"Azərbaycan bütün tərəfdarları ilə onu beynəlxalq izolyasiyaya məruz qoymağa çalışanlara qarşı səfərbər olunmalıdır" - Zahid Oruc
İrəvanı Qərbin əlindən almaq lazımdır.
Sonxeber.az xəbər verir ki, bunu Azərbaycan Milli Məclisinin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədri Zahid Oruc STM-in təşkilatçılığı ilə "Parlamentlər və qlobal sanksiya tendensiyaları: qanunvericilik orqanında siyasi lobbiçilik beynəlxalq hüquqa maneədir" mövzusunda kitab təqdimatına həsr edilmiş dəyirmi masada çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycanın qələbəsini "cəzalandırmağa" qalxanlar görsələr ki, Ermənistanın baş naziri Nikol Paşinyan Bakıya gəlib düşmənçiliyə son qoymağa razılıq verir, onu ya sərt sanksiyaya, ya da İshaq Rabinin taleyinə məruz qoyacaqlar:
"Ona görə də sanksiya və embarqo planlarını zərərsizləşdirməyin bir yolu qalır - Söhbət ərazini hərbi yolla ələ keçirməkdən getmir, məqsədimiz Bakı və İrəvanın qarşıdurmasına son qoyub qlobal təzyiqlərdən xilas olmaqdır".
Deputat xatırladıb ki, regionda yerləşən digər qonşular, məsələn, İran əleyhinə 1979-cu il islam inqilabından bu yana tətbiq olunan sanksiyalarının sayı 3 min 616-dır. 40 ildən artıq belə ağır iqtisadi, maliyyə, diplomatik və hərbi cəzalar altında yaşamaq İran xalqından fədakarlıq və dözüm tələb edir.
"Rusiya əleyhinə son iki ildə tətbiq olunan sanksiyaların isə ümumi sayı 17 min 636-dır. Onun təkcə 29 faizini, yəni, 5 min 100-dən artığını bir ölkə - ABŞ tətbiq edib. Əsrlərlə qurulan qlobal iqtisadi-ticarət zəncirləri dağıdılır, xalqlararası mədəni-humanitar bağlar məhv edilir, milyonlarla insan bir vaxtlar "xalqlar həbsxanası" adlandırdıqları keçmiş imperiyanın qala divarları arasından çıxmaqdan məhrum olunur. Sanksiya müharibələri Sovetlər Birliyinin mövcud olduğu dövrlə müqayisədə daha dəhşətli dəmir pərdə çəkib. Dünyada heç vaxt indiki qədər parçalanma və qütbləşmə olmayıb. Beynəlxalq təhlükəsizlik sistemi dərin böhran keçirir", - Z.Oruc qeyd edib.
Z.Oruc əlavə edib ki, Azərbaycan bütün tərəfdarları ilə onu beynəlxalq izolyasiyaya məruz qoymağa çalışanlara qarşı səfərbər olunmalıdır:
"Baxın, bütün çıxışlarında dövlət adamlarını öldürməyə, antikonstitusion çevrilişlərə səsləyən adamlar hansı yüksək lojalarda əyləşdirilir. Mühacir terror mediası ilə bir sırada duran daşnaklar İrəvanda zəifləyir, Parisdə isə çiçəklənir, himayədarlarını artırırlar. Qarabağı Ermənistana verməyə hazır olan qüvvələri xaricdən ölkəmizə silah gücünə gətirmək istəyirlər.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Prezident ona "general-leytenant" ali hərbi rütbəsi verdi
Bakıda dənizdə batan tələbələrin FOTOSU
Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
Dünyanın ən xoşbəxt turizm şəhəri açıqlandı - Avropada yerləşir
Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələri niyə üst-üstə düşmür? - AÇIQLAMA
Bakıda dişi çəkilən qadın öldü (VİDEO)
Supermodeel Bakıda keçmiş nişanlısı ilə görüşdü (FOTO)
İlham Əliyev bəzi hərbçiləri təltif etdi - SƏRƏNCAM
Pula görə orqanlarını satmaq istəyirlər: Yalnız bu halda MÜMKÜNDÜR
Mal ətinin qiyməti niyə BAHALAŞIR? - AÇIQLAMA
Hərbçilərinin əməkhaqları 22,8% artacaq
Bakıdakı Formula 2-də kütləvi qəza - Yarış dayandırıldı
Xalqımıza baş ucalığı gətirən Şanlı Qələbə