"TDT mövcud büdcəsinin artırılması istiqamətində ölkəmizin yeni öhdəlik götürməsi bu əməkdaşlığa verdiyi önəmdən irəli gəlir" - DEPUTAT

"TDT mövcud büdcəsinin artırılması istiqamətində ölkəmizin yeni öhdəlik götürməsi bu əməkdaşlığa verdiyi önəmdən irəli gəlir" - DEPUTAT"Ötən həftə cənab Prezident İlham Əliyev Qırğızıstana səfəri zamanı Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçıları ilə 11-ci Zirvə görüşü zamanı Təşkilatın ötən illərdə hansı yolu qət etdiyi, uğur və nailiyyətləri, Azərbaycanın bu təşkilatdakı əhəmiyyətli rolu barədə çıxış etmişdi".

Bunu Sonxeber.az-a danışan deputat Pərvanə Vəliyeva bildirib.

Deputat qeyd edib ki, TDT son illər regionda güc mərkəzinə çevrilmiş, üzv ölkələr bir-biri ilə, həm də müxtəlif regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edir, bir-birilərinin namizədliklərinə dəstək verərək beynəlxalq məsələlərdə öz mövqelərini yaxınlaşdırmağa çalışır:

"Üzv ölkələrin xarici işlər nazirləri arasında zirvə görüşləri çərçivəsində mütəmadi qaydada görüşlər keçirilir. Bundan başqa, ortaq maraq kəsb edən məsələlərin müzakirəsi məqsədilə xarici işlər nazirlərinin əlavə qeyri-rəsmi iclasları da təşkil edilir. TDT çərçivəsində turizm, təhsil, baş prokurorlar, ədliyyə, diaspora, iqtisadiyyat, nəqliyyat, səhiyyə, energetika, gömrük, media, kənd təsərrüfatı, miqrasiya sahələrindən məsul nazirlərin görüşləri keçirilir.

Bu il Türk Dövlətləri Təşkilatının əsasını qoymuş Naxçıvan Sazişinin də 15-ci ildönümüdür.
Cari ilin iyul ayında Şuşa şəhərində keçirilmiş Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi isə əməkdaşlıqda yeni səhifə açmış və dünya ictimaiyyətinə əməkdaşlığın daha da güclənməsi ilə bağlı növbəti mesaj idi.

Bu gün dünya miqyasında mövcud olan təhlükələrin zərərsizləşdirilməsinin öhdəsindən gəlmək üçün Təşkilata üzv dövlətlərin müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlığı da böyük əhəmiyyət daşıyır. Çünki hazırda yeni tendensiya belədir ki, hərbi gücü böyük olan ölkə güclü hesab olunur. Türkdilli dövlətlərin hərb sənayesinin, müdafiə qabiliyyətinin güclənməsi onların xarici hərbi müdaxilələrə birgə cavab reaksiyasını da özündə ehtiva edir. Beləliklə, bu cəhdlər Azərbaycanın bölqədə bərpa və dayanıqlı inkişaf sahəsində liderliyini möhkəmləndirir və beynəlxalq miqyasda nüfuzunun artmasına şərait yaradır".

Deputat vurğulayıb ki, Türk Dövlətləri Təşkilatının mövcud büdcəsinin artırılması istiqamətində də ölkəmizin yeni öhdəlik götürməsi və öz dəstəyini ifadə etməsi bu əməkdaşlığa verdiyi önəmdən irəli gəlir:

"Qarşıya qoyulan hədəflərin həyata keçirilməsi üçün təşkilatın büdcəsinin artırılmasını zəruri hesab edən Prezident İlham Əliyev Azərbaycanın Türk Dövlətləri Təşkilatının Katibliyinə 2 milyon və Ağsaqqallar Şurasına 100 min ABŞ dolları məbləğində maliyyə dəstəyi göstərməsi barədə öz çıxışı zamanı qeyd etmişdi. Türkdilli dövlətlərin hüquq-mühafizə və təhlükəsizlik orqanları arasında əməkdaşlığın daha da genişlənməsi, ölkələrimizin silahlı qüvvələrinin iştirakı ilə hərbi təlimlərin keçirilməsi, eləcə də, hərbi təhsil müəssisələrimizdə qardaş ölkələrin müdavimlərinin təhsil alması ölkələrarası qarşılıqlı etimadın və dostluğun əyani göstəricisidir.

Bundan başqa, son illərdə mərkəzi Asiya ölkələri ilə Türkiyəni Azərbaycan üzərindən bağlayan Şərq-Qərb nəqliyyat dəhlizinin ötürmə qabiliyyətinin yüksəldilməsi üçün Azərbaycan öz sərmayələrini artırır. Bu məqsədlə, hazırda Orta Dəhlizin rəqəmsallaşdırılması və ticarətin asanlaşdırılması istiqamətində bir sıra layihələr icra olunur. Bu layihələr logistika səmərəliliyinin artırılmasına və xərclərin azaldılmasına öz təsirini göstərəcəkdir.

Ermənistan 30 il ərzində işğal etdiyi Azərbaycan ərazilərində 9 şəhərimizi və yüzlərlə kəndimizi tamamilə məhv etmişdi. Lakin, ötən ilin sentyabr ayından etibarən Azərbaycan öz suverenliyini tam bərpa etdikdən sonra, Ölkə Başçısının rəhbərliyi və təşəbbüsü ilə işğaldan azad olunan ərazilərimizdə genişmiqyaslı yenidənqurma və bərpa layihələri həyata keçirilir. Eyni zamanda, "Böyük Qayıdış Proqramı"nın icrası çərçivəsində keçmiş məcburi köçkünlər öz doğma yurd-yuvalarına geri qayıdırlar. hazırda Qarabağda və Şərqi Zəngəzurda ümumilikdə təqribən 30 min insan məskunlaşıb. Belə ki, doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlərlə yanaşı, hazırda bu bölgələrdə aparılan bərpa-quruculuq işlərinə minlərlə işçi qüvvəsi cəlb olunub. Bu gün təkcə Xankəndi şəhərində 6 mindən çox insan yaşayır. Onlardan 1300-dən çoxu Qarabağ Universitetində çalışır və ya təhsil alır. Daha 500 nəfər isə Nizami Gəncəvi adına Xankəndi şəhər tam orta məktəbində işləyənlər və təhsil alanlardır. Ümumiyyətlə, azad edilmiş ərazilərdə həyata keçirilən işlərdə 20 min nəfərdən çox insan çalışır.

Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Macarıstanın dövlət və hökumət başçılarının Azərbaycanın azad olunmuş ərazilərində qardaşlıq hədiyyəsi olan məktəb və yaradıcılıq mərkəzinin tikilməsi, eləcə də gələcəkdə məktəblərin inşasının planlaşdırılması qardaş Türk dövlətlərinin Azərbaycana olan dərin hörmət və yüksək etimadının nəticəsidir.

Göründüyü kimi, regionda qardaş ölkələr olaraq tarix boyu bir-birinə dəstək olan, havadar çıxan, dili, inancları, tarixi, mədəni kökləri bir olan bu ölkələrin müasir dövrdə də müxtəlif sahələrdə öz bağlarını möhkəmləndirməsi və qarşılıqlı əməkdaşlığa təşkilata üzv ölkələrin hər biri tərəfindən xüsusi diqqət ayrılması sürətlə qütbləşən dünyada yeni bir siyasi güc mərkəzinin yaranması deməkdir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1392   Tarix: 11 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Bakcell"də hədiyyə mövsümü başladı

"Bakcell" abunəçilərinə minlərlə hədiyyə qazandıran hədiyyə mövsümünə start verib. "Bakcell" tətbiqində aktiv olan VIP Çarxı çevirən hər kəsi hədiyyələr gözləyir. Çarxın super prizi isə "Sea Breeze"də mənzildir. Hədiyyə mövsümündə abunəçilər müxtəlif kateqoriyalar üzrə dəyərl

24 sentyabr
.

"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət

Demokratiya və İnsan Hüquqları Komitəsi" İB-nin sədri Çingiz Qənizadəmin oğlu Elgiz Qənizadə barəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edilib. -a müraciət edən Pəri Cəfərova bildirib ki, Elgiz Qənizadə ondan 500 min manat pul alıb. Vətəndaşın saytımıza müraciətini olduğ

25 sentyabr
.

ŞAD XƏBƏR - Bu şəxslər daha TEZ PENSİYAYA ÇIXACAQ

Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen

26 sentyabr
.

Lənkəranda zorakılığa məruz qalan uşağın anasının valideynlik hüququ məhdudlaşdırıla bilər - RƏSMİ

"Atalığı tərəfindən döyüldüyü bildirilən uşaqla bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunublar". Bu barədə -a Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Sərvər Abdullayev məlumat verib

25 sentyabr
.

Çoxmərtəbəli binalarda təhlükəsizlik necə təmin edilir? - AÇIQLAMA

Çoxmərtəbəli binalarda sakinlərin təhlükəsizliyinin təmin olunması həm tikinti mərhələsində, həm də binanın istismarı dövründə bir sıra tələblərə əməl edilməsini tələb edir. Xüsusilə yanğın, zəlzələ və digər fövqəladə hallar zamanı insanların binanı təhlükəsiz şəkildə tərk edə bilməsi, təxliyə yollarını

25 sentyabr
.

Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq

Türk dövlətləri arasında vətəndaşların yalnız şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfərlərinin təmin olunması məsələsi gündəmdədir. -a istinadla xəbər verir ki, Türk dünyasında inteqrasiya proseslərinin dərinləşdirilməsi çərçivəsində Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və digər dövlətlə

24 sentyabr
.

Bakıda dişi çəkilən qadın öldü (VİDEO)

Bakıda dişini çəkdirən qadın dünyasını dəyişib. Qaynarinfo Baku TV-yə istinadən xəbər verir ki, Cəmilə Mahmudova bacısının həkim məsuliyyətsizliyi səbəbindən vəfat etdiyini iddia edir. Şikayətçinin sözlərinə görə, 1981-ci il təvəllüdlü bacısı Leyla Əhmədova iyulun 23-də diş ağrısı ilə Bilgəh Sağlamlı

25 sentyabr
.

Simonida Kordiç: "Azərbaycan Monteneqronun ən mühüm investorlardan biridir"

Azərbaycan Monteneqrodakı ən mühüm investorlardan biridir. "Report" xəbər verir ki, bunu Monteneqronun turizm naziri Simonida Kordiç Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum - AIIF 2026) bildirib. Onun sözlərinə görə, ölkəni

26 sentyabr
.

Sumqayıtda HƏRBÇİ DƏHŞƏTLİ QƏZADA həlak oldu: Hadisənin təfərrüatı - VİDEO

Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Sakinlərin sözlərinə görə, ölən şəxs hərbçi olub. Baku TV-nin məlumatına görə, o, yemək üçün hərbi hissənin qarşısındakı kafeyə gedib və geri qayıdarkən avtomobil onu vurub. Sakinlə

25 sentyabr