vasitəsilə mərhum insanların görüntülərini pul qarşılığında "canlandıraraq" videolar hazırlayırlar. Bir qrup insan bunu texnoloji yenilik kimi qəbul etsə də, digərləri bu cür paylaşımları etik hesa

27 mart